Icma.az
close
up
RU
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları təsdiqlənib AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları təsdiqlənib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 27 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları” təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu Qaydalar işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə icarəyə verilməsi nəzərdə tutulmuş kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə investisiya müsabiqələrinin keçirilməsinin müvəqqəti qaydalarını müəyyən edir. İnvestisiya müsabiqəsi icarəyə verilən torpaqlardan səmərəli istifadəni təmin edən investisiya layihələrinin seçilməsi məqsədilə keçirilir.

Müsabiqə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) “kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi vasitəsilə təşkil olunur.

Nazirlik müsabiqənin təşkili üçün bu Qaydalara əsasən komissiya yaradır və fəaliyyətini təşkil edir. Müsabiqə keçirilməsi haqqında elan hazırlanmalı və dərc olunmalıdır. Ərizə qəbulu müddəti başa çatdıqdan sonra daxil olmuş ərizələr komissiyaya təqdim edilir. Müsabiqə başa çatdıqdan sonra 3 iş günü müddətində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində müsabiqənin nəticələri haqqında məlumat dərc olunur.

Müsabiqə keçirilməsi haqqında elan müsabiqənin keçirildiyi gündən azı 45 gün əvvəl Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində dərc edilməlidir.

Müsabiqənin qalibi müqavilə üzrə investisiya layihəsinin icrasına başlanıldığı tarixdən etibarən, bu Qaydalarda nəzərdə tutulmuş təşkilati plana əsasən, hər mərhələnin yekununa dair hesabatı növbəti ayın 10-dək EKTİS vasitəsilə nazirliyə təqdim etməlidir.

İnvestisiya layihəsi meyarlara 10 faizədək uyğun olduqda “0”, 11−20 faiz uyğun olduqda “2”, 21−60 faiz uyğun olduqda “3”, 61−80 faiz uyğun olduqda “4”, 81−100 faiz aralığında uyğun olduqda “5” balla qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri