Icma.az
close
up
RU
İsa Qəmbər Etibar Məmmədov razılaşması: Onu kim necə pozdu? Pənah Hüseyn açıqladı FOTO

İsa Qəmbər Etibar Məmmədov razılaşması: Onu kim necə pozdu? Pənah Hüseyn açıqladı FOTO

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2003 – ci il prezident seçkilərində qeydə alınmış namizədlər kimi iştirak edən İsa Qəmbər və Etibar Məmmədov arasında danışıqlara dair mediada, o cümlədən sosial şəbəkələrdə müzakirələr gedir. 

Tərəflər bir-birilərinin ünvanına ittihamlar səsləndirib.

“Cebheinfo.az” xəbər verir ki, Azərbaycan Xalq Partiyasnının sabiq sədri Pənah Hüseyn də məsələylə bağlı fikirlərini bölüşüb.

“Bir çox dostlar mənə müraciət edərək bu məsələyə aydınlıq gətiməyi xahiş etdilər. lakin mən mövzunu aktual saymayaraq, üstəlik zərərli olduğu qənaətimə görə gələcəkdə, daha sakit ortamda, imkan olsa toxunaram deyə düşünüb qarışmadım. Lakin spekulyasiyalar davam edir.

Arada mənim də adım çəkilir. Odur ki, təfsilatlı təsvir və izahı gələcəyə buraxıb bu günkü mübahisə, çəkişmə və diskussiyalara əsasən son qoya biləcək bir materialı dərc etməyi faydalı saydım”.

Pənah Hüseyn sosial şəbəkə hesabında maraqlı material yayıb:

“Bu material İsa Qəmbər və Etibar Məmədov arasında seçki ilə bağlı razılaşma sənədi layihəsinin müəlliflərindən biri, o vaxt AMİP rəhbərliyində və Etibar Məmmədovun komandasında əsas fiqurlardan olan tanınmış hüquqşünas, prezidentliyə AXCP- AMİP koalisiyasının vahid namizədi E. Məmmədovun vəkili Fuad Ağayevin 10 oktyabr 2003- cü il tarixində keçirdiyi mətbuat konfransındakı açıqlamalarıdır. 

Material “Azadlq” qəzetinin 11 oktyabr 2003- cü il tarixli sayında dərc edilib.

Materialda bildirilir ki, üç müxalifət lideri – Əli Kərimli, Etibar Məmmədov və İsa Qəmbərin keçirdikləri görüşün müəyyən mərhələsində iştirakçı olmuş F. Ağayev danışıqların gedişi barədə jurnalistləri məlumatlandırıb:

 Bildirib ki, liderlərin görüşündəilkin anlaşma əldə olunduqdan sonra Qulamhüseyn Əlibəyli və Fuad Ağayev oraya dəvət olunublar:

“Biz razılaşdırılmış prinsiplərə uyğun saziş layihəsi hazırlamalı idik. Bu prinsiplər aşağıdakılardan ibarət idi. Yaxın dövr üçün Koalisiya Şurası yaradılır. Şuraya Əli Kərimli, Etibar Məmmədov və İsa Qəmbər daxil olur. Qurumun sədri Etibar Məmmədov seçilir. Başqa liderlərin də bu Şurada təmsil olunması məqsədəuyğun sayılır. Koalisiyanın vahid namizədi kimi İsa Qəmbər çıxış edir. 

Seçkidə qələbə çaldıqdan sonra koalisiyalı hakimiyyət formalaşır ki, prezident İsa Qəmbər olduğu təqdirdə Etibar Məmmədov baş nazir olur. Bu koalisiyadakı nazirlərin, dövlət komitə sədrlərinin mərkəzi icra hakimiyyəti orqanlarına təyinatə konsensus yolu ilə Koalisiya Şurasında müəyyənləşir. 

Yalnız bundan sonra baş nazir müvafiq təqdimatla prezidentə müraciət edir və o öz fərmanını verir. Prezident seçkilərindən 6 ay sonra yeni Konstitusiya layihəsi referenduma çıxarılır. 

Həmin layihədə fövqəladə səlahiyyətli prezidentli respublikadan parlamentli respublikaya keçid nəzərdə tutulur. Burada da Türkiyə modeli əsas götürülür. Konstitusiya islahatından 6 ay sonra ölkədə parlament seçkiləri keçirilir”.

F. Ağayevin sözlərinə görə liderlərin razılaşdıqları prinsiplər bunlardan ibarət olub. İsa Qəmbər layihəni hazırladıqdan sonra bildirib ki, sənəd hazırlandıqdan sonra ona çatdırılsın:

“İsa bəy dedi ki, layihəni öz partiyasında müzakirə edib onların dəstəyini almağa çalışacaq. Biz prinsipləri saziş layihəsi şəklinə saldıqdan sonra liderlərə, o cümlədən İsa bəyə çatdırdıq”. 

Sonradan məlum oldu ki, liderlərin görüşündən sonra isa Qəmbərin Rəsul Quliyevlə söhbəti olub və anlaşma əldə ediblər.

P.Hüseyn bildirib ki, bu məsələyə dair yenə 2003- cü il tarixində Musavat, ADP və “Bizim Azərbaycan” seçki blokuna daxil olan digər şəxslər tərəfindən də çoxsaylı açıqlamalar, şərhlər, izahlar var.

Xəzər
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see167

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see165

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see155

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see139

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see138

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see138

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see134

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri