Icma.az
close
up
RU
İşə getmək problemi və ya erqofobiya nədir? Psixoloq bildirib

İşə getmək problemi və ya erqofobiya nədir? Psixoloq bildirib

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ətrafınızda işləməyən və işləmək istəməyən, iş axtarmaq haqqında düşünməyən tanıdıqlarınız var? Bəs 15-20 il eyni iş yerində eyni vəzifədə aşağı maaşa çalışaraq, buna qane olan və yeni iş tapmaq haqqında düşünməyənlər? Yəqin bir çoxumuz bu insanları qınayırıq, onlara öyüd-nəsihətlər veririk, işləmək lazım olduğunu və ya daha yaxşısına layiq olduğunu deyirik, amma bizə qulaq asan var? Səbəb düşündüyünüz kimi sadə deyil. Bir çoxları üçün iş axtarmaq, işi tapdıqdan sonra isə hər gün işə getmək cəhənnəm əzabıdır. Onlar böyük səbirsizliklə bayram və istirahət günlərini, məzuniyyəti gözləyirlər. Bu günlərdə sanki tamam başqa adam olurlar. Bir çoxumuz bu şəxsləri tənbəllikdə, ətalətlilikdə günahlandırırıq. Düşünürük ki, işə getmək istəməmək, işdən qorxmaq tənbəlliyin əlamətidir. Lakin bu belə deyil. Bu şəxslər erqofobiyadan əziyyət çəkirlər. Tənbəllik - sadəcə nəyisə etmək istəməməkdir. Fobiya isə qorxudur, o, yüksək həyəcan, tərləmə, gərginliklə və s. ilə müşayiət olunur. Bəs əslində erqofobiya nədir: Erqofobiya- psixoloji pozğunluğun xüsusi formasıdır. Şəxs özünün professional keyfiyyət və bacarıqlarını nümayiş etdirməkdən, işin öhdəsindən gələ bilməməkdən qorxur”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun sözlərinə görə, erqofobiyanın yaranma səbəbləri çoxdur. Uşaqlıqda valideynləri tərəfindən daim danlanılan, “bacarıqsız”, “qabiliyyətsiz” adlandırılan, “əlindən heç nə gəlmir” kimi mikroaqressiyalara məruz qalanlar böyüdükdə erqofobiyalı ola bilərlər. Eləcə də ilk iş yerindəki təcrübə şəxsin sonrakı iş və karyera həyatına birmənalı olaraq təsir edir. Təbii ki, ilk dəfə işə girən işçi təcrübəsiz olur, işini yerinə yetirmək üçün bir çox zəruri bacarıqlara malik deyil, eləcə də bəzi gənclər böyük kollektivdəki nizam-intizama tabe olmaqda çətinlik çəkirlər. Bu və digər səbəblərə görə ilk iş yerində rəhbərlik tərəfindən daim tənqid (hətta təhqir) olunan, kollektiv tərəfindən qəbul edilməyən, etdiyi hər səhvə görə danlanan və gülüş obyektinə çevrilən işçi sonraki iş yerlərində eyni münasibətlə üzləşəcəyindən çox qorxacaqdır: “Yuxarıda qeyd etdiyim münasibətə məruz qalan işçi yeni iş yerinə düzəlməkdə də çətinlik çəkəcək, eyni qorxuları yaşayacaq. Təbii ki, onda yaranmış özünə inamsızlıq iş müsahibələrində də uğur qazanmamasına səbəb olacaq. Hər müsahibə həmin namizəddə özünüitirmə, həyəcan, başağrısı, ürəkbulanması, ürəkdöyünməsi və s. kimi əlamətlərlə müşahidə olunacaq. Uzunmüddətli əmək staji da erqofobiyanın yoxluğuna dəlalət etmir. Daimi yoxlamalar, tapşırıqları vaxtında başa çatdırmamaq qorxusu, rəhbərin qışqır-bağırı da bu fobiyanın yaranmasına təkan verir. İstehsalatda baş vermiş travma (məsələn, istehsalat qəzaları - əllərin, barmaqların zədələnməsi, yıxılma və s. kimi hallar) da erqofobiyaya səbəb olur. Qəzanın təkrar baş verməsindən qorxaraq, kimsə özünü hədsiz ehtiyatlı aparır, bəziləri isə tamamilə həmin işdən uzaqlaşırlar. Kollektivdə olan pis münasibət də erqofobiyanın yaranmasına səbəb olur. Tənqid edilmə qorxusu, həmkarları tərəfindən lağ və gülüş obyekti olmaq işçidə bu qorxunun yarada bilər. Bir sıra hallarda isə insanın digər psixoloji problemləri - depressiya, ruhi və fiziki yorğunluq və s. də erqofobiyanın yaranmasına səbəb olur. Əgər adi əməkdaş hər hansı bir şəkildə özünə qarşı münasibəti, iş tərzini və s. dəyişdirməyə çalışırsa, erqofob çarəni dərhal işdən çıxmaqda görür. Əgər özünüzdə bu tip qorxu hiss edirsinizsə, mütləq psixoloq və ya psixiatra müraciət etmək lazımdır”, - deyə Y.Əsgərova bildirib.

Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri