Icma.az
close
up
RU
İşə icra başçısı qarışdı: İmişliyə yeni ağsaqqal seçildi

İşə icra başçısı qarışdı: İmişliyə yeni ağsaqqal seçildi

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

May ayının 21-də İmişli Rayon Ağsaqqallar Şurasının növbədənkənar seçki konfransı keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Şuranın Aparat rəhbəri Ramin Həsənli və baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, eləcə də rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Konfransda çıxış edənlər tərəfindən İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə əməkdar müəllim Ramiz Əmirovun namizədliyi irəli sürülüb. Vurğulanıb ki, təqaüdçü, əməkdar müəllim, uzun illər rayon təhsil şöbəsinin müdiri işləmiş və 2021-2024-cü illərdə İmişli Rayon Ağsaqqallar Şurasına sədrlik etmiş Ramiz Əmirov bu vəzifəyə ən layiqli namizəddir. Sonra açıq səsvermə yolu ilə Ramiz Əmirov İmişli Rayon Ağsaqqallar Şurasına sədr seçilib. 

Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev qeyd edib ki, ağsaqqallar hər zaman ölkəmizin, eləcə də İmişli rayonunun ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynayıblar. 

Xatırladaq ki, İmişli rayonunda keçirilmiş 9 May Qələbə günü tədbirində qurum SSRİ bayrağı qaldırdığı üçün Saleh Səmədov sədrlikdən azad edilmişdi. Və dərhal onun yerinə  Vahid Tağıyev sədr seçilmişdi. Amma sonradan onun da sinəsinə Rusiya imperiyasının rəmzi olan "Georgi lenti"ni taxması cəmiyyətdə birmənalı şəkildə pislənildi. Buna görə də ictimai təzyiq qarşısında o da vəzifədən istefa verməli olmuşdu.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 May 2025 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri