Icma.az
close
up
RU
İşıqsız evdən milyonçuluğa uzanan yol

İşıqsız evdən milyonçuluğa uzanan yol

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir vaxtlar çox kasıb olan və çətinliklərə qalib gələrək indiki mövqeyinə çatan bir adamın hekayəsi oxuculara ilham verir. 

Amerikanın Atlanta şəhərində yaşayan və hazırda milyonçu olan 38 yaşlı Castin Qilmore (Justin Gilmore) yoxsulluq və çətinliklər içində keçən uşaqlığını danışıb.

O, sobada qızdırılan su ilə işıqsız evdə tək bir vannada üç qardaşı ilə birgə çimdiyini bildirib. Qilmore bu gün hər ay bir sərvət qazandığını deyir. Yoxsulluq və çətinlikləri yaşamış gənc adam daha çox uğur qazanmaq üçün dayanmadan işləməyə davam edəcəyini söyləyib. O, bir zamanlar elektriklərin kəsildiyi axşamlarda ailəsinin yalnız sendviç və qarğıdalı lopası ilə qidalandığını qeyd edib.

Anasını bir mələk olaraq xarakterizə edən gənc adam, zavallı qadının vaxtında evin ehtiyaclarını ödəmək üçün çox çalışdığını vurğulayıb. Qilmore deyir ki, əksər hallarda aclıqdan qurtulmaq üçün qardaşları ilə birlikdə nənə və babalarını ziyarət edirdilər.

Maddi çətinliklərdən əlavə, Qilmorenin təhsil həyatında da problemləri olub. Təhsilinin uğurlu getmədiyini deyən Qilmore, 15 yaşında müəlliminin onu məktəbdən qovduğunu bildirib.
Məktəbdən qovulması onun sahibkarlıqla məşğul olmağa yönəlməsinə səbəb olub. Əvvəlcə bir marketdə aşağı maaşla işə başlayan Qilmore bir müddət sonra burada müdir vəzifəsinə yüksəlib.

Daha böyük bir iş görmək qərarına gələn Qilmore maşınının arxasında pizza satmağa başlayıb və bu işdə də uğur qazanıb. 2004-cü ildə ilk övladını qucağına alan Qilmore ata olmağın məsuliyyəti ilə daha böyük qərar qəbul edərək bankomatlarla bağlı bir iş qurmağa qərar verib.

Bankomatlara ehtiyacı olan yerləri müəyyən etməyə başlayan gənc adam, həmin məkanlara pulsuz quraşdırma təklif edib və bu yolla işi genişləndirib. Hazırda ölkə üzrə bankomatları idarə edən Qilmore hər ay 240.000 dollardan çox gəlir əldə edir. 600-dən artıq bankomata sahib olan Qilmore, ölkə üzrə 2 mindən çox bankomatı müştərilər üçün işlədir.

Gələcək planlarından danışan gənc milyonçu, işini "Bitcoin" bankomatları ilə davam etdirməyi planlaşdırır. / Valyuta.azz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Yanvar 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see174

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see152

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see145

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see145

Cənubi Qafqazda “Putin Yolu” layihəsi

29 Sentyabr 2026 11:52see144

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see143

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see143

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see143

Bakıda 3 böyük obyekt hərraca çıxarılır

29 Sentyabr 2026 12:06see142

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see141

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see141

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see140

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see140

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see140

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see140

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see137

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see128

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see128

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see128

Zidan 16 illik Fransa rekorduna imza atdı

29 Sentyabr 2026 12:09see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri