Icma.az
close
up
RU
İşinizi dəyişmisinizsə: “İlk 3 gün...” Psixoloq bilmədiklərinizi açıqladı

İşinizi dəyişmisinizsə: “İlk 3 gün...” Psixoloq bilmədiklərinizi açıqladı

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Bəzi insanlar yeni işə başlayanda adaptasiya problemi yaşayırlar”. 

Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib. O, bunun normal proses olduğunu bildirib: 

“Çünki bu, yeni mərhələyə keçməkdir. Yeni kollektivə, yeni insanlara və yeni iş metodlarına alışmaq bir qədər çətin ola bilir. Hətta iş eyni olsa belə, metodların fərqli olması mümkündür. Hər iş yerinin çalışma rejimi müxtəlif olur. 

İnsan psixologiyası bütün bunları müəyyən bir müddətdə öyrənməlidir. Ümumiyyətlə, adaptasiya müddəti 3 aydan 6 aya qədərdir. Bu müddət insana görə dəyişir. İnsan psixikası istənilən şəraitə adaptasiya ola bilir, ən pis şəraitə belə. 

Bu, sadəcə bizim beynimizin müdafiə mexanizmləri ilə bağlıdır. Bu, insanı qorumağa xidmət edir, Allahın insanı çox sevdiyinin göstəricisidir”. 

Ekspert qeyd edib ki, yeni iş yerində adaptasiya prosesini qəbul etməliyik: “Yeni işə başlayanda adaptasiya müddətinin vacib olduğunu dərk etməliyik. Həm fiziki, həm də psixoloji olaraq yeni şəraitə öyrəşmək üçün müəyyən bir müddət keçməlidir. İş saatı, ofisdə havalandırma və ya nahar vaxtı kimi nüanslar insanın psixologiyasına birbaşa təsir edir. 

Məsələn, əvvəl 6 saat və ya sərbəst qrafikdə işləyən biri yeni iş yerində 8 saat çalışmağa məcbur olanda, öyrəşməsi çətinləşir. Bəzi iş yerlərində bu müddət 10-12 saata qədər olur. Həmçinin, sadəcə müdirin dediyinin olduğu iş yerləri də işçiyə mənfi təsir edir. Üstəlik, bunlara fiziki olaraq da tab gətirmək çətindir”. Onun sözlərinə görə, belə vəziyyətə öyrəşməyən işçi özünü dəyərsiz hiss etməyə başlayır: 

“Əslində, onun orqanizm olaraq buna resursu çatmır. Bundan əlavə, işə gedərkən saatlarla tıxacda qalmaq, evə 2 saata gedib çatmaq kimi çətinliklər də əlavə yüklənməyə səbəb olur. Hesab edirəm ki, insan yeni işə gəldiyi gerçəkliyini qəbul etməli və adaptasiya prosesini keçməlidir. Nəzərə almaq lazımdır ki, bu, bir növ yeni bir mərhələyə adlamaqdır. 

Ona görə də tələsmək lazım deyil. Kimlərsə əvvəlki işində çox uğurlu olduğu üçün adaptasiya problemi yaşamayacağını düşünür. Bu da yanlışdır. Belə olan halda insan özünü yükləyir. Yeni iş yerində özünü daha tez sübut etməyə çalışmaq üçün həddindən artıq çalışır. Nəticədə, daha çox enerji sərf etdiyi üçün bədən yorulur. Davamlı olaraq o enerjini sərf etmək mümkün deyil. Bu səbəbdən də həmin şəxs bir müddət sonra çökür. 

Belə problemlə üzləşməmək üçün tələsməməliyik”. Mütəxəssis diqqətə çatdırıb ki, bəzi insanlar hər şeyi bacaracaqlarını düşünürlər: 

“Lakin bu mümkün deyil. Eyni zamanda, kollektivə yeni gələnlərin bəziləri də başqalarının zehnini oxumağa başlayır. Kollektivin onun haqqında nə düşündüyünü bilmək istəyir. Buna görə də işə fokuslana bilmirlər. 

Bundan başqa, özgüvəni həddindən artıq dərəcədə aşağı və ya yuxarı olan insanların da iş yerinə alışması asan olmur. Ümumiyyətlə, psixoloji olaraq yeni iş yerinə alışmaq üçün zaman keçməlidir. İlk 3 gün çətin olur, 21-40 günə də artıq öyrəşir. Lakin psixikanın tam öyrəşməsi üçün isə minimum 3 aya ehtiyac var. Yəni burada insan psixologiyası mühüm rol oynayır”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: Yeni iş yeri adaptasiya psixoloq İlhamə Mustafayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri