Icma.az
close
up
RU
İşə Rəhimov qarışdı: Bütün imkanlarımdan və nüfuzumdan istifadə edəcəyəm

İşə Rəhimov qarışdı: Bütün imkanlarımdan və nüfuzumdan istifadə edəcəyəm

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti,  Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov  Rusiyanın Yekaterinburq şəhərində soydaşlarımıza qarşı baş verən hadisəylə bağlı rəhbərlik etdiyi təşkilatın mövqeyini açıqlayıb.

Professor İlham Rəhimov News24.az-a açıqlamasında bildirib ki,  rəhbərlik etdiyi təşkilat Yekaterinburq şəhərində  Rusiya vətəndaşları olan azərbaycanlılara qarşı törədilmiş  hadisəni  qəti şəkildə pisləyir və  bunu həyata keçirmiş  hüquq-mühafizə orqanlarının əməkdaşlarının  dairəsini müəyyən etməklə onların cinayət məsuliyyətinə cəlb edilməsini qəti şəkildə  tələb edir.

İlham Rəhimov bildirib ki,  hadisədən xəbər tutan kimi dünən  Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Elçin Şıxlinski ilə bir neçə dəfə əlaqə saxlayaraq həm hadisə barədə ətraflı  məlumat alıb, həm də bundan sonra hansı addımların atılması barədə diaspor rəhbəri ilə məsləhətləşmələr aparıb.

Professor İlham Rəhimov  baş vermiş hadisənin obyektiv araşdırılması üçün Rusiyanın hüquq- mühafizə orqanlarının rəhbərliyində təmsil olunan şəxslərə müraciət edəcəyini bildirib. O hadisənin obyektiv araşdırılması üçün bütün imkanlarından və nufuzundan istifadə edəcəyini  də qeyd edib.

Professor İlham Rəhimov eyni  zamanda baş vermiş hadisənin həssaslığını nəzərə alaraq məsələnin tam və hərtərəfli araşdırılmasını gözləməyi, azərbaycanlıların Rusiya cəmiyyətində mövqelərinin güclənməsindən ciddi narahat olan qüvvələrin maraqlarına istəmədən belə  xidmət edən hərəkətlərdən yayınmağın vacib olduğunu ifadə etdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 İyun 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ nüvə obyektinə qarşı bunker bombalarından istifadə etməyib

28 İyun 2025 19:35see145

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see141

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see132

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see129

Hizbullah ın bölmə komandanı zərərsizləşdirib

28 İyun 2025 23:23see120

Polis polkovnik leytenantı vəfat etdi

28 İyun 2025 22:16see119

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see118

Spirtli içki ailə faciəsinə səbəb oldu: Ərini bıçaqlayaraq öldürdü VİDEO

28 İyun 2025 21:08see117

Sirkə turşusu içən qadın Bakıya gətirildi

28 İyun 2025 19:56see117

İsrail ordusu Hizbullah üzvünü məhv etmək üçün Livana zərbələr endirib

28 İyun 2025 23:36see116

“Sığortaya salınsın, insanlar ölür”

29 İyun 2025 00:06see116

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see115

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see115

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see115

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see115

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see115

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see114

Rusiya taktikasını dəyişir: Kiyev yenidən əsas hədəfə çevrilir

28 İyun 2025 20:29see114

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

29 İyun 2025 00:01see113

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri