Icma.az
close
up
RU
Uşaqların yaşına uyğun olmayan serialların gizli təhlükələri Psixoloqdan XƏBƏRDARLIQ

Uşaqların yaşına uyğun olmayan serialların gizli təhlükələri Psixoloqdan XƏBƏRDARLIQ

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Müasir dövrdə texnologiya uşaqların həyatına çox erkən yaşlardan daxil olur. Televizor, planşet və mobil telefonlar artıq bir çox uşaq üçün gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bu cihazlar vasitəsilə uşaqlar saysız-hesabsız video məzmunlarına, o cümlədən seriallara asanlıqla çıxış əldə edə bilirlər. Lakin bu, təkcə əyləncə deyil, bəzən ciddi riskləri də özü ilə gətirir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında psixoloq Pərvanə Musayeva uşaqların yaşına uyğun olmayan seriallara baxmalarının psixologiyalarına necə təsir göstərəcəyi haqda danışarkən bildirdi.

"Valideynlərin qarşısında duran əsas sual budur: baxılan seriallar uşağın yaşına və psixoloji inkişafına nə qədər uyğundur? Təəssüf ki, hər televiziya proqramı, serial uşaq üçün uyğun deyil. Yaş səviyyəsinə uyğun olmayan görüntülər, səhnələr və davranış modelləri uşaqların dünyagörüşünə, hisslərinə və inkişafına mənfi təsir göstərə bilər.

Uşaqlar izlədikləri məzmunları yalnız müşahidə etmirlər, onlar bu səhnələri təqlid edir, onlardan nəticə çıxarır və öz davranışlarını buna uyğun formalaşdırırlar. Uyğun olmayan serialların yaratdığı təhlükələri aşağıdakı kimi qruplaşdırmaq olar:

Emosional travma: Qorxulu, gərgin və ya aqressiv səhnələr uşaqlarda daxili narahatlıq, qorxu və hətta yuxu pozuntuları yarada bilər. Bu, onların gündəlik əhvalına və emosional sabitliyinə birbaşa təsir edir.

Şiddətin normallaşması: Uşaqlar təhqir, zorakılıq və digər aqressiv davranışları əks etdirən səhnələri gördükcə, bu davranışların “normal” olduğunu düşünə bilərlər. Nəticədə empati hissi zəifləyir, aqressivlik artır.

Sosial rolların yanlış qavranılması: Bəzi seriallarda qadın və kişi rolları stereotip şəkildə təqdim olunur, seksual məzmun və böyüklərə xas davranışlar uşaqlara çatdırılır. Bu isə onların öz bədənlərinə və cinsiyyət rollarına dair yanlış təsəvvürlər formalaşdırmasına səbəb olur.

Əxlaqi dəyərlərin zədələnməsi: Aldatma, yalan danışmaq və qaydalara tabe olmamaq kimi davranışlar bəzən seriallarda “əyləncəli” və “cəzbedici” kimi göstərilir. Uşaqlar bu davranışları təqlid edərək sosial və əxlaqi sərhədləri qarışdıra bilərlər.

Dil və emosional inkişafın zəifləməsi: Söyüş, lağ etmə və digər kobud ifadələr uşaqlarda nitq mədəniyyətini və duyğularını ifadə etmə bacarığını zəiflədir. Bu həm də onların sosial münasibətlərinə mənfi təsir göstərə bilər".

Psixoloq qeyd etdi ki, məhz bu səbəbdən valideynlərin aktiv və şüurlu mövqe sərgiləməsi olduqca vacibdir.

"Təkcə qadağalarla deyil, yönləndirmə və müşayiətlə uşağın media təcrübəsi sağlam istiqamətdə formalaşdırıla bilər.

İzlənən məzmunlara nəzarət edilməlidir. Uşağın nə izlədiyini bilmək və uyğun platformaları seçmək (məsələn, "YouTube Kids", "Netflix Kids") təhlükəli məzmunların qarşısını almaqda ilk addımdır.

Ekran vaxtının məhdudlaşdırılması lazımdır. 3–6 yaş arası uşaqlar üçün gündəlik ekran vaxtı bir saatı keçməməlidir. Bu müddət içərisində yalnız yaşa uyğun, inkişaf etdirici kontentlərə yer verilməlidir.

Birlikdə izləmək və söhbət etmək. Uşaqlarla birgə baxılan proqramlar onların hisslərini anlamaq və düzgün istiqamətləndirmək üçün fürsətdir. Uşağın hansı səhnədən qorxduğu, nəyə güldüyü və nəyə maraq göstərdiyi haqqında söhbət etmək onun duyğusal tənzimlənməsinə və analiz bacarığına kömək edir.

Ekran xaricində alternativlər yaratmaq: Oyunlar, kitab oxuma, rəsm çəkmək, açıq havada vaxt keçirmək kimi alternativlər uşaq üçün ekranın cazibəsini azalda bilər.

Media nümunəsi olmaq: Uşaqlar təkcə deyilənə yox, görünənə də baxırlar. Valideynin özü də ekran qarşısında balanslı davranaraq uşağa sağlam model təqdim etməlidir.

Uşaqların yaşına uyğun olmayan seriallar birbaşa gözlə görünməyən, amma dərin izlər buraxan təsirlər yarada bilər. Valideynlərin rolu təkcə məhdudiyyət qoymaqla bitmir. Onlar uşaqlarına sağlam media seçmə bacarığı, zövq və tənqidi düşüncə qazandıraraq, gələcəkdə də müstəqil və şüurlu seçimini təmin edə bilərlər",- deyə Pərvanə Musayeva vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 İyun 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri