Icma.az
close
up
RU
İşğaldan azad olunmuş ərazilərdə aqrar fəaliyyətlə məşğul olmaq istəyən fermer və sahibkarlar dövlət dəstəyi alətləri barədə məlumatlandırılıblar

İşğaldan azad olunmuş ərazilərdə aqrar fəaliyyətlə məşğul olmaq istəyən fermer və sahibkarlar dövlət dəstəyi alətləri barədə məlumatlandırılıblar

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 13 oktyabr, AZƏRTAC

Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, panel müzakirənin məqsədi işğaldan azad olunmuş ərazilərdə aqrar fəaliyyətlə məşğul olmaq istəyən fermer və sahibkarların mövcud dövlət dəstəyi alətləri barədə məlumatlandırılması, maliyyə və sığorta mexanizmlərinə çıxış imkanlarının artırılması olub.

Panel müzakirədə Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Azərbaycan Biznesin İnkişafı Fondu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, eləcə də “Unibank” və “Yelo Bank”ın nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı kənd təsərrüfatı sektorunda tətbiq olunan subsidiya və kredit mexanizmləri, fermerlər üçün əlçatan olan güzəştli maliyyələşmə imkanları və elektron müraciət prosedurları ətraflı izah olunub. Qeyd edilib ki, dövlət dəstəyi fermerlərin investisiya təşəbbüslərinin reallaşmasına, müasir texnologiyaların tətbiqinə və məhsuldarlığın artırılmasına mühüm töhfə verir.

Panel müzakirələrdə iştirakçılara, həmçinin aqrar sığorta mexanizmləri, təbii fəlakət və risklər zamanı zərərlərin kompensasiya mexanizmləri, eləcə də sığorta proqramlarının tətbiq qaydaları, qida təhlükəsizliyi tələbləri, istehsal prosesində sanitar və texniki normalara riayət edilməsinin vacibliyi, məhsulun bazarlara çıxış imkanlarına təsir edən faktorlar barədə də barədə geniş məlumat verilib.

Panel müzakirələr sual-cavab formatında davam etdirilib, fermerlərin sualları cavablandırılıb, dövlət dəstək alətlərindən səmərəli istifadə yolları izah olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri