Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Zindanlarda sönməyən işıq

Zindanlarda sönməyən işıq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Cəfər Rəmzi – 120

Həyatın sərt sınaqları ilə üz-üzə qalsa da, əyilməyən, amalı, məsləki yolunda fədakarlıq göstərən ziyalılarımızdan biri də şair, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri namizədi Cəfər Rəmzi – İsmayılzadə idi. Ömrünün iki onillikdən çoxu sovet rejiminin həbsxana divarları arasında keçməsinə baxmayaraq, o, əsl ziyalılıq mücəssəməsi sayılır.

Cəfər Rəmzi 1905-ci il aprelin 9-da Bakının Mərdəkan kəndində, əkinçi ailəsində doğulub. Burada ibtidai təhsil alıb, sonra bir müddət əkinçiliklə məşğul olub. Sovet hakimiyyətinin ilk illərində Mərdəkan gənclər özəyinin kitabxanasında işləyib və Bakı Darülmüəllimində (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) təhsilini davam etdirib. Bundan sonra uzun illər Bakı, Quba və Qazax orta məktəblərində müəllimlik edib. Qəlbində ədəbiyyata böyük sevgi yaratdığı şagirdlərindən biri də Xalq şairi Balaş Azəroğlu olub. APİ-nin tarix fakültəsini də (qiyabi) bitirib. 30 ildən çox Elmlər Akademiyasının İran filologiyası şöbəsində işləyib. “Yəğma Cəndaqinin poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Cəfər Rəmzi bədii yaradıcılığa 15 yaşından başlayıb, şeirlərini əvvəlcə “Sufi” təxəllüsü ilə yazıb-yaradıb. Sonrakı dövrlərdə isə şeir, elmi əsər və tərcümələrini “Cəfər Rəmzi” imzası ilə dövri mətbuatda çap etdirib. Üç cildlik “Deyilən söz yadigardır” adlı məşhur kitabın toplayını və tərtibçisi olub. Klassik Şərq ədəbiyyatından seçmə nümunələri fars və ərəb dillərindən çevirərək çapa verib. Alim kimi XIX–XX əsrlər poeziyasında satira problemi ilə məşğul olub.

Müxtəlif illərdə Cəfər Rəmzinin “Şeirlər”, “Günləri sayıram”, “Ürəkdən gələn səslər”, “Gecikən arzular”, “Qəzəllər” adlı bədii kitabları, “Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri” lüğəti (iki dəfə) işıq üzü görüb. Tərcümə nəşrləri isə “Xarici yumor”, “Behiştin narları”, “Gəlin, birlikdə gülək”, “Dünya xalqlarının yumoru” adları ilə çap olunub.

Zəhmətlə ucalmış bəşər övladı səmaya,
Hökm etməkdə ulduzlara, hökm etmədə aya...

– deyən şair özü də çox zəhmətkeş yazar olub.

Mərhum dostumuz – Ədəbiyyat və İncəsənət Arxivinin keçmiş direktoru Maarif Teymur Cəfər Rəmzi haqqındakı məqaləsində onun yaradıcılığı və axtarış qayğılarını belə ifadə edib: “Qaranlıq bir yerdə 30 yaşlı bir gənc bardaş qurub kədərli oturmuşdu. Bədənində, sanki, elektrik cərəyanı var idi. Narahatlıqdan və fikirdən xeyli düşündü: “Axı mən nə etmişəm, bəlkə “Sufi” təxəllüsümlə mənə tələ qurublar, bəlkə azadlıq şərbətini içmək istəmişəm. Bəlkə…” Bu “bəlkə”lərə tam cavab tapmayan gənci iyul, 1935-ci ildə həbs etdilər. Yaxşı ki, uzaq Sibir cəhənnəminə sürgün etmədilər. O illərdə cəza idraklı insanların müxtəlif formada son aqibətləri idi. Yeganə səbəb isə onların zəkalı olmaları, vətənsevərliyi idi.

İllər sərnişin qatarı kimi, sıra ilə düzülərək bir-birini əvəz etdi. 21 il həbsdə — qaranlıq, üfunətli dörd divar arasında yaşayan gənc isə “Sufi” təxəllüslü şair Cəfər Rəmzi — İsmayılzadə Cəfər Balaəmi oğlu idi. Cəfər Rəmzi dünyaya göz açanda da məşhur 1905-ci il inqilabı baş vermişdi. Çarizm quruluşu azca laxlamışdı. İnsanlar azad yaşamaq istəyirdilər. Bu silkələnmədə balaca Cəfər boy atdı, yazdı, pozdu. 1913-cü ildə H.Z.Tağıyevin 4 illik ibtidai məktəbində oxudu, 1917-ci ildə yaxşı qiymətlərlə oranı bitirərkən Birinci Dünya müharibəsi başlandı da, bitdi də. İnsanlar azadlıq üçün susamışdılar. Bəşər tarixində yeni azadlıq meyarları yarandı: 1918-ci idə çarizm üsul-idarəsi dağıldı, yeni quruluş bərqərar oldu. Sən demə, xalqın həqiqi cümhuriyyətindən başqa, yaranan quruluşlar da uzağa getməyəcəkmiş. Ancaq getdi də. XX yüzilliyin yarandığı “sosializm”, sovet quruluşunun da insana qarşı öz hücumları olacaqmış və oldu da”.

Haqsız yerə tutularaq, başı bəlalar çəksə də, həbsxana həyatı onun Şərq və Qərb yazarlarının klassik irsini dərindən öyrənməsinə “kömək edib”. Dərin araşdırmaçı-alim olub. Arxivdə saxlanan dolu sənəd qovluqları, albomlar, kitablar – Cəfər Rəmzinin yüzlərlə şeiri, məqalələri, xatirə və tərcümələri, tərcümeyi-hal sənədləri, nadir kitablar daha çox diqqəti cəlb edir.

Quruluşun, hakim dövranın, ədalətsizliyin hücumlarına mərdliklə sinə gərən Cəfər Rəmzinin yüksək məziyyətlərini professor İslam Ağayev belə dəyərləndirib: “Cəfər Rəmzi İsmayılzadənin zəhməti təqdirəlayiqdir. O, diqqətimizi əbədi fikrimizin daha dərin qatlarına yönəldir”. Digər bir şərqşünas alimimiz, akademik Rafael Hüseynovun Rəmzi haqqında obrazlı formada dediyi sözlər də diqqət çəkir: “Kaş, xalq üçün beləcə faydalı işləri hobbiyə çevirmək çoxlarının həyat meyarı olaydı”.

Cəfər Rəmzi 1996-cı il sentyabrın 11-də Bakıda vəfat edib. Mərdəkanda adına küçə var.

Ə.ƏLİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri