IsDB nin 2026 cı il üzrə İllik Yığıncaqlarına hazırlıq missiyası Bakıda işə başlayıb
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2026-cı il 16–19 iyun tarixlərində keçiriləcək İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Yığıncaqlarına erkən və optimal hazırlıqlar çərçivəsində 5–9 oktyabr 2025-ci il tarixlərində birinci hazırlıq missiyası işə başlayıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Bankdan bildirilib. Qeyd edilib ki, İslam İnkişaf Bankı Qrupunun baş katibi Riyad Raqubun rəhbərlik etdiyi çoxtərəfli komanda Azərbaycan iqtisadiyyat nazirinin müavini Saməd Bəşirli, iqtisadiyyat nazirinin müşaviri və illik yığıncaqlar üzrə milli koordinator Əsgər Ələkbərov, həmçinin hökumətin yüksək vəzifəli nümayəndələri ilə görüşüb.
Görüşdə tədbirin uğurla və yüksək səviyyədə təşkil olunması üçün vacib təşkilati məsələlər ətraflı müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 30 Oktyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















