Qarabağ İmişliyə qarşı
Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün futbol üzrə Misli Premyer Liqasında XX tura start veriləcək.
Adalet.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Turun açılış matçında “Qarabağ” “İmişli”nin qonağı olacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 14:30-da başlayacaq.
Turnir cədvəlində Ağdam təmsilçisi 42 xalla 2-ci, İmişlinin eyniadlı klubu isə 19 xalla 9-cudur. Günün son oyununda “Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da start götürəcək.
Hazırda 32 xalı olan paytaxt təmsilçisi 4-cü sırada yer alıb. Yevlax klubu isə 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XX turun digər oyunları fevralın 15-16-da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 13 Fevral 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















