Icma.az
close
up
RU
İşğal dərsi, xaricipərəstlik və milli siyasət TƏHLİL

İşğal dərsi, xaricipərəstlik və milli siyasət TƏHLİL

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müstəqil Azərbaycanın qarşısında duran əsas strateji vəzifələrdən biri milli maraqların prioritetləşdirilməsidir. Bu gün regionda gedən geosiyasi proseslər, böyük güclər arasındakı rəqabət və maraqlar toqquşması bir daha göstərir ki, Azərbaycan yalnız öz milli xəttinə söykənərək uzunmüddətli inkişafını təmin edə bilər.

Son 30 ildə baş verənlər dəfələrlə sübut etdi ki, istənilən böyük dövlət yalnız öz marağını düşünür. Qərb də, Rusiya da, İran da, Amerika da regional siyasətlərini milli maraqları çərçivəsində formalaşdırırlar. Onların heç biri Azərbaycanın problemlərini çözmək üçün çalışmır, heç biri Azərbaycan üçün fədakarlıq etmir.

Qarabağın 30 il işğal altında qalması da məhz bu maraqlar balansının nəticəsi idi. Heç bir böyük güc Azərbaycan torpaqlarının azad olunmasına töhfə vermədi. Sonda Qarabağı biz öz gücümüzlə, öz siyasətimizlə, öz ordumuzla azad etdik.

Bu reallıq onu göstərir ki, Azərbaycanın siyasi sistemi daxilində xarici güclərə bağlı düşüncə tərzi kökündən yanlışdır.

Qərbpərəst, Rusiyapərəst, İranpərəst və ya Amerikapərəst adlandırılan siyasətçilər əslində ölkənin siyasi müstəqilliyinə zərbə vururlar. Onlar istər-istəməz hansısa geosiyasi mərkəzin maraqlarını müdafiə etmiş olurlar.

Halbuki Azərbaycana yalnız Azərbaycanpərəst, ölkənin gələcəyini, təhlükəsizliyini, iqtisadi inkişafını düşünən liderlər lazımdır. Dövlət siyasəti şəxsi simpatiyaların və ya xarici ideoloji təsirlərin əsasında qurulmamalıdır. Bu gün geosiyasi reallıq tələb edir ki, siyasi liderlər milli maraqlar prinsipinə sədaqətli olsunlar.

Eyni sözlər siyasi partiyalara da aiddir. Azərbaycanda fəaliyyət göstərən hər bir partiya öz fəaliyyətini qlobal güclərin istəklərinə uyğunlaşdırmaq əvəzinə milli dövlətçilik ideologiyasına əsaslanmalıdır.

Qərbpərəst və ya Rusiyapərəst partiya anlayışı özü-özlüyündə siyasi səhvdir. Dünyanın istənilən ölkəsində milli düşüncə prioritetdir. Siyasi partiyalar yalnız daxili, tarix, mədəniyyət, milli təhlükəsizlik və sosial-iqtisadi reallıqlara əsaslanmalıdır. Xarici güclərin təsiri ilə qurulan ideoloji xətt nəinki dövlətçilik maraqlarına uyğun gəlmir, hətta çox zaman milli təhlükəsizliyi təhdid edir.

Hazırda bəzi şəxslərin və ya qrupların xarici media tərəfindən müdafiə olunması da ciddi suallar yaradır.

Xüsusilə Ramiz Mehdiyevin ətrafında olan müəyyən şəxslərin, Əli Kərimlinin dəstəsinin xarici mətbuatda himayə olunması təsadüfi deyil.

Xaricdən gələn bu dəstək çox zaman həmin qrupların Azərbaycan dövlətinə qarşı yönələn siyasi mövqelərlə əlaqəli olur. Əgər bir qrupun müdafiəsini hansısa ölkənin mediası açıq şəkildə aparırsa, bu artıq həmin qrupun milli maraqlardan uzaqlaşdığının göstəricisidir. Çünki xarici media heç vaxt Azərbaycanda dövlət maraqlarını qoruyan qüvvələri müdafiə etmir. Onların əsas məqsədi təsir imkanlarını genişləndirmək və daxili siyasi proseslərə müdaxilə etməkdir.

Kərimlinin xaricdəki dəstəsi, xüsusilə də internetdə oturan əməkdaşlarını 44 günlük Vətən Savaşında cəmiyyət daha yaxından tanıdı.

Onlar az qala Azərbaycanın Şəhid xəbərini sevinclə verirdilər. Çünki maraqları milli deyil xarici idi.

Bu şəraitdə Azərbaycanın siyasi partiyaları daha məsuliyyətli davranmalıdır. Partiyalar yalnız seçki dövründə aktiv görünməklə kifayətlənməməlidirlər. Onlar ölkənin təhlükəsizliyi, informasiya müharibəsi, siyasi sabitlik, geosiyasi təzyiqlər və ideoloji təhlükələr kimi məsələlərdə vahid mövqe ortaya qoymalıdırlar. Milli siyasi birlik yalnız müzakirə və əməkdaşlıq yolu ilə formalaşa bilər. Azərbaycanda bütün partiyalar yumruq kimi birləşməli və xaricdən idarə olunan siyasi təsirlərə qarşı ortaq mövqeyə sahib olmalıdırlar. Bu gün ölkənin ən böyük ehtiyacı məhz milli mövqenin güclənməsidir.

Siyasi qüvvələr xarici mərkəzlərin ritorikasını təkrarlamaqla yox, milli prioritetləri müdafiə etməklə güclənə bilər. Bu gün siyasi partiyaların qarşısında duran əsas vəzifə Azərbaycanpərəst siyasi düşüncəni formalaşdırmaqdır. Cəmiyyət də, dövlət də, siyasi sistem də yalnız bu istiqamətdə inkişaf edə bilər. Qərbin, Rusiyanın və ya digər güclərin maraqlarına uyğun siyasət yürütmək Azərbaycanı zəiflədir, asılı vəziyyətə salır, daxili parçalanma yaradır.

Nəticə olaraq, Azərbaycan üçün ən doğru yol milli ideologiyanı gücləndirmək, siyasi sistemi xarici təsirlərdən uzaq saxlamaq və ölkənin gələcəyini yalnız öz gücünə əsaslandırmaqdır.

Bizə lazım olan siyasətçi Azərbaycanı düşünən siyasətçidir. Bizə lazım olan partiya Azərbaycan üçün çalışan partiyadır. Digər bütün istiqamətlər ölkəni risklərə aparır. Xaricipərəstliyi də gördük. Otuz illik işğal dərsini də gördük.

Bizə yalnız milli siyasət lazımdır.


Elnur ƏMİROV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Noyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri