Icma.az
close
up
RU
İsazadə: Bizə real sülh lazımdır, kağız üzərində sülhü əhəmiyyətli saymıram

İsazadə: Bizə real sülh lazımdır, kağız üzərində sülhü əhəmiyyətli saymıram

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“İndiki vəziyyətdə beynəlxalq korrekt naminə imzalanacaq sülh sazişi Azərbaycana lazım deyil. Yəni bu vəziyyətdə Azərbaycan sülh sazişinə imza atsa, həm özümüzü aldadarıq, həm də gələcək nəsillərə problem saxlayarıq. Odur ki, bizə real sülh lazımdır, sənəd üzərində sülh lazım deyil”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
“Əvvəla, biz əmin deyilik ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişini imzalayandan sonra nə qədər hakimiyyətdə qalacaq və imzasına nə dərəcədə hörmət edəcək.
İkincisi, sülh sazişi imzalandıqdan sonra hansısa qüvvə Ermənistanda hakimiyyətə gəldikdə həmin sazişə sadiq qalacaqmı, yoxsa bunu inkar edəcək?
Odur ki, bizim üçün ən vacibi erməni cəmiyyətinin sülh istəməsi və bunu sübut etməsidir: Ermənistan konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddiasından imtina ilə. Bu halda düşünərik ki, ən azından erməni cəmiyyətinin bir hissəsi Azərbaycanla sülh istəyir və bu məqsədlə referunduma gedir, ana qanunlarını dəyişdirir və s.”,- deyə hərbi ekspert vurğulayıb.
A. İsazadə əlavə edib ki, əgər erməni cəmiyyətinin ən azı bir hissəsində belə istək yoxdursa, bu zaman formal sülh sazişi imzalamaq əhəmiyyətsizdir: “Bizə real sülh lazımdır, kağız üzərində sülhü əhəmiyyətli saymıram. Sadəcə, sənəd üzərində sülh imzalanarsa, bəzi dövlətlər açıqlama verəcək, bu durumu tərifləyəcək və s. Real sülh problemin birdəfəlik həlli deməkdir. Əsl sülh isə Azərbaycan qədər Ermənistan üçün də vcibdir”.
Müsahibimiz qeyd edib ki, sülh olmayana qədər Ermənistan blokada vəziyyətində qalacaq:
“Azərbaycan bölgədə böyük layihələr həyata keçirir, kommunikasiyalar qurur, eləcə də İran və Gürcüstan üzərindən paralel kommunikasiyalar yaradır. İran üzərindən Naxçıvana çıxış üçün körpülər salınır, Türkiyə ilə quru əlaqələr üçün Gürcüstanın imkanlarından istifadə olunur. Diqqətlə baxdıqda görürük ki, əslində proseslərdən kənarda qalan Ermənistandır”.
Y. QACAR
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 İyun 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

Böyük Britaniya ABŞ aviabazası üzərindən uçuşları məhdudlaşdırıb

29 Sentyabr 2026 08:08see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri