Icma.az
close
up
RU
İşdən çıxarılan sədrin topdağıtmaz sərvəti üzə çıxdı Kral” çay evləri şəbəkəsi, spirt şirə zavodu, hipermarket, donuz ferması VƏ NƏLƏR.../FOTO

İşdən çıxarılan sədrin topdağıtmaz sərvəti üzə çıxdı Kral” çay evləri şəbəkəsi, spirt şirə zavodu, hipermarket, donuz ferması VƏ NƏLƏR.../FOTO

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri (13.05.2025 tarixində vəzifəsindən azad edilib - red.) Saleh Səmədovla bağlı bir sıra faktlar üzə çıxıb.

"Hurriyet.Az" xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Saleh Səmədovun İmişlidə "Kral Saray" adlı şadlıq sarayı, "Kral" çay evləri şəbəkəsi, uşaq baxçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası var.

Əvvəllər 90 AA 679 nömrəli "Rolls-Royce" ilə hərəkət edən iş adamının paytaxtda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu deyilir. 

Maraqlısı budur ki, 1962-ci ildə anadan olan S.Səmədov ali təhsilini 30 yaşından sonra almağa qərar verib. O, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Görünür, sonradan ali təhsil almaq qərarı birdən-birə fəhləçilikdən varlanmağa gedən yolda Saleh Səmədovun vəzifə tuta bilməsi üçün əsas şərt olub. 

Həqiqətən də orta məktəbi bitirdikdən sonra (1981) İmişli rayon Yol İstehsalat idarəsində fəhlə kimi işləyən Saleh Səmədova çox keçmədən İmişli rayon Rabitə və İşarəvermə stansiyasında anbar müdiri kimi məsul vəzifə həvalə edilir. Bu müddət ərzində müxtəlif qurum və şirkətlərdə direkor, baş direktor işləyən S.Səmədov 2002-ci ildə İmişli rayon "Araz" MMC-ni təsis edir. 2010-2011-ci illərdə İmişli rayon İcra Hakimiyyətində Başçının sosial-iqtisadi məsələlər üzrə müavini, 2011-2013-cü illərdə "Xan-Araz" MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə "Azər-S-Test" MMC-də direktor vəzifələrində işləyib. 

2024-cü ilin aprel ayının sonlarında İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında təşkilatın seçki konfransı keçirilib. İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun istefa təklifi səsə qoyulub və qəbul edilib. Daha sonra İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Saleh Səmədovun təşkilatın sədri vəzifəsinə namizədliyi irəli sürülüb və  o, Şuranın sədri seçilib. 

Daha bir diqqət çəkən məqam odur ki, 2024-cü ilin əvvəlində İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında Sovet dönəmini simvolizə edən əşyalar olmayıb. Saleh Səmədovun sədr seçilməsindən sonra isə onun və digərlərinin otağında SSRİ liderlərindən biri olan İosif Stalinin büstü və SSRİ bayraqları nəzərə çarpır. Bu da onun Qələbə günü ilə bağlı çıxışında sinəsinə "Georgi lenti"ni heç də təsadüfən taxmadığından xəbər verir. 

Həmçinin araşdırmamız zamanı məlum olub ki, Sarıxanlı kəndində 9 May Qələbə günü tədbiri zamanı Böyük Vətən müharibəsi xatirə kompleksinin üzərində qaldırılan SSRİ bayrağından orada çox sayda olub. Bayraqlar isə S.Səmədovun açıqladığı kimi hansısa yerdən alınmayıb, əksinə, birbaşa onun göstərişi ilə tikilib. 

Ruspərəst mövqeyi ilə seçilən iş adamı İmişli Rayon Ağsaqqallar Şurasının Moskvada ərazi təşkilatını da təsis edib. 

Saleh Səmədovun qardaşları ilə bağlı bəzi maraqlı faktlar da üzə çıxıb. Belə ki, sabiq sədrin qardaşı Atababa Səmədov 2018-ci ildə dələduzluğa görə həbs edilib. A.Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul atıb. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Saleh Səmədovun kiçik qardaşı Sahib Səmədov isə işində yol verdiyi nöqsanlara görə işdən çıxarılmışdı. 

Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin 13 may 2025-ci il tarixli məlumatında bildirilib ki, S.Səmədov İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. Buna görə də o, İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Xatırladaq ki, İmişli Rayon Ağsaqqallar Şurasının sədrlik müvəqqəti olaraq təşkilatın İdarə Heyətinin üzvü Vahid Tağıyevə həvalə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 May 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see184

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see176

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

12 Avqust 2025 01:01see168

Qiymət artımı Türkiyəni turistsiz qoya bilər...

11 Avqust 2025 22:25see152

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see133

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see132

Öldürüb, meytini də hissələrə bölmüşdü Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATI VİDEO

11 Avqust 2025 18:32see128

Paşinyan Tokayevi məlumatlandırıldı

11 Avqust 2025 19:04see127

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see127

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

11 Avqust 2025 22:49see126

Ərdoğandan ABŞ də əldə olunan razılaşma ilə bağlı açıqlama “Tarixi addım oldu...”

11 Avqust 2025 21:26see126

Dövlət Proqramı ilə xaricdə təhsildə ilk! Fotolar

11 Avqust 2025 16:43see123

Laçında yerli təbiətə kimlər qənim kəsiliblər?

12 Avqust 2025 01:17see121

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

11 Avqust 2025 22:44see121

Moskvanın şərqində yaşayış binasında yanğın baş verib

11 Avqust 2025 18:39see117

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see116

Telegram 3,5 milyon cərimələndi

12 Avqust 2025 05:31see116

Üçbucaq pendirin sirri: Savaş illərindən süfrələrə

12 Avqust 2025 01:19see116

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see114

“İndi sülh üçün real şansın olduğu zamandır” Zelenski

11 Avqust 2025 19:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri