Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Bakıda və bölgələrdə işıq sönəcək

İsfəndiyar Əzizə Cəfərzadənin hekayəsi

İsfəndiyar Əzizə Cəfərzadənin hekayəsi

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

4 sentyabr görkəmli yazıçı Əzizə Cəfərzadənin anım günüdür.


Kulis.az bu münasibətlə yazıçının “İsfəndiyar” hekayəsini təqdim edir.

İsfəndiyar dağlara çıxanda, günəş artıq qüruba enmişdi. O ucsuz-bucaqsız Qobustan düzünü keçmiş, silsiləli uca dağlara dırmanmağa başlamışdı. Artıq dağların yastı döşlərində, enişli yamaclarında sarı sünbül zəmiləri xısın-xısın pıçıltılarla dalğalanır, qürub edən günəşin al şəfəqləri altında qızıl kimi bərq vururdu.
Onlar, dolğun başlarını bərəkətli ana torpağa səcdəyə qoyurmuş kimi yarıya qədər əymişdilər. İsfəndiyar, ixtiyarsız: – “Maşallah” dedi. Sonra təəccüblə düşündü: “Amma mən burda olanda heç bu yerlər əkilmirdi”. Sonra zəmi arası cığırla irəliləyərək yenidən düşündü: “Bəs görəsən nə əcəb əkib, biçmirlər? Hə... Məlumdur. Yəqin işçi qüvvəsi çatmır. Ah.. Kənddə kim qalıb axı?..” O təəssüflə başını yellədi. Dolmuş gözlərini uzaqlara dikdi.
Yeddi il əvvəl, həmin bu yol ilə ilk məhsul arabasını necə bir şənliklə rayon mərkəzinə sürdükləri yadına düşdü. Cavanlar hamısı bəzənmiş, çalıb-oynayır, oxuya-oxuya kəl arabalarını dağdan aşağı sürürdülər. Ən qabaqda kənddə birinci igid sayılan, gözəl, cavan Seyfullanın gəlin kimi bəzəkli, bayraqlar sancılmış arabası gedirdi. Seyfulla, özünəməxsus bir şənliklə arabanı sürür, tez-tez dolğun, qarayanız üzünü çevirib taxılın üstündə oturmuş Məğrubəyə baxır, nə isə deyir və bərkdən gülərək kəlləri səsləyirdi.
Sıldırımlı yollarda, ehtiyatsız hərəkətdən arabanın aşmasından qorxan komsomol komitəsi katibi İsfəndiyar, at üstündə karvanın yanınca gedir, tez-tez Seyfullaya yanaşıb gülə-gülə deyirdi:
– Yavaş, Seyfi, qızı aşırarsan.
– Aşan bala deyil, a katib.
– Peşmançılıq olar, xırmanı qurtarandan sonra toyu kimə tutarıq?
– Səndə o kəramət?..
– Bir utan, əyə...
– Utananın oğlu olmaz. O qədər evləndirmədin ki, axırı üzə durmuşam. Eh... Ea..
İsfəndiyar indi bu mənzərəni xatırladıqca gözləri doldu. Dostu Seyfullanın coşğun həyat dolu gözləri, dolğun qarayanız üzü, hərbi papaq altından çıxan qara parlaq saçları, hamısı göz yaşı dumanında itdi... Şən qəhqəhələrin yerini yenidən buğda zəmilərinin xısın-xısın pıçıltıları tutdu. O, irəlləyirdi... Və irəlilədikcə də bayaqdan bəri bir nəfərə belə rast gəlmədiyinə təəccüb edirdi ki, birdən arxadan anlaşılmaz bir gurultu qopdu.
İsfəndiyar geri döndü. Cığırda ta uzaqdan “Molniya! Molniya!...” deyə bağıraraq qara uzunqulaq minmiş bir uşaq üzüyuxarı çapırdı. İsfəndiyar heyrət içərisində durdu. Azacıq yoldan çıxıb çaparaq gələn uşağa yol vermək istədi. Uşaq ona çatınca eşşəyin noxtasını çəkib zorla saxladı və təəccübdən böyümüş iri qumral gözlərini İsfəndiyara dikdi. Onun on iki-on üç yaşı olardı, yarım hərbi geyimdə idi. Başında ulduzlu furajka əynində torpaq rəngli köynək, belində əsgər toqqası, çiynində isə planşet2 əvəzinə içi kağız dolu köhnə bir portfel qayışla asılmışdı. Eşşəyin üstünə qoyduğu yarım yəhərin üstündə oturmuşdu. Sol əlində noxtanı, sağ əlində isə bir neçə teleqram tutmuşdu.
İsfəndiyar, onun poçtalyon olduğunu anladı və bu qəribə görkəminə özünü gülməkdən güclə saxlayaraq soruşdu:
– Hara çapırsan, yoldaş?
Oğlan ciddiyyətlə dedi:
– Şəfəq kəndinə...
– Aha... yaxşı oldu. Mən də ora gedirəm. Deməli yoldaşıq...
– Yox, yoldaş komandir, mən gecikərəm. Sizinlə ayaqlaşa bilmərəm. Molniya aparıram.
– Eşşəklə?
– Bəli, bəli...
– Şəfəqin özündənsən?
– Bəli...
– Molniyanı kimə aparırsan?
– Dayan görüm, qəzetdə adı necə yazılmışdı. Hə... – O gülümsəyərək durdu. Gülməli vəziyyət alıb dedi:
– Ellər gözəli, xalqın qəhrəman qızı, Şəfəq kolxozunda Sosialist Əməyi qəhrəmanı Həsənova Zöhrə yoldaşa!
– Kimdən aparırsan?
– Qardaşından.
– Kimin oğlusan?
– Səməndərin, kolxoz sədri Əslinin.
İsfəndiyar möcüzəyə inanan deyildi. Lakin görəsən bu möcüzə deyil, nə idi? Bu balaca, altı yaşına yenicə girirkən qoyub getdiyi və atası Səməndərin hara yollandığını bilməsə də, ağlaya-ağlaya anasına qısılan körpədirmi? İsfəndiyar orada – uzaqlarda Azadı necə desən təsəvvür edərdi, amma belə yox...
– ...Ah... Azad... – deyə o başqa bir söz tapa bilməyib dəyişmiş oğlanı yəhərin üstündəcə bağrına basdı.
– Əmi, İsfəndiyar əmi... – oğlan İsfəndiyarın boynundan asıldı.
Eşşək irəlilədi. Noxtanı çoxdan əlindən buraxmış olan Azad, asıla qaldı. İsfəndiyar onu yerə qoydu; uşaq qışqırdı:
– Taş!.. Dayan, çər dəymiş.
– Nə yorğa eşşəyin varmış?! – deyə İsfəndiyar gülə-gülə soruşdu.
– Zarafat deyil. Teleqram aparır, özü də bu yolda dayanmağa öyrəşməyib.
– İndi yoldaşıqmı?.. – deyə İsfəndiyar oğlanı bir daha bağrına basdı. Sonra sinəsindən ayırıb diqqətlə, bir daha gündən yanmış, indi isə sevincdən qıp-qırmızı kəsilmiş bəxtəvər üzünə baxdı:
– Bəs nə əcəb dağda biçinci yoxdur? Azad, bayaqdan heç kəsə rast gəlmədim.
– O taydadılar, İsfəndiyar əmi, çayın o tayında.
Onlar kəndə enirkən artıq axşam olmuşdu. Naxırdan gələn mal çoxdan farağatlanmış, evlərdə lampalar yandırılmışdı...
Kəndə səs-küy düşmüşdü. İsfəndiyar gəlib... Uşaqdan böyüyə hamı onlara axışırdı. Gözətçi Həsən əmi də çuxasını axura atıb, əl havasına sürüdən kök bir toğlu tutdu. Qoca, bu fikrin nə zaman başına gəldiyini belə düşünmədən öz-özünə deyirdi: “Atası yoxdur... Ürəyinə pis gələr, deyər ki, atam olsa idi qurbanlıq saxlardı, ayağımın altında kəsərdi”... Qoca çoban, fikirləşərək çiynindəki toğlunu sürətlə apardı. İsfəndiyargilin eyvanına çatcaq ucadan səsləndi:
– Ay uşaq, qulaq asın, yol verin. İsfəndiyar bala, eyvana çıx.
Hamı aralanıb qocaya yol verdi. İsfəndiyar gülə-gülə qapıya çıxdı.
– Bala, ayağını üstünə qoy! – deyə Həsən kişi toğlunu onun önündə yerə yıxıb kəsdi.
Burada olan başqa kişilər ona bir növ qibtə ilə baxırdı. Nə üçün bu fikir ilk əvvəl onun başına gəldi. Nə eybi, kəndin ağsaqqalı deyilmi? İsfəndiyar yenidən içəri girməmişdi ki, Göyçək qarı özünü yetirdi. Qoltuğunda gətirdiyi bağlamanı gəlinin qucağına atıb İsfəndiyarı bağrına basdı. Ağlayaraq, gülərək dedi:
– Nənən sənə qurban, ölmədim, gəldiyini gördüm! İndi ölsəm də eybi yoxdur! Qoyunu soymaqda olan Həsən kişi başını işindən qaldırmadan ucadan dedi:
– Səndə ölən üz nə gəzir, ay qarı, meşədə sən sanda ağac yoxdur!
Hamı güldü. Qarının bağlamasını hələ də əlində tutub hara qoymaq lazım olduğunu bilməyən gəlin dedi:
– Bəs bu nədir, nənə?
Qarı yavaşca gəlininin qulağına pıçıldadı:
– Çörəkdir, ay Allahsız, apar içəri.
Dedim qız işdən təzə qayıdıb. Bəlkə hələ hazırı yoxdur.
– Var, nənə...
– Nə olsun. Bu da mənim payımdır, aparsana, a qudurmuş...
Hamı içəri keçdi.
Gecə yarıdan ötmüşdü. Həsən kişinin bişirdiyi dadlı saciçi çoxdan yeyilmişdi. İndi hamı sevinclə, kəndin qoca ağsaqqalının ləzzətli nağılına qulaq asırdı. O, Koroğludan deyirdi. Dinləyən gənclərin gözləri parlayır, qızların gül yanaqları allaşırdı. Qoca, hamının əzbər bildiyi əhvalatı danışırdısa da, hamı yeni bir şey eşidirmiş kimi diqqətlə dinləyirdi.

1947-1948

Ələ almağa çalışdığım, amma əlində qaldığım Hamartia... - Furqan Əliyevin şeirləri Sevilən gənc aktyor yeni layihədə "İsa Məsihin iztirabları" filminin davamı iki hissəli olacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see254

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see239

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see236

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see235

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see227

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see221

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see220

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see216

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see214

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see213

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see211

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see210

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see204

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see195

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see193

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see188

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see184

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see182

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see174

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri