“Səbail”in prezidenti hakimlərə hədə qorxu gəldi Ağır cəzalandı
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AFFA İntizam Komitəsi “Səbail” klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib.
“Qafqazinfo” xəbər verir ki, buna I Liqanın VI turunda keçirilmiş “Şahdağ Qusar” – “Səbail” oyunundan sonra “dənizçilər”in rəhbərinin dəhlizə daxil olaraq hakimləri təhqir etməsi və onlara hədə-qorxu gəlməsi səbəb olub.
Bundan əlavə, qarşılaşmanın 85-ci dəqiqəsində "Səbail" azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə klub 600 manat cərimələnib.
Oyun başa çatdıqdan sonra “Səbail” azarkeşlərinin kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsinə görə kluba 1500 manat cərimə tətbiq edilib.
Həmçinin “Səbail”in futbolçusu Rubin Seyidov dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə və onlara hədə-qorxu gəldiyinə görə 4 oyunluq cəzalanıb. Bu hadisəyə görə də “Səbail” klubu 3000 manat cərimə ödəyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 28 Oktyabr 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















