Icma.az
close
up
RU
İşğalçı bandaları diz çökdürən Vətən savaşı

İşğalçı bandaları diz çökdürən Vətən savaşı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tarix bəşər xalqlarının yaddaş kitabıdır. Hər bir xalqın tarixində elə günlər var ki, həmin günlər bu xalqın kimliyini, iradəsini, qürurunu əks etdirir. Azərbaycan xalqı üçün belə müqəddəs və unudulmaz günlərdən biri 8 Noyabr – Zəfər Günüdür. Bu gün Azərbaycan xalqının üç onillik həsrətinə, azadlıq və ədalət arzularına qovuşduğu gündür. 2020-ci ilin noyabrında baş vermiş tarixi qələbə təkcə torpaqların azad olunması deyildi; bu, həm də xalqımızın milli birliyinin, Vətən sevgisinin, dövlətinə və ordusuna olan inamının təntənəsi idi.

Bəli, Zəfər Günü Azərbaycanın müstəqillik tarixində ən parlaq səhifələrdən biridir. 30 ilə yaxın davam edən Qarabağ həsrətinin bitməsi, işğal altındakı torpaqlarımızın azad olunması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, xalqımızın əsrlər boyu davam edən mübarizəsinin məntiqi nəticəsi idi. Hər bir azərbaycanlı üçün bu gün həm qürur, həm minnətdarlıq, həm də şəhidlərimizə olan sonsuz ehtiram anıdır.

Azərbaycanın ürəyi və yarası

Qarabağ əsrlər boyu Azərbaycanın ayrılmaz parçası olmuş, həm təbii gözəllikləri, həm də mədəni irsi ilə tanınmış bir diyarıdır. Tarixi xəritələrdə Qarabağ Azərbaycandan başqa heç bir qeyri-dövlətin tərkibində olmayıb. Lakin XX əsrin sonlarında Ermənistanın açıq ərazi iddiaları və hərbi təcavüzü nəticəsində bu gözəl diyar ağır faciələrlə üzləşdi. 1988-ci ildən başlayan erməni separatizmi sonra genişmiqyaslı müharibəyə çevrildi. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonu işğal etdi. Bu işğal nəticəsində 20 mindən çox soydaşımız şəhid oldu, bir milyon azərbaycanlı doğma yurd-yuvasından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrildi. Qarabağda və ətraf rayonlarda yüzlərlə kənd, şəhər, məktəb, məscid, muzey və tarixi abidələr yerlə-yeksan edildi. Maddi və mədəni irsimizə ciddi zərbə dəydi. Erməni işğalçılar Qarabağın ekosisteminə də zərbə vurdular. Bütün bunlar 27 il beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verdi. Xalqımızın haqq səsi beynəlxalq aləmdə eşidilmədi. Lakin bütün bu məhrumiyyətlərə baxmayaraq, Azərbaycan xalqı heç vaxt ümidini itirmədi. Bu illər ərzində hər bir azərbaycanlının qəlbində bir amal yaşayırdı: Qarabağ Azərbaycandır! Və bir gün bu torpaqlar geri qaytarılacaq.

1994-cü ildə imzalanan atəşkəslə aktiv müharibəyə ara verilir və dünyanın siyasət kuluarlarından tutmuş beynəlxalq tribunalarına qədər Azərbaycan dövləti bütün diplomatik vasitələri işə salır ki, sülh yolu ilə öz torpaqlarını işğaldan azad etsin. Əlbəttə, Ermənistanın aqressiv, işğalçı ritorikasını davam etdirməsi heç bir beynəlxalq qətnamə və tövsiyələri tanımadı. Amma bu illər ərzində Azərbaycan da öz gücünü, iqtisadiyyatını və ordusunu möhkəmləndirdi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti, milli ordu quruculuğu, iqtisadi güclənmə, o cümlədən İlham Əliyevin uzaqgörən rəhbərliyi nəticəsində bu siyasətin möhkəm və qarşısıalınmaz addımlarla davam etdirilməsi Azərbaycanı regionun ən güclü dövlətlərindən birinə çevrildi.

44 günlük mübarizə və nöqtə!

Uzun illər idi ki, Ermənistan silahlı qüvvələri cəbhə xəttinə yaxın mövqelərə qarşı hərbi təxribatlar edir, diversiyalar həyata keçirir və ordumuz bunun qarşısını qətiyyətlə alırdı. Demək olar ki, hər gün xəbər proqramlarında atəşkəsin pozulması barədə məlumatlara rast gəlinirdi. Yəni 1994-cü ildən bəri elə bir gün olmamışdı ki, atəşkəs pozulmasın. Hətta arada itkilərimiz də olurdu. Düşmənin hücumları qətiyyətlə dəf edilsə də, münaqişə həll edilməmiş qalırdı. Erməni separatçıları “Miatsum” xəyallarından, “Qarabağ Ermənistandır və nöqtə!” tezisindən daha irəli gedərək Şuşada qondarma quruma parlament binası tikmək, orada şənliklər təşkil etmək, dinc danışıqları sabotaj etmək kimi təxribatlarla yol verirdilər. Amma səbrimizin sonu gəlmişdi.

Beləliklə, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücuma keçdi və tarixə “44 günlük Vətən Müharibəsi” kimi düşən döyüşlər başladı. Bu müharibə təkcə silahların qarşıdurması deyildi; bu, haqqın, ədalətin, qəhrəmanlığın işğala, milli birliyin erməni ekspansiyasına qarşı canı boğaza yığılmış Azərbaycan xalqınnın inadlı mübarizəsi idi. Ağır döyüşlərdə Azərbaycanın əsgər və zabitləri misilsiz qəhrəmanlıqlar göstərərək torpağı qanları ilə azad etdilər. Müzəffər Azərbaycan Ordusu qarşısında tab gətirməyərək ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistan silahlı birləşmələri torpaqlarımızdan qovuldu. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, Xocavənd, Laçın və nəhayət, Şuşa – bu adlar artıq xalqımızın yaddaşında qəhrəmanlıq simvoluna çevrilib. Döyüşlər zamanı müasir silahlar, texnologiyalar, dronlar, eyni zamanda, əsgərin döyüş ruhu və Vətən sevgisi qələbənin leytmotivinə çevrildi.

Müharibənin gedişində Azərbaycan xalqı misilsiz həmrəylik göstərdi. Ön cəbhədə döyüşənlər qədər, arxa cəbhədə olan hər kəs Vətənin azadlığı naminə yumruq kimi birləşdi. Qadınlar, gənclər, yaşlılar, xarici ölkələrdə yaşayan soydaşlarımız, bir sözlə, hamı ordumuza dəstək vermək üçün səfərbər oldu. Xalq və ordu bir amal uğrunda – Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparırdı.

Şuşa – Zəfər zirvəsi

44 gün davam edən müharibənin ən şanlı səhifəsi Şuşa şəhərinin azad olunması əməliyyatı oldu. Bu, həm hərbi, həm də mənəvi baxımdan müharibənin dönüş nöqtəsi idi. Şuşa təkcə strateji mövqeyinə görə deyil, həm də mədəni irsimizə verdiyi töhfələrə görə Azərbaycanın simvoludur. Bura Pənahəli xanın, Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Səid Rüstəmovun, Əhməd bəy Ağaoğlunun, Mehmandarovların və daha neçə-neçə böyük şəxsiyyətin vətənidir. Şuşanın azad edilməsi Azərbaycan xalqının qəlbində 30 illik yaraya məlhəm oldu. Həmin gün xalq Ali Baş Komandanın dilindən müjdəni – “Şuşa azaddır!” xitabını eşidərək sevinc göz yaşları içində küçələrə axışdı.

Azərbaycan Ordusu Şuşa əməliyyatını çətin, lakin şərəfli döyüşlərlə həyata keçirdi. Əsgərlərimiz dağları aşaraq, qayalara dırmaşaraq, əlbəyaxa döyüşlərlə qala-şəhəri düşməndən təmizlədi. Bu əməliyyat dünya hərb tarixində nadir nümunələrdən biri kimi qiymətləndirilir və öyrənilir. Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu. Beləliklə, Ermənistan məğlubiyyətini qəbul edərək 10 noyabr 2020-ci ildə kapitulyasiya aktını imzaladı. Şuşanın düşməndən təmizləndiyi 8 noyabr günü isə Azərbaycanın Zəfər Günü kimi tarixə həkk olundu.

Qələbənin mənəvi və siyasi əhəmiyyəti

8 Noyabr Zəfər Günü təkcə hərbi qələbə deyil, həm də Azərbaycan xalqının milli birliyinin, iradəsinin, mənəvi gücünün təntənəsidir. Bu qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, uzaqgörən və prinsipial siyasətinin, sərkərdəlik bacarığının nəticəsidir. Zəfər həm də şəhidlərimizin, qazilərimizin qəhrəmanlığının təcəssümüdür. Onlar Vətən uğrunda canlarını fəda etdilər, adlarını əbədi olaraq tarixə yazdılar. Hər bir şəhidin adı bu torpağın daşına, suyuna, havasına həkk olunub. Azad Qarabağın hər qarışı onların qanı ilə suvarılıb.

Azərbaycan xalqı bu qələbə ilə bütün dünyaya bir daha göstərdi ki, ədalət gec-tez qalib gəlir. Bu qələbə 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən icra edilməyən BMT qətnamələrinin Azərbaycan dövlətinin öz güc yolu ilə icrası idi. Şuşanın ardınca Laçın, “Qafqazın Xirosiması” adlanan Ağdam və olduqca strateji mövqe hesab edilən Kəlbəcər də erməni quldur birləşmələrindən təmizləndi. Beləliklə, Ermənistanın illərdir beynəlxalq ictimaiyyətə sırımağa çalışdığı Qarabağın status-kvosu mövzusu ləğv edildi, Qarabağ münaqişəsi tarixə qovuşdu. Çünki 2023-cü ildə Xankəndi şəhəri, Ağdərə, Əsgəran və digər strateji qəsəbələr də işğaldan azad edildi. O torpaqlarda Ermənistan ordusuna aid heç bir şey qalmadı. İndi həmin torpaqlarda sülh, quruculuq və inkişaf dövrü başlayıb. Dövlətimiz işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə böyük vüsətlə start verib: yollar, məktəblər, hava limanları, yaşayış məntəqələri tikilir. Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl, Ağdam, Kəlbəcər, Laçın kimi şəhərlərimiz bu gün yenidən inşa olunur, dirçəlir. Azad edilən torpaqlarımızda Böyük Qayıdış proqramı həyata keçirilir, məcburi köçkünlərimizin öz ata-baba torpaqlarına qayıtmaları və həyat şəraitinin təmin olunması üçün nəhəng layihələr həyata keçirilir.

8 Noyabr milli qürur və ehtiram günüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamına əsasən 8 noyabr “Zəfər Günü” elan edildi. Bu tarix ölkənin hər yerində təntənə ilə qeyd olunur. Bu il Zəfərimizin 5 illiyidir. 5 ildir ki, Azərbaycan xalqı qalib xalq, dövlətimiz isə qalib dövlət titulu daşıyır. Mübaliğəsiz demək olar ki, son 200 illik Azərbaycan tarixinin ən şanlı hadisəsi, ən şanlı günü məhz 8 noyabr Zəfər Günüdür. Zəfər Günündə üçrəngli Azərbaycan bayrağı küçələrimizi bəzəyir, şəhərlərdə “Qarabağ Azərbaycandır!” şüarı səslənir. Azərbaycan Ordusunun möhtəşəm hərbi paradı bu təntənəyə əsrarəngiz rəng və əzmkarlıq qatır. Hər bir azərbaycanlı bu günü qürurla qeyd edir, şəhidlərimizin xatirəsini ehtiramla yad edir. Çünki bu gün xalqın həmrəyliyinin, dövlətimizin qüdrətinin, ordumuzun yenilməzliyinin rəmzidir.

Zəfər Günü gənc nəsil üçün əyani tərbiyə mənbəyidir. Bu gün bizə göstərdi ki, Vətən sevgisi, birlik və əzm qarşısında heç bir güc dayana bilməz. Bu gün biz azad, güclü və qalib Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyərək, onların qazanmış olduğu bu azadlığı qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. İllər, qərinələr, hətta əsrlər gəlib keçəcək, amma 8 Noyabr Zəfər Günü hər bir azərbaycanlının ürəyində əbədi yaşayacaq.

Adil ƏLİYEV,
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri