Icma.az
close
up
RU
İşbazlar süni bahalaşma yaratmağa hazırlaşır?

İşbazlar süni bahalaşma yaratmağa hazırlaşır?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Beynəlxalq bazarlardakı gərginlik sahibkarlar üçün qiymətləri artırma üçün bəhanəyə çevrilir” 

Azərbaycanda qiymətlərin proqnozlaşdırılandan daha çox artmasının dövlət büdcəsinə təsir göstərməsi mümkündür. Hökumətin hesablamalarına görə, inflyasiya ilə bağlı ən mənfi ssenarinin baş verməsi 2030-cu il üçün nəzərdə tutulan maliyyə hədəfindən kənarlaşmaya səbəb ola bilər. Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin zərfi"ndə əksini tapıb. 

Sənəddə qeyd olunur ki, dünya bazarında neftin, qazın və digər məhsulların qiymətlərinin dəyişməsi Azərbaycanda da bahalaşmaya təkan verə bilər. Xüsusilə Yaxın Şərqdə davam edən gərginlik qiymətlərin artması baxımından risk yaradır. Bundan başqa, ölkəmizin əsas ticarət tərəfdaşlarında qiymətlərin dəyişməsi və manatın digər valyutalara nisbətən ümumi dəyərinin zəifləməsi xaricdən gətirilən məhsulların bahalaşmasına səbəb ola bilər.

Hökumət bu riskləri nəzərə alaraq 2027-2030-cu illər üçün müxtəlif hesablamalar aparıb. Qiymət artımının gözləniləndən 0.5, 1 və 1.5 faiz bəndi yüksək və ya aşağı olması ehtimalları araşdırılıb. Hesablamalara əsasən, inflyasiyanın dəyişməsi dövlət büdcəsinin gəlirlərinə və xərcləri qarşılamaq imkanlarına müəyyən təsir göstərsə də, bunun ümumilikdə məhdud olacağı gözlənilir. Lakin ən mənfi ssenaridə 2030-cu il üçün müəyyən edilmiş mühüm maliyyə hədəflərindən biri yerinə yetirilməyə bilər. 

Belə ki, neft-qaz gəlirləri nəzərə alınmadan hesablanan büdcə kəsirinin qeyri-neft iqtisadiyyatına nisbəti üçün 12 faizlik hədəf müəyyən edilib. Pessimist ssenaridə bu göstəricinin 12.5 faizə çatacağı proqnozlaşdırılır. 

Qlobal bahalaşma ilə bağlı yaranmış vəziyyətdən istifadə edib ölkədə süni bahalaşma yaradıla bilərmi və bunun qarşısını almaq mümkündürmü? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Anar İsayev “Cebheinfo.az”-a bildirib ki, yaranmış beynəlxalq iqtisadi və geosiyasi vəziyyətdən istifadə edərək müəyyən işbazların daxili bazarda süni bahalaşma yaratmaq ehtimalı var: 

“Təcrübə göstərir ki, xüsusilə inflyasiya gözləntilərinin yüksəldiyi dövrlərdə bəzi sahibkarlar real maya dəyəri dəyişmədən belə qiymətləri artırmağa çalışırlar. Bəzən gələcəkdə mümkün ola biləcək bahalaşma indidən satış qiymətlərinə daxil edilir. Burada mütləq iki məqamı fərqləndirmək lazımdır. Birincisi, dünya bazarında enerji daşıyıcılarının, ərzaq məhsullarının və daşınma xidmətlərinin bahalaşması nəticəsində yaranan obyektiv qiymət artımıdır.

İkincisi isə bu prosesdən istifadə edərək süni qiymət artımına yol verilməsidir. Azərbaycan idxaldan xeyli dərəcədə asılı ölkə olduğuna görə xarici bazarlardakı qiymət dəyişikliklərinin daxili bazara ötürülməsi qaçılmazdır. Ancaq bu, bütün məhsulların qiymətinin eyni vaxtda və eyni həcmdə artırılmasına əsas vermir. Təəssüf ki, bəzən beynəlxalq bazarlardakı gərginlik sahibkarlar üçün qiymətləri artırmağa əlavə bəhanəyə çevrilir”. 

İqtisadçının sözlərinə görə, bunun qarşısını almaq üçün dövlətin nəzarət mexanizmləri daha effektiv işləməlidir:

“Xüsusilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bazarda qiymət dəyişikliklərini yalnız artımdan sonra deyil, mütəmadi şəkildə izləməlidir. Məhsulların idxal qiyməti, topdansatış və pərakəndə satış qiymətləri arasında fərq təhlil edilməlidir. Əgər qiymət artımının iqtisadi əsasları yoxdursa, bununla bağlı araşdırma aparılmalı və qanun pozuntularına qarşı müvafiq tədbirlər görülməlidir.

Digər mühüm məsələ rəqabət mühitidir. Bəzi məhsul bazarlarında təchizatçıların və iri satış şəbəkələrinin bazar gücü qiymətlərin formalaşmasına ciddi təsir göstərə bilər. Rəqabət zəif olduqda süni bahalaşma riski də artır.

Ona görə də idxal mənbələrinin şaxələndirilməsi, yerli istehsalın genişləndirilməsi və kiçik sahibkarların bazara çıxış imkanlarının artırılması vacibdir. Bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, inflyasiyanın ən böyük sosial təhlükəsi əhalinin real gəlirlərini və alıcılıq qabiliyyətini aşağı salmasıdır. Qiymətlər maaş və pensiyalardan daha sürətlə artdıqda, nominal gəlirlərin yüksəlməsi belə vətəndaşın əvvəlki istehlak imkanlarını qorumağa kifayət etmir”. 

İqtisadçı hesab edir ki, dövlət büdcəsi baxımından da məsələ mürəkkəbdir:

“İnflyasiya vergi daxilolmalarını, xüsusilə ƏDV-ni nominal ifadədə artıra bilər. Lakin eyni zamanda dövlət xərclərinin, satınalmaların və sosial öhdəliklərin maliyyələşdirilməsi də bahalaşır. Buna görə yüksək inflyasiyanı büdcə gəlirlərinin artması kimi qiymətləndirmək düzgün olmaz.

Hökumətin əsas vəzifəsi yalnız qiymət artımının qarşısını almaq deyil, həm də inflyasiyanın əhalinin sosial vəziyyətinə təsirini minimuma endirmək olmalıdır. Bunun üçün süni bahalaşmaya qarşı real nəzarət, sağlam rəqabət, yerli istehsalın stimullaşdırılması və əhalinin gəlirlərinin inflyasiyaya uyğun qorunması paralel şəkildə həyata keçirilməlidir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: bahalaşma Anar İsayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Noyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri