Icma.az
close
up
RU
İşə qəbulda namizədlərin sosial şəbəkə hesablarına da BAXILACAQ?

İşə qəbulda namizədlərin sosial şəbəkə hesablarına da BAXILACAQ?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Sosial şəbəkələr insanların gündəlik həyatında mühüm yer tutur. İnsanlar sosial şəbəkələrdən müxtəlif məqsədlərlə istifadə edir. Kimi burada dostları ilə əlaqə saxlayır, kimi dünyada baş verən hadisələri izləyir, kimi də məzmun paylaşaraq, konkret kontent yaradaraq gəlir əldə edir.
Sosial media hesablarında paylaşılan məlumatlar isə bəzən şəxsin peşəkar fəaliyyəti ilə yanaşı, şəxsi baxışları və həyat tərzi haqqında da fikir formalaşdırır.
Bu səbəbdən bəzi işəgötürənlər namizədləri daha yaxından tanımaq üçün onların sosial şəbəkə hesablarına nəzər salırlar.
Həmçinin, işə qəbul zamanı namizədlərin peşəsi, bacarığı ilə bərabər şəxsi həyatı, onun maraq dairəsi də işəgötürənləri maraqlandırır. Bəzi hallarda sosial şəbəkələr bu məlumatları toplamaqda işəgötürənlərə kömək edə bilir. Lakin iş üçün müraciət edənlərin, hətta iş zamanı belə şəxslərin sosial şəbəkədi davranışlarının araşdırılması, dəyərləndirilməsi müzakirə mövzusu olaraq qalır. Bunun etik, eyni zamanda hüquqi tərəfləri sualalr yaradır.
 

MÖVZU İLƏ BAĞLI:
Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK


Bəs işə qəbul prosesi zamanı namizədlərin sosial şəbəkə hesablarının yoxlanılması hüquqi baxımdan nə dərəcədə əsaslıdır və bu, hüquq pozuntusu hesab oluna bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hüquqşünas Şamil Paşayev bildirib ki, müasir texnologiyalar həyatımızı asanlaşdırsa da, onların istifadəsi fərdi hüquqların qorunması ilə bağlı müəyyən narahatlıqlar yaradıb:
“21-ci əsrin daha çox azadlıqlar əsri olacağı güman edilirdi, ancaq texnologiyanın inkişaf etməsi insanlara rahatlıq gətirməklə yanaşı, onların fərdi hüquqlarının, azadlıqlarının qısıtlanmasına da şərait yaradıb. Yəni, hazırda dünyada təhlükəsizlik məqsədilə müşahidə kameraları, radar sistemi tətbiq olunur.
Dünyanın inkişaf etmiş ölkələrində hər hansı bir maşının mülki və yaxud da inzibati pozuntusunun olub-olmaması texnologiyanın hesabına avtomatik şəkildə yoxlanır. Bütün bunlar təkcə təhlükəsizlik adı altında həyata keçirilir, amma əslində, bunların bir çoxu insanların hüquq və azadlıqlarının pozulmasına gətirib çıxaran hallardır”.
O hesab edir ki, insanların sosial şəbəkələrdəki davranışları onların real həyatına təsir edir:
 

“Sosial şəbəkələrdən istifadə də insanlara virtual məkanların real həyata transformasiyası kimi qiymətləndirilir və sosial şəbəkədəki davranışları insanların həyatına təsir edir. Bəzi ölkələr hətta viza verərkən də insanların sosial şəbəkələrdəki davranışlarına baxırlar. Bu isə onların öz siyasi düşüncələrinə uyğun olaraq interpretasiya edirlər. İnsanların sosial şəbəkələrdə paylaşdıqları fikir və ya şəkillərə görə mühakimə olunması və bunlara görə onların işə qəbul olunması və ya işdən azad olunması tamamilə qanunsuz və əsassızdır.


Əvvəllər bunu bir çox ölkələrdə, bir çox şirkətlər və yaxud da qurumlar gizli şəkildə həyata keçirirdilər. Bu gizli də olsa, açıq şəkildə də olsa qanun pozuntusudur. Amma hazırda bunu bəzi elanlarda açıq şəkildə yaza və deyə bilirlər. Bütün bunlar insanların hüquq və azadlıqlarının pozulmasına yönəlik hərəkətlərdir. Sosial şəbəkələrdə şəxslərin davranışlarına və paylaşımlarına əsasən işə qəbul zamanı onlara üstünlük verilməsi və ya verilməməsi hüquq və qanun pozuntusu hesab oluna bilər”.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 İyun 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri