Icma.az
close
up
RU
İlk görüşdə uğursuzluqdan qaçmağın yolları: Psixoloq üç əsas səhvi açıqladı

İlk görüşdə uğursuzluqdan qaçmağın yolları: Psixoloq üç əsas səhvi açıqladı

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Amerikalı psixoloq Mark Trevers ilk görüş ərəfəsində yol verilməməli olan üç əsas səhvi açıqlayıb. Onun sözlərinə görə, ilk görüşlər bir çox insanda qarışıq emosiyalar yaradır: həm həyəcanlı gözlənti, həm də narahatlıq. İnsanlar görüşün mükəmməl keçməsini istədiklərindən özlərinə lazımsız təzyiq göstərə bilirlər. Lakin görüşün necə keçəcəyi daha çox insanın daxili vəziyyətindən asılıdır.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Forbes" nəşrində dərc olunan məqaləsində qeyd edib.

"Əhvalınız, gözləntiləriniz, inamlarınız və qorxularınız özünüzü necə aparacağınızı ciddi şəkildə təsir altına alır. İlk görüş ideal olmalı deyil – bu, sadəcə iki insan arasında gerçək bir bağın olub-olmadığını anlamaq üçün imkandır. Görüşə açıq qəlblə gəlmək, anda qalmaq və özünüzə qarşı dürüst olmaq vacibdir – bu, həm qarşı tərəfi, həm də özünüzü daha yaxşı anlamağa kömək edəcək", deyə psixoloq vurğulayıb.

Treversin fikrincə, ilk görüş ərəfəsində yol verilməməli olan üç əsas səhv bunlardır:

1. Qarşı tərəfə dair əvvəlcədən formalaşmış gözləntilər və stereotiplər

Əgər siz insanla görüşməzdən əvvəl artıq onun haqqında təsəvvür formalaşdırmısınızsa və onun "o insan" olduğunu düşünürsünüzsə, gerçək insanla deyil, yalnız sizin təsəvvürünüzdəki obrazla ünsiyyət qurursunuz. Alimlər müəyyən edib ki, əvvəlcədən formalaşmış gözləntilər insanı real həyatda necə qəbul etdiyimizə ciddi təsir edir.

2. Tələsik emosional yaxınlıq

Tez yaxınlıq qurmaq istəyi təbiidir. Lakin ilk dəqiqələrdən etibarən həddindən artıq açıqlıq emosional "yüklənmə"yə səbəb ola və yalnış dərinlik hissi yarada bilər. Alimlərin fikrincə, ən sağlam tanışlıq prosesi şəxsi məlumatların qarşılıqlı və mərhələli şəkildə bölüşülməsi ilə baş verir.

3. Nəticəyə həddindən artıq önəm vermək

Əgər uzun müddətdir bu görüşü gözləyirsinizsə və uğura çox bel bağlamısınızsa, görüş sadə dialoqdan çıxaraq sanki "qiymətləndirmə prosesinə" çevrilir. Bu isə spontanlığı və səmimiliyi azaldır. Qarşı tərəfə təsir etmək istəyi gerçək əlaqənin yaranmasına mane ola bilər. Unutmayın ki, bu görüşə "xoş təsir bağışlamaq" üçün deyil, qarşılıqlı ünsiyyət qurmaq üçün gəlmisiniz.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyul 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri