Icma.az
close
up
RU
İşğalçının viranə qoyduğu yurdu yenidən qururuq

İşğalçının viranə qoyduğu yurdu yenidən qururuq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Çox təəssüf ki, təbii sərvətlərimizin böyük hissəsi on illər boyu yağı əlində olub 

Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışından 

Bakı, 22 sentyabr 2026-cı il 

Dövlətimizin başçısının həmin ümumxalq əhəmiyyətli tədbirdə işlətdiyi bi fikirləri eşidəndə yadıma düşən ilk məqam 2022-ci ilin dekabrında dünyanın hər yerindəki erməni lobbisini, hay diasporunu və ermənipərəst liderləri çaş-baş salan bir etiraz aksiyası oldu. 

Əvvəlcə onu xatırladım ki, Azərbaycan Prezidenti 2020-ci il noyabrın 10-da Rusiya və Ermənistanın dövlət başçıları ilə məlum sənədi imzalayandan sonra bəzi ağzıgöyçəklər deyirdilər ki, bundan sonra biz Laçına, Kəlbəcərə, Xankəndinə necə nəzarət edə biləcəyik? Ancaq 2022-ci il dekabrın 12-də ölkə (dərhal sonra həm də dünya) mətbuatı bu xəbəri yayanda hər şey hamıya (daha çox isə məsələyə şübhə ilə yanaşanlara) aydın oldu. 

Söhbət Laçın–Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəalların və könüllülərin  qətiyyətindən  gedir. Onların əsas tələbi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarının və ekoloji terrorun dayandırılması idi.  138 gün davam edən dinc etiraz aksiyası zamanı iştirakçılar konkret olaraq aşağıdakı tələbləri irəli sürürdülər:

1.     Azərbaycanın aidiyyəti dövlət qurumlarının (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və "AzerGold" QSC) mütəxəssislərinə ərazidəki yataqlarda ekoloji yoxlamalar aparmaq üçün dərhal şərait yaradılması.

2.      Qarabağ iqtisadi rayonunda yerləşən, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molidben yataqlarının erməni separatçıları tərəfindən qanunsuz çıxarılmasının və talanmasının qarşısının alınması.

3.      Rusiya sülhməramlı kontingentinin komandanlığından ekoloji monitorinq qrupuna maneçilik törətməmək və qanunsuz fəaliyyətlərə göz yummamaq tələb olunurdu. 

Aksiya 2023-cü il aprelin 28-də – Azərbaycan tərəfi Laçın yolunun başlanğıcında (Ermənistanla sərhəddə) rəsmi sərhəd-buraxılış məntəqəsi qurduqdan və yolda qanunun aliliyini təmin etdikdən sonra ekofəallar tərəfindən müvəqqəti olaraq dayandırılmışdı.

Həmin günlərdə hamımızı məmnun edən başqa bir fakt isə ondan ibarət idi ki, aksiyanın davam etdiyi günlərdə ölkənin hər yerindən, hətta, yaşlı adamlar da müraciət edirdilər ki, biz də aksiyada iştirak etmək istəyirik. Hamı bilirdi ki, bu aksiya Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünü bərpa etmək istiqamətində apardığı siyasətə dəstəkdir. Nə yaxşı ki, həmin aksiya başlandı, davam etdi və biz məqsədimizə nail olduq. Ən başlıcası, təbii sərvətlərimizin işğalçılar və yadellilər tərəfindən talan edilməsinin qarşısını ala bildik. 

Dövlət başçımız adı çəkilən müşavirədə bu məsələyə çox ciddi şəkildə toxundu: “Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. İşğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur”. 

Bu zaman mən Prezidentin işğaldan azad edilmiş ərazilərdəki çıxışlarında bir neçə dəfə təkrar etdiyi başqa bir arqumenti də yada salmaq istəyirəm. Dövlət başçımız siyasətçilər, jurnalistlər və yerli sakinlərlə görüşlərində deyirdi ki, ermənilər əsrlərdən bəri yalan uydururlar ki, guya bu torpaqlar onlara məxsusdur. Əgər elədirsə, bu ərazilər onların əlində olan otuz ildə nə üçün daşı-daş üstünə qoymadılar? Yəni heç bir tikinti-quruculuq işləri aparmadılar. Mövcud tikinti və qurğuların hamısı sovet dönəmində Azərbaycanın vəsaiti hesabına ərsəyə gəlmişdi. 

Yaxud, bu torpaqlar onlara məxsus idisə, nə üçün bu ərazilərin təbiətini məhv etdilər, bütün yaşayış binalarını dağıtdılar, şəhər və kəndləri viranəyə, xarabaya çevirdilər? Kim öz vətənini, yurdunu, torpağını bu şəkildə dağıdardı? Bütün bunlar bir daha sübut edir ki, ermənilər özləri də bu ərazilərin qədim türk-Azərbaycan torpağı olduğunu yaxşı bilirdilər. 

22 sentyabr müşavirəsi bir də ona görə əhəmiyyətlidir ki, dövlət başçımız orada ölkə  iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı imzaladığını bəyan etdi: “Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalamışam. Bu aylar ərzində proqram üzərində hazırlıq işləri gedirdi… Deyə bilərəm ki, son vaxtlar bir neçə Dövlət Proqramı qəbul olunmuşdur. Qəbul edilmiş bütün proqramlar çox konkretdir, qısamüddətlidir və son məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə təminatı, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Eyni zamanda, bu proqramların icra və nəzarət mexanizmləri də tam hazırdır”.

Bu sətirləri ekofəalların yuxarıda xatırlatdığımız etiraz aksiyasında səsləndirdikləri tələblərlə yekunlaşdırmaq istəyirik. Çünki bu gün həmin tələblərin hamısı Azərbaycanın ən yeni reallıqları sırasındadır. Hər səhəri dövlət himnimizin səsləndirilməsi ilə başlayan (o vaxt Laçında Azərbaycan himninin səsləndirilməsi o qədər də asan məsələ deyildi) ekofəallar qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirdilər. 

Bəli, Prezidentin, ordumuzun və xalqımızın ortaya qoyduğu əzm, qətiyyət və peşəkarlıq sübut etdi ki: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”

İttifaq MİRZƏBƏYLİ, 
Əməkdar jurnalist 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri