Icma.az
close
up
RU
İşə getmək problemi və ya erqofobiya nədir?

İşə getmək problemi və ya erqofobiya nədir?

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

"Ətrafınızda işləməyən və işləmək istəməyən, iş axtarmaq haqqında düşünməyən tanıdıqlarınız var? Bəs 15-20 il eyni iş yerində eyni vəzifədə aşağı maaşa çalışaraq, buna qane olan və yeni iş tapmaq haqqında düşünməyənlər? Yəqin bir çoxumuz bu insanları qınayırıq, onlara öyüd-nəsihətlər veririk, işləmək lazım olduğunu və ya daha yaxşısına layiq olduğunu deyirik, amma bizə qulaq asan var? Səbəb düşündüyünüz kimi sadə deyil. Bir çoxları üçün iş axtarmaq, işi tapdıqdan sonra isə hər gün işə getmək cəhənnəm əzabıdır. Onlar böyük səbirsizliklə bayram və istirahət günlərini, məzuniyyəti gözləyirlər. Bu günlərdə sanki tamam başqa adam olurlar. Bir çoxumuz bu şəxsləri tənbəllikdə, ətalətlilikdə günahlandırırıq. Düşünürük ki, işə getmək istəməmək, işdən qorxmaq tənbəlliyin əlamətidir. Lakin bu belə deyil. Bu şəxslər erqofobiyadan əziyyət çəkirlər. Tənbəllik - sadəcə nəyisə etmək istəməməkdir. Fobiya isə qorxudur, o, yüksək həyəcan, tərləmə, gərginliklə və s. ilə müşayiət olunur. Bəs əslində erqofobiya nədir: Erqofobiya- psixoloji pozğunluğun xüsusi formasıdır. Şəxs özünün professional keyfiyyət və bacarıqlarını nümayiş etdirməkdən, işin öhdəsindən gələ bilməməkdən qorxur". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Onun sözlərinə görə, erqofobiyanın yaranma səbəbləri çoxdur. Uşaqlıqda valideynləri tərəfindən daim danlanılan, “bacarıqsız”, “qabiliyyətsiz” adlandırılan, “əlindən heç nə gəlmir” kimi mikroaqressiyalara məruz qalanlar böyüdükdə erqofobiyalı ola bilərlər. Eləcə də ilk iş yerindəki təcrübə şəxsin sonrakı iş və karyera həyatına birmənalı olaraq təsir edir. Təbii ki, ilk dəfə işə girən işçi təcrübəsiz olur, işini yerinə yetirmək üçün bir çox zəruri bacarıqlara malik deyil, eləcə də bəzi gənclər böyük kollektivdəki nizam-intizama tabe olmaqda çətinlik çəkirlər. Bu və digər səbəblərə görə ilk iş yerində rəhbərlik tərəfindən daim tənqid (hətta təhqir) olunan, kollektiv tərəfindən qəbul edilməyən, etdiyi hər səhvə görə danlanan və gülüş obyektinə çevrilən işçi sonraki iş yerlərində eyni münasibətlə üzləşəcəyindən çox qorxacaqdır. Yuxarıda qeyd etdiyim münasibətə məruz qalan işçi yeni iş yerinə düzəlməkdə də çətinlik çəkəcək, eyni qorxuları yaşayacaq. Təbii ki, onda yaranmış özünə inamsızlıq iş müsahibələrində də uğur qazanmamasına səbəb olacaq. Hər müsahibə həmin namizəddə özünüitirmə, həyəcan, başağrısı, ürəkbulanması, ürəkdöyünməsi və s. kimi əlamətlərlə müşahidə olunacaq.

"Uzunmüddətli əmək stajı da erqofobiyanın yoxluğuna dəlalət etmir. Daimi yoxlamalar, tapşırıqları vaxtında başa çatdırmamaq qorxusu, rəhbərin qışqır-bağırı da bu fobiyanın yaranmasına təkan verir. İstehsalatda baş vermiş travma (məsələn, istehsalat qəzaları - əllərin, barmaqların zədələnməsi, yıxılma və s. kimi hallar) da erqofobiyaya səbəb olur. Qəzanın təkrar baş verməsindən qorxaraq, kimsə özünü hədsiz ehtiyatlı aparır, bəziləri isə tamamilə həmin işdən uzaqlaşırlar. Kollektivdə olan pis münasibət də erqofobiyanın yaranmasına səbəb olur. Tənqid edilmə qorxusu, həmkarları tərəfindən lağ və gülüş obyekti olmaq işçidə bu qorxunun yarada bilər. Bir sıra hallarda isə insanın digər psixoloji problemləri - depressiya, ruhi və fiziki yorğunluq və s. də erqofobiyanın yaranmasına səbəb olur. Əgər adi əməkdaş hər hansı bir şəkildə özünəqarşı münasibəti, iş tərzini və s. dəyişdirməyə çalışırsa, erqofob çarəni dərhal işdən çıxmaqda görür. Əgər özünüzdə bu tip qorxu hiss edirsinizsə, mütləq psixoloq və ya psixiatra müraciət etmək lazımdır", - deyə psixoloq fikrini tamamlayıb.

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Aprel 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see941

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see413

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see323

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see236

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see228

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see227

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see220

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see209

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see204

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see197

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see195

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see193

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see191

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see189

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see186

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see185

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see180

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see178

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see175

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri