Icma.az
close
up
RU
İşdən qanunsuz olaraq çıxarılan Bakı sakinindən Sahil Babayevə MÜRACİƏT “Əmək Müfəttişliyində yarıtmaz insanlar xidmət göstərir” / FOTO

İşdən qanunsuz olaraq çıxarılan Bakı sakinindən Sahil Babayevə MÜRACİƏT “Əmək Müfəttişliyində yarıtmaz insanlar xidmət göstərir” / FOTO

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Bakı şəhəri, Xətai rayonnunda qeydiyyatda olan Kərimova Səidə Səftər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Yazıb bildirmək istəyirəm ki, 06.01.2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyinə e-sosial tətbiqi vasitəsi ilə 4 şikayət ünvanlamışam. 8 yanvar tarixində nazirliklə əlaqə saxlayıb, şikayətimlə maraqlanmışam. Mənə bildirildi ki, birinci şikayətiniz artıq bizdədir və araşdırılır. Şikayətim “SVED-GROUP” MMC-dən idi. 3 ilə yaxındır ki, o şirkətdə işləyirdim. Rəsmi əmək müqaviləmdə 345 manat əmək haqqı göstərilmişdi. Lakin mən 900 manat maaş alırdım. Bundan əlavə, şirkət əmək müqaviləsində iş saatını 8 saat və iş gününü 5 gün yazdığı halda, mən gündəlik minimum 12 saat işləyirdim. Elə həftələr olurdu ki, mənə istirahət günü belə, verilmirdi. Bunun üçün əlavə heç bir ödəniş almırdım.

Şirkətdə işlədiyim müddət ərzində mənə bir dəfə də olsun nə məzuniyyət, nə də məzuniyyət ödənişi verilib. Yanvar ayında isə məni qeyri-qanuni olaraq işdən azad etdilər. Məndən də işdən çıxma ərizəmi tələb etdilər. İşdən çıxma ərizəmi yazmadım. Bildirdim ki, məni özləri işdən çıxarıb, haqqımı ödəsinlər.

Həmin gün Əmək Müfəttişliyinə 4 şikayət ünvanladım. Şirkətdən mənə özləri “işə gəlmə” dedikləri halda, “əmək öhdəliklərimi yerinə yetirmədiyim” bəhanəsini əsas gətirərək, məni işdən çıxardılar. Lakin mən şirkətdən əvvəl Əmək Müfəttişliyinə şikayət yazmışdım. Nazirliklə əlaqə saxlayıb, şikayətlərimin nə yerdə qaldığını soruşduqda mənə bildirildi ki, sizdən heç bir şikayət gəlməyib.

Hörmətli Sahil Babayev!

DOST xidmətinə yaxınlaşaraq, şikayət etdiyimə dair şəkilləri göstərdim. Bildirdim ki, yanvar ayının 8-də sizin operator mənə bildirdi ki, şikayətiniz qəbul edilib.

DOST xidmətində isə dedilər ki, sizdən heç bir şikayət daxil olmayıb. Yenidən şikayət ərizəsi yazmağa məcbur oldum.

Qeyd edim ki, Əmək Müfəttişliyində yarıtmaz insanlar xidmət göstərir.

55 yaşlı qadınam, işləməyə məcburam. Məni qeyri-qanuni olaraq işdən çıxarmaları və Əmək Müfəttişliyinin də bu hala göz yumması ölkədə həm hüquq sisteminin nə dərəcədə iflas etməsinin, həm də şirkət sahiblərinin özbaşınalıqlarının göstəricisidir”.

Aynurə MUSTAFAYEVA

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Yanvar 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri