Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

İşıqlı adam

İşıqlı adam

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hərə bir cür qurbanı olur ölümün. Kimi ağlaya-ağlaya, kimi isə gülə-gülə, işıq saça-saça. Sən də işıqlıydın, qardaş ! Özün boyda, özündən böyük bir işıq. Həmişə işıq, nur saçırdı üzün, gözün. Yaxınlara, doğmalara, yadlara işıq səpələnirdi nurlu gözlərindən. Adam sənin yanında olanda ölüm adlı qara qüvvənin, kabusun mövcudluğunu unudardı. 

Yaşamaq eşqi böyük idi ürəyində. Daima deyər, gülər, nikbinlik aşılayardı başqalarına. Heç kimə pis gün arzulamazdın. Heç kəsi darda qoymazdın. Hamı sağlığında darıxardı səndən ötrü. Səni görmək istəyərdilər. Şirin dilin, qılığın çoxlarını valeh edərdi. Yanından, sən olan yerdən ölüm yan keçər, başqa səmtə gedərdi. Amma bu mənfur qüvvə sənə də yaxın düşə bildi. Gözlənilmədən, heç kimin ağlına gəlmədiyi bir zaman kəsdi başının üstünü. İndi kim söndürəcək yaxınlarının təpəsindən çıxan tüstünü. 

Vallah qəribədir, qəribədən də qəribədir bu gidi dünya. Çəlimli-gedimli desək də, mən bu dünyanın işlərindən, gedişatından baş aça bilmirəm. Çox fikirlərə qərq oluram. Amma bu düşüncələrin içindən məntiqli bir fikir, məna tapa bilmirəm. Yəni bir gün bizi istəyənləri dərdə, kədərə yıxıb, bir göz qırpımında dünyanı tələsə-tələsə tərk edəcəyiksə, daha dünyaya niyə gəlirik?! Axı biz gedəndə qəm, qüssə, kədər dolu bir daşa çevrilib asılırıq doğmalarımızın ürəyindən. Ölümün isə acgöz gözü doymur. Onun heç xəbəri olmur adamın ömründən, yaşından. Elə bir ucdan biçir bizi... Min illərdir ölüm düşüb insan oğlunun dalınca. Gözü doymur, hamının ömrün qırıb, nəfəsin alınca. 

Nə bilim, bizim bu dünyada sona qədər qavrayıb, başa düşmədiyimiz hələ çox şeylər var. Nə qədər düşüncəli, dərrakəli olsa da insan oğlu hələ bir çox məqamı olduğu kimi qavrayıb, məntiqli, məna çıxarmaq qabiliyyətində deyil. Bəlkə də, biz hər şeyi olduğu kimi anlayıb, qavrasaq həyat sıxıcı, darıxdırıcı, mənasız olardı. Ömür, gün gözümüzdən düşərdi. Xoş günün adı çəkiləndə vücudumuz ürpəşərdi. Ola bilər, odur ki, insan gərək Tanrının bəxş etdiyi ömrü tamahsız yaşaya. Gözü tox ola, nəfsini boğa bilə, adam çox yerdə. Şükür edəsən Yaradana onun bizi yetişdirdiyi hər günə, saata... Ölüm nədir deyib çox fikirləşmə. Çox zaman ölüm elə bizim içimizdə, aramızda olur. Ölüm doğmalarının sənə yad, ögey münasibət bəsləməsidir. Ölüm dalınca edilən, qırılan qeybətdir. Ölüm sənin sağlığını istəməyən bədheybətdir. Ölüm qardaşının sənə qarşı soyuq münasibəti, qohumlarının biganə, tikanlı baxışlarıdır. Ölüm ən yaxınlarının sənə vurduğu zərbənin alnındakı qırışlarıdır.Ölüm sənsən, odur, bizik. Çox zaman ətrafımızdakılara  qarşı qəddar , insafsız, etinadsız, laqeyid, biganə, diqqətsiz olan bizlərik. Adamlar danışığına bir az xoş anlar qatsa, baxışlarının tikanını çıxartsa, bir qədər də qayğıkeş, diqqətli olsa, adamlar uzun ömür sürər, xoş gün görər.

... İnana bilmədim bu qara xəbərə. Ölümünü bizlərdən ayrıldığını dedilər. İnana bilmədim ki, ölüm sənə, Nəsibə necə qıydı. Səni özünə nəsib etdi. İnana bilmədim... 
Yandım, qovruldum, alışdım bu xəbərin odundan, alovundan. Tüstüm təpəmdən çıxdı. İlahi, bu nə işdi, ölüm  Nəsibi necə yıxdı?!

Son zamanlar təsadüfən tez-tez görüşərdik. Elə telefonsuz, zəngsiz qarşı-qarşıya gəlirdik. Ən son görüşümüzdə gözlərinin altının boz rəngi və talxıması heç xoşuma gəlmədi. Mən qocalmazdım Nəsib, amma qocalıram artıq. Təbiətin bu mənfi qanunu ilə bacara bilmirəm. Qocalıram. Deyəsən sən də artıq qocalırsan, dedim. Yox qocalmıram, dərdim çoxdur deyə cavab verdin. İndi anladım ki, ölüm artıq sənin yanında imiş. Gözlərinin altında özünə yuva qurubmuş, ürəyinin başında olduğu kimi. Və bir də anladım ki, təbiət bizə verdiklərini son damlasına qədər geri almayınca rahat olmur. 

Dərdlərini bir dost, qardaş kimi həmişə mənə deyərdi. Sözünü kəsməz, sona qədər dinləyərdim. Sənə mənəvi dayaq olub, dərdlərini dağıda bilməsəm də, diqqətlə dinləyirdim səni. İstəyirdim ki, bir az da olsa fikrin dağılsın, qəlbin avasızın, dərdin azalsın. Və belə anlarda hər şeyə qadir insanın nə qədər gücsüz, imkansız olması məni dərindən yandırırdı. 

İnanmadım ölmünə, ta sizə, kənddəki ata evinə çatana qədər. Çatdım evin dəhlizində dərdin yerə yıxıb, üstünə çıxdığı, rahat otura bilməyib tavana və qarşıdakı divara baxa-baxa, için-için ağlayan Pənahı gördüm. Bənizi qaçan, heykələ dönən Səyavuşun dilinin quruması dedi öldüyünü. Elşənin qızarmış, qanlı gözləri ölüm xəbərini təsdiqlədi.Bacılarının saçlarını yolub, üzlərini şırım-şırım şumlaması, həyat yoldaşının ürəkləri deşən naləsi artıq bizləri tərk etdiyini söylədi. Atanın adını qoyduğun, oğlun, balaca Eldarın vicudunu qucaqlayıb yana-yana ağlaması, ürəkləri dağlaması dünyadan köç etdiyini xəbər verdi. 

... Biri dünyasını dəyişəndə mən təsəlli verə bilmirəm. Ağlama, son qəmin olsun deyə bilmirəm. Məncə belə demək, doğması üçün ağlayana belə təsəlli vermək, ən azı insafsızlıqdır. Bu məncə öləni artıq unut, yaddan çıxart deməkdir...

Təsəlli verə bilmədiyim yaxınlarına, qardaşım Nəsib ! Təsəlli vermədim ki, unudulmayacaqsan. Sən həmişə beynimizin dərin qatında, ürəyimizin başında olacaqsan. Sən həmişə bizimləsən. Rahat uyu, yat məzarında. Bu dünyada çox əzablar çəkdin, çox arzuların gözündə qaldı. İndi isə soyuq məzar, isti yuvan oldu. 
Təsəlli verə bilmədin heç kimə , axı inana bilmirəm getdiyinə...

Adil Misirli. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Yanvar 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri