Icma.az
close
up
RU
İSİnin laboratoriya müdiri beynəlxalq konfransda iştirak edib

İSİnin laboratoriya müdiri beynəlxalq konfransda iştirak edib

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri instituitunun (İSİ) İqtisadiyyatın qeyri-səlis modelləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov 12-17 noyabr 2024-cü il tarixlərində İsveçrənin Cenevrə şəhərində İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının (RACEF) dəvətilə Dünyada gələcək iqtisadi artım, dayanıqlıq və mənfəətlilik mövzusunda keçirilən 9-cu beynəlxalq konfransda Ölkənin iqtisadi şaxələnməsinin dayanıqlı səviyyəsinin qeyri-səlis qiymətləndirilməsi mövzusunda məruzə ilə çıxış edib. 

"Unikal" xəbər verir ki, konfransda dünyanın müxtəlif ölkələrinin alimləri tərəfindən iqlim dəyişikliyi, müharibələr və koronavirus (Covid-19) pandemiyasının dünya iqtisadiyyatına təsirinin qiymətləndirilməsi və qarşısının alınması üsulları müzakirə edilib, təkliflər irəli sürülüb.


seeBaxış sayı:86
embedMənbə:https://unikal.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri