AFFA 10 komandaya texniki məğlubiyyət verib
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AFFA-nın İntizam Komitəsi aşağı yaş qrupları və qadınlar arasında keçirilən liqalarda baş tutmayan, həmçinin qayda pozuntuları qeydə alınan matçlarla bağlı 10 komandaya texniki məğlubiyyət verib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə qurumun iclasında qərar qəbul olunub.
U-13 Liqasında "İmişli" – "Sabirabad" oyunu qonaq komandanın təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmadığı üçün "Sabirabad"a 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
U-12 Liqasında "Məhsul" – "Şıxlı" matçının ikinci hissəsində qonaqların heyətində lisenziyası olmayan futbolçu aşkar edildiyinə görə "Şıxlı"ya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan başqa, bu liqada "Hünər" – "Ağstafa Gəncləri" (heyətdə yetərsay olmaması), "Şirvan" – "Sabirabad" (meydanda olmaması) və "Ramal" – "Ağdam" (heyətdə yetərsay olmaması) görüşləri baş tutmadığından müvafiq olaraq "Ağstafa Gəncləri", "Sabirabad" və "Ramal" komandaları 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
U-11 Liqasında "Biləsuvar Bələdiyyəsi" – "Biləsuvar", "Pambıqçı" – "Tərtər" və "Şamaxı" – "Çərəki" matçları müvafiq olaraq "Biləsuvar", "Pambıqçı" və "Çərəki" komandalarının heyətində yetərsay olmadığı üçün baş tutmayıb. Hər üç klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
U-10 Liqasında "SUHB" – "Dinamo Caspian" oyunu meydan sahiblərinin təyin olunmuş vaxtda gəlməməsi səbəbindən baş tutmayıb. Bu səbəbdən "SUHB" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Qızlar Liqasında "Lider" – "Kür" oyunu meydan sahiblərinin təyin olunan vaxtda gəlməməsi səbəbindən keçirilməyib və "Lider" komandası 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
Baxış sayı:140
Bu xəbər 28 Oktyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















