Icma.az
close
up
RU
İşıq və qazdan sonra növbə suda: Limit gəlir

İşıq və qazdan sonra növbə suda: Limit gəlir

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Gələcəkdə Azərbaycanda müxtəlif kateqoriyalı istehlakçılar üçün differensiallaşdırılmış su tariflərinin tətbiqi planlaşdırılır".

Bu barədə Su Ehtiyatlarının Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin rəisi Rafiq Aslanov məlumat verib.

Onun sözlərinə görə, təşəbbüsün məqsədi ədalətli bölgü təmin etmək, aztəminatlı ailələrə dəstək, eyni zamanda sudan daha çox istifadə edən sahibkarlar üçün ayrıca tarif müəyyənləşdirməkdir.

"Söhbət qiymətlərin artırılmasından yox, istehlakçı kateqoriyaları arasında fərqlərin nəzərə alınmasından gedir. Ancaq tariflərdə mümkün dəyişikliklə bağlı qərar aidiyyəti qurumların səlahiyyətindədir", - Aslanov vurğulayıb.

O, həmçinin su ehtiyatlarından səmərəsiz istifadənin qarşısının alınması, transsərhəd çaylara nəzarətin gücləndirilməsi, su obyektlərinin uçotunun düzgün aparılması, ətraf mühitin mühafizəsi, əhalinin və sahibkarların maarifləndirmə səviyyəsinin yüksəldilməsini də prioritet istiqamətlər sırasında olduğunu qeyd edib.

Bu plan isə bəzi vətəndaşlarda limitlərin tətbiqi ilə bağlı narahatlıq yaradıb.Bəs bu, qaz və elektrik enerjisində olduğu kimi suya da limitlərin tətbiqi hesab olnurmu?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bu addımın sosial və iqtisadi bir sıra təsirləri ola bilər:

“Bəli, “differensiallaşdırılmış tariflər” ifadəsi adətən qaz və elektrikdəki kimi limitlərin və ya istehlak həddlərinə görə fərqli qiymətlərin tətbiqini nəzərdə tutur.

Yəni müəyyən həddə qədər istehlak olunan suya daha aşağı, ondan artıq sərfiyyata isə daha yüksək tarif qoyula bilər. Bu addımın sosial və iqtisadi bir sıra təsirləri ola bilər. Suyun qənaətli istifadəsi təmin olunacaq, insanlar artıq sərfiyyatdan çəkinəcək və su israfının qarşısı alınacaq”. 

Onun sözlərinə görə, tarif artımları bir sıra qruplar üçün çətinlik yarada bilər:

“Az su işlədənlər, əsasən aztəminatlı ailələr daha az pul ödəyəcək, çox sərf edənlər, imkanlı ailələr və obyektlər isə daha çox ödəyəcək. Azərbaycanın su resursları məhdud olduğundan bu addım strateji baxımdan təhlükəsizlik üçün faydalıdır. Artan tariflər hesabına su təsərrüfatının idarə olunmasına əlavə maliyyə resursları yaranacaq. Lakin bu prosesin mənfi təsirlərdən də az deyil. "

Tarif artımları həssas qruplar - pensiyaçılar və aztəminatlı ailələr üçün çətinlik yarada bilər. Əgər limitlər çox aşağı müəyyənləşdirilərsə, ortagəlirli ailələr də əlavə yük daşımalı olacaq. Məktəb, xəstəxana, uşaq bağçası kimi obyektlərdə xərclər yüksələ bilər və bu da dolayı yolla dövlət büdcəsinə əlavə yük gətirə bilər.

Ekspert qeyd edib ki, bu modelin uğuru limitlərin necə müəyyən olunmasından asılı olacaq:

“Suvarma və istehsalda suya tələbat çox olduğuna görə, tariflər kənd təsərrüfatı məhsullarının qiymətlərini artıra bilər. Bu modelin uğuru limitlərin necə müəyyən olunmasından asılı olacaq.

Əgər sosial ədalət prinsipi qorunarsa, yəni minimum tələbat üçün ucuz tarif, artıq sərfiyyata görə isə yüksək tarif tətbiq edilərsə, həm suya qənaət ediləcək, həm də əhali arasında ciddi narazılıq yaranmayacaq”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: İşıq qaz su Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Sentyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri