Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

İşıq onun xəyal dünyasıdır

İşıq onun xəyal dünyasıdır

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Sizə qarşı savaş açanlara, Siz də Allah yolunda savaş açın. Əsla həddi aşmayın, çünki Allah həddi aşanları sevməz.

Qurani-Kərim (Bəqərə surəsi, ayə-190)

Giriş: Bir-birindən fərli cəmiyyətlərdə ictimai rəyin formalaşmasında müstəsna imkanlara malik olan publisistika müasir həyatda təsir baxımından daha sürətlə şaxələnməkdədir. Bütün dövrlərdə tanınmış publisistlər arasında başqa-başqa peşə sahiblərinə rast gəlinib. Publisistika ilə məşğul olan insan nə düşündüyünü, hadisə və proseslərə dair hansı mövqedə olduğunu heç bir halda öz daxilində gizlətmək iqtidarında olmur. Dolayısıyla publisist istəsə də, istəməsə də, özünün baxış bucağını yazılarında ifadə edərək daxili aləmindəki vulkanın siyasi-mənəvi hərarətini ətrafa paylayır. Bu sahənin təmsilçiləri yaradıcılıq menyusuna yazıçılıq da əlavə edəndə yazıçı-publisist statusu ilə öz oxucu dairələrini daha da genişləndirilər.

Bu məqalədə haqqında bəhs etdiyim yazıçı-publisist İlhamə Nasir bədii ədəbiyyatımızda öz dəst-xətti ilə seçilən, eyni zamanda böyük potensiala malik olduğunu ortaya qoyan simadır. Bəhsimiz İlhamə Nasirin böyük ədəbi ustalıqla yaratdığı İşıq obrazını əhatə edir. İşıq real insan obrazıdır o, eyniadlı romanında qaranlıq dünya ilə usanmadan mübarizə aparır. Bu mübarizənin yol xəritəsi müqəddəs kitabımızın və dinimizin buyruğudur. Hansı ki, sərlövhə və girişimizə körpü olaraq onu təqdim etmişik.

Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver İstanbulda nəşr olunan “Susqun aşiq” siyasi-dedektiv romanıma yazdığı qısa ön sözdə xüsusi intonasiya ilə qeyd edib ki, bu romanın real qlobal siyasi proseslərdən ərsəyə gəlməsinin əsas səbəbi müəllifin, yəni bu sətirlərə sahib şəxsin məhz qəzetəçi olmasıdır. Böyük məmnuniyyətlə eyni fikri mən də İlhamə xanım üçün qeyd edə bilərəm.

Müəllifin sosial elmlər və psixologiya sahəsində təhsil alması onun əsərinin mükəmməl şəkildə həyata vəsiqə qazanmasına müstəsna rola oynayıb. İxtisası və publisist baxışları onu ədəbi yaradıcılıqda realizm janrı çərçivəsində sıxışdırır, bundan kənara çıxmır və oxucu ilə səmimi ünsiyyətini maksimaliscəsinə qorumağa müvəffəq olur. Mənə görə, bu olduqca təqdirəlayiq haldır. Beş il qələm gəzdirərək hasil etdiyi əsərdə müəllif Azərbaycanın ərazilərinin iyirmi faizinin işğal tarixini və ona bağlı fundamental prosesləri, həmçinin İran İslam Respublikasının ictimai-siyasi idarəetmə texnologiyasını, o cümlədən saxta “erməni məsələsi”nin bütün istiqamətlərini sintez edə bilmişdir. Bu sahələrin hər biri özünəməxsus həssaslıq tələb edir.

REALİZM İŞIĞINDA

İşıq Vətənimizin bütövlüyü uğrunda canını fəda edən, bu yolda qorxmadan, çəkinmədən, usanmadan mübarizə aparan qəhrəman Azərbaycan qadınının ümumiləşmiş obrazıdır. Əsərin realizm gücü məhz bu kökə bağlıdır.

Realizm. Əsasən XIX əsrdə formalaşmış və həyatın, cəmiyyətin, insan xarakterlərinin mümkün qədər gerçək şəkildə təsvirini əsas məqsəd sayan bədii-estetik cərəyan olmaqla geniş insan kütləsi tərəfindən sevilərək oxunur. Realizmin əsas xüsusiyyətləri həyat hadisələrinin obyektiv və inandırıcı təsvir etmək; fövqəladə şəraitdə tipik xarakterlərin yaradılmasına nail olmaq; insan və cəmiyyət münasibətlərinin araşdırılmasına yeniliklər gətirə bilmək; sosial problemləri öz ampluasında qabartmak; psixoloji təhlillər sayəsində oxucunu əsərə bağlamaq və s. fantastik yanaşmadan kənar yaradıcılıq üslubu hasil etməkdən ibarətdir.

“İşıq” əsərində əsas qəhrəmanının obrazı müəllifin xəyal dünyasıdır. Başqa sözlə, İlhamə Nasir bu əsərdə özünün xəyal obrazını yaradıb.

İşıq atasının istəyinə uyğun olaraq həkimlik oxuyub, məsələn elə Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin xətti ilə də işğal altında olan ərazilərimizin ziyarətinə gedə bilərdi. Lakin müəllif qəhrəmanını məhz jurnalistika arzusu ilə bəsləyir, yetişdirir, tərbiyə edərək kamil bir hala gətirib xəyal dənizinə buraxır. O, bu xəyal dənizində üzdükcə mavi sulardan güc alır və qətiyyətlə ana vətənin qoynuna sığınmaq istəyir. Bu süjet yazarın məhz publisistikaya olan sevgisinin, həmçinin baxış bucağını ictimailəşdirməkdə qətiyyətinin təzahürüdür.

ARAZ DƏRDİ

İşıq nə üçün məhz jurnalist olmalı idi? Bu suala cavab tapmaq üçün Arazın möhtəşəm şaqqıltısına qulaq asmalıyıq. Arazın görkəmi və şaqqıltısı, günəş altında bərq vuran parıltısı mən Sabir Şahtaxtı üçün hər zaman suallar mənbəyi olub. Bəlkə də elə məhz bu təsir altında hələ orta məktəbin aşağı siniflərində qələmə aldığım və ötən 40-45 ildə davam etdirə bilmədiyim bir bənd var:

Sağalmayan Araz dərdi,

Nə öldürür nə əl çəkir!

İlhamə Nasir nur üzlü qəhrəmanını işğal altındakı Azərbaycan torpaqlarına göndərərkən təbii olaraq Arazı körpü seçir. Ən əsası odur ki, buradakı gediş-qayıdış səhnələrində Arazın dərinliyi də, axtarılan dayaz yeri də, onun insan beynini ritmə gətirən şaqqıltısı da Azərbaycan xalqı üçün nağıllar dünyasıdır. Burada ayrılıq da var, birlik arzusu da, milli bütövlüyə tamarzılıq da.

Müəllif qəhrəmanını həkim kimi yetişdirsə onun Araz üstündən adlaması süni görünəcəkdi. Təmas xəttini gizlin keçmək isə fantastika olardı. Məhz bu səbəblərdən də xanım yazar qəhrəmanının jurnalist olmasına üstünlük vermişdi. Müəllifin məharətlə qura bildiyi süjet və hərəkət trayektoriyası, onun qəhrəmanının arzu və istəkləri ilə peşəsi arasındakı mütənasiblik yaradıb.

XİSLƏTİN GÖLGƏSİ

Ümumiyyətlə otuz illik işğal tarixi təkcə torpaqlarımızın iyirmi faizini viran qoymadı. Bu vandalizm və bir milyondan yuxarı soydaşımızın qaçqın və məcburi köçkün halında məşəqqətli həyat yaşaması mövzunun bir başqa aydın görünən üzüdür. Bu dövrdə bütün sahələr kimi bədii ədəbiyyatımıza da zərbələr vuruldu. Məhz bu işğal və onun acı nəticələri müasir-müstəqil Azərbaycanın qələm əhlinin yaradıcılıq çərçivəsini məhdudlaşdıraraq milli dairədən kənara çıxmağa qoymadı. Heç şübhəsiz ki, bu münaqişə olmasa seçdiyimiz mövzular dünya ədəbiyyatının standartlarına uyğun olacaqdı.

Xanım Nasir bu məsələdə ikili sıxıntı içindədir. Azmış kimi uşaqlığı, yeniyetməliyi və gəncliyi məhz ata yurdu sıxıntısı ilə darmadağın edilib. O, həm bir Azərbaycan türkü olaraq bu acını yaşayıb, həm də yurd-yuvası viran olan bir vətəndaş kimi onilliklər boyu ruhunu cırmaq-cırmaq edən problemləri qabardır. Yazar uydurma “erməni məsələsi”nin ayrı-ayrı istiqamətlərini və onun acı nəticələrini genealoji xislətin kölgəsində təqdim edir.

İlhamə Nasir sətiraltı ifadələrlə imperializmin amansızlıqlarını qamçılayır. Məhz bu taktika ilə də Kültur İmperializminin əsas sütunlarından olan dil assimilyasiyasını mahir bir yazı üslubunda ifşa edir. “Adamları güllələmək üçün hansı dildə əmr verildiyini düşündükcə, gözündən düşürdü rus dili.” (səh. 5).

Müəllif terrorçu Samvelin cibindən gəzdirdiyi qardaşına məxsus fotoşəkillə (səh. 102) Cəfər Cabbarlının “1905-ci ildə” əsərindəki “atan kazaklardır” replikasını başqa bir ifadə ilə təsvir edir. Bu səhnədə əsaslandırılır ki, Rusiyanın əvvəlinə və sonluğuna hansı sözü artırsaq - çar, sovet, federasiya, yaxın lap elə gələcəkdə konfederasiya və s. belə o, öz imperialist statusunu qorumaqda israrlıdır: xalqları döyüşdür, düşmən et və bəhrələn.

Bəli, qonşu xalqlar arasında əbədi düşmənçilik imperiyaların məqsəd fəlsəfəsidir. Təkcə bumu? Xeyir, məsələnin mahiyyətinə hələ indi toxunuruq. Vətən müharibəsindən iki il sonra yazılması başa çatan roman erməni toplumun genealogiyasına aid bütün elementləri çılpaqlığı ilə uzlaşdırılmış qaydada oxucuya çatdıra bilir.

Yazıçı təcavüzkar Ermənistanın həyata keçirdiyi bütün məsələləri, o cümlədən soyqırımı aktlarını, vandalizmi, həmçinin işğal altındakı torpaqların boz əraziyə çevrilməsini, narkoplantasiyaların salınmasını, narkolabaratoriya (səh.111), narkotranzit keçid üçün istifadə halarını yeni bir cilada oxucuya çatdırmağa nail olur.

Bu vəsilə ilə əsərin ərsəyə gəlməsində əməyi keçən hər kəsin işinin təqdirəlayiq olduğunu ifadə edirəm. Kitab yüksək redaktə və səlis korrektura ilə nəfis poliqrafiyada nəşrə hazırlanıb. O cümlədən, rəssam Akif Kərimovun fırçasından boya tutan kitabın üz qabığındakı rəsm barədə qısa da olsa şərh verməmək ədalətsizlik olar. Qeyd etməliyəm ki, günəş şüaları qapalı mühitə yol tapıb sıza biləndə musiqi alətinin simlərinə bənzər saçaqlar yaradır. Dilim-dilim dilimlənib titrək harmoniyada davamlı hərəkətdə olan bu şəfəqlərin özünəməxsus danışıq tərzi olur. Onları dinləmək və başa düşmək mümkündür. Sadəcə bunun üçün ilk növbədə qaranlığın özünün yaranışını ruhən başa düşə bilməlisən. Diqqətli oxucu üçün cildəki rəsmdə qızın saçları sanki bir yelqovan obrazında yaradılmışdır. Onun təbii görkəmi xarabalığın soyuğuna, düşmənin xislətinə, rejimin qaranlığına düşən İşığın elə özüdür.

NƏTİCƏ

“İşıq” müasir Azərbaycan ədəbiyyatında əsrin üçdə birini əhatə edən dövlətçilik tariximizin mühüm bir hissəsinə nur çiləyir. Rəvan yazı dili, zəngin söz ehtiyatı, faktların və hadisələrin bir-biri ilə uzlaşdırılması oxucu üçün cəlbedici olmaqla bərabər əsərin axıcılığını zivələrə qaldırır.

Ata-baba yurdumuza köç edən ermənilərin tarixin bütün dövrlərində xəyanətkar və xain əməllər törəməsi obrazlı şəkildə təqdim olunur və əlamətdar haldır ki, bütün bu məqamlarda toplumsal yanaşma yoxdur, fərdi əməllər qabardılır (səh. 124). Bu yanaşma əsərin dünyəviləşməsi üçün mühüm bir pəncərədir.

“...Murad barmağının ucu ilə bir-ikisini üzü üstə çevirib uçurtdu. Yazığı gəldi, gördüyü nə varsa hamısına yazığı gəldi” (103). Təkcə bu cümlə vandalizmin dəhşətlərinin real inikasıdır.

İşğal dövründəki vandalizm, talançılıq və işgəncələr və onların düşmən tərəfindən “məğrurcasına” etirafı (səh. 65, 97 və s.) müasir insan cəmiyyəti üçün həyəcan təbilidir.

Hadisələrin İran İslam Respublikasında cərəyan edən bütün elementləri rəsmi Tehranın Azərbaycan Respublikasının müstəqilliyinə qarşı olan münasibətinin göstəriciləridir.

Beləliklə, yazar xanım İlhamə Nasir hər cür sevgi və tərifə layiq qəhrəman İşığın kölgəsində üç yenilməz qəhrəman yaradıb. Onların hər biri qalibdir. İşıqla müqayisədə digər obrazlardakı müəyyən zəif xüsusiyyətlər isə əslində işğalçı düşmənin zalımlığının özü kimi özüdür.

Əsər barədə fikirlərimi xoş arzularla sona çatdırıram. Azərbaycanda İşıq mənası ilə eynilik təşkil edən adların övladlara verilməsi geniş yayılıb. Hər halda, mən məhz İşıq adlı Azərbaycan xanımı qəhrəman obrazda onunla eyni adı daşıyan romanda tanıdım. Əminliklə deyə bilərəm ki, əsər bütün dövrlərdə sevilə-sevilə oxunacaq, onun əsas qəhrəmanının adı, xüsusilə övladını jurnalist, həyat mübarizi görmək istəyən ailələrdə qızlara veriləcək və həm əsər, həm də bu ad öz-özlüyündə əbədiyyət qazanacaqdır.

Yazıçı-publisist Sabir Şahtaxtı,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyun 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri