Icma.az
close
up
RU
İşğaldan azad edilmiş ərazilərə aid olan günlər ehtiramın, inamın günüdür

İşğaldan azad edilmiş ərazilərə aid olan günlər ehtiramın, inamın günüdür

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İşğalçı dövlət olan Ermənistan elan etmədən başladığı ədalətsiz müharibədə Azərbaycanın ərazisinin 20 faizini işğal etmişdi. Məlum dövlətlər onun işğalçılığını hərdən gizlin, hərdən aşkar dəstəkləyirdi. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmirdi, havadarlarının həm siyasi, həm də hərbi dəstəyinə ümidlənib regionda mövcud status-kvonu saxlamağa çalışırdı, həm də yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərinə müxtəlif miqyaslı hücumlar edirdi. Azərbaycan Ordusu bu hücumların qarşısını qətiyyətlə alırdı.
Füzuli Birinci Qarabağ müharibəsində 1993-cü ilin avqust ayının 23-də işğal olunmuşdu. Düşmənlə döyüşlərdə 663 nəfər şəhid oldu, 181 nəfər əsir və itkin düşdü.
2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı birləşmələri Azərbaycan ərazilərinə yenə hücum etdi. Hücumun qarşısı yenə qətiyyətlə alındı. Ordu hissələrimiz Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. İkinci Qarabağ müharibəsi başladı...
Ordu hissələrimiz düşmənin işğal etdiyi ərazilər boyu yaratdığı müdafiə sədlərini dağıtdı, ilk qələbələr qazandı, qələbələr qazana-qazana irəlilədi. İkinci Qarabağ müharibəsində ən ağır döyüşlər Füzuli rayonunun ərazisində getdi. Düşmən bu istiqamətdə olduqca ciddi və mürəkkəb müdafiə zolağı yaratmışdı. Azərbaycan Ordusunun hissələri bu müdafiə səddini də darmadağın etdi…
İkinci Qarabağ müharibəsində işğaldan azad edilən ilk kəndlərdən biri Füzulinin Qaraxanbəyli kəndi oldu...
Mahiyyət baxmından Vətən müharibəsi olan İkinci Qarabağ müharibəsi xalqın müharibəsi idi. Bu müharibədə xalq ilə ordu birliyi döyüşlərin mənəvi gücünə çevrilmişdi. Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində dedi ki, “Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”. Bu inam dönməz inam idi və belə də oldu. Azərbaycan Ordusu döyüşlərlə ərazilərimizi işğaldan azad edirdi. Oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad olundu.
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll etdi, noyabrın 10-da üçtərəfli bəyanat imzalandı. Bu sənəd Azərbaycanın qalibiyyət sənədi oldu...
Müharibə qanunlarına əməl etməyən düşmən Füzuli rayonunun ərazisində də Azərbaycanın mədəni abidələrini dağıtmışdı, kəndləri uçurub-dağıtmışdı. İşğal müddətində düşmən Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbir daşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini, … dağıtmışdı. İkinci Qarabağ müharibəsində rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi…
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı...
2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25.325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olundu. Bu rəqəm deyir ki, Füzuli uğrunda ordumuzun bu sayda hərbi qulluqçusu döyüşüb. Bu rəqəm deyir ki, Füzuli uğrunda ağır döyüşlər gedib. Bu rəqəm deyir ki, Vətən uğrunda Füzuli ətrafında bu qədər hərbi qulluqçu şəhidlik döyüşlərinə can atıb. Bu rəqəm deyir ki, düşmənin Füzuli rayonu ərazisində basdırıdığı yüz minlərlə minanı bu qədər hərbi qulluqçumuz çığnayıb keçib. Keçənlərin özü, şəhidlərin ruhu...
Azərbaycan Ordusunun tarixi Zəfəri regionda bəşəri bir şərait yaratdı: sülh üçün, əmin-amanlıq üçün dialoq mühiti.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri başladı. Dünya ictimaiyyəti bu işlərin vüsətini görüncə əmin oldu ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfəri quruculuq işləri ilə tamamlayacaq, ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycan dünyanın ən güclü dövlətlərindən biri olacaq. Bu düşüncələr gerçəklənməkdədir…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Bu Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü elan edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Füzuliyə səfərləri burda böyük quruculuq işlərinin sürətlənməsini təmin edib, indi də edir. Füzuli rayonunda da böyük miqyaslı quruculuq işləri aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 martda “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Füzulidə “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi istifadəyə verilib, nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılıb, Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilib. Açılışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanı da istismara verilib.
2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb...
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa edilib. 2024-cü il martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub.
Füzuli yenidən qurulur, Füzulililər mərhələlərlə Füzuliyə qayıdır...
Füzuli şəhəri günü İkinci Qarabağ müharibəsi iştirakçılarına, şəhidlərə, qazanılmış tarixi Zəfərə ehtiramın günüdür. Bu ehtiram xalqın dünənlərinə sevginin, sabahlarına inamının ifadəsidir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Oktyabr 2026 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri