Icma.az
close
up
RU
İskander Akılbayev: Qazaxıstan və Azərbaycan ənənəvi ticarətdən əlavə dəyər zəncirləri üzrə kooperasiyaya keçir

İskander Akılbayev: Qazaxıstan və Azərbaycan ənənəvi ticarətdən əlavə dəyər zəncirləri üzrə kooperasiyaya keçir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 27 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsində mühüm mərhələ oldu. Bu barədə AZƏRTAC-a müsahibəsində Qazaxıstan Beynəlxalq Münasibətlər Şurasının icraçı direktoru İskander Akılbayev bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin səfəri göstərdi ki, ikitərəfli dialoq artır çoxdandır ənənəvi əməkdaşlıq səviyyəsini aşıb və hazırda kompleks, uzunmüddətli və institusional xarakter alır.

Akılbayev Qazaxıstan və Azərbaycanın əsas məqsədlər – iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat marşrutlarının inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində səylərin əlaqələndirilməsi və regional təhlükəsizliyin gücləndirilməsi üzrə ortaq mövqeyə malik olduğunu vurğulayıb.

Əməkdaşlığın iqtisadi aspektindən danışan ekspert ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması məqsədinin real olduğunu və davamlı impulsla dəstəkləndiyini qeyd edib. “2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 15% artımla 533 milyon dollara çatıb və bu ilin yanvar-avqust ayları ərzində artıq 547 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün səviyyəsindən çoxdur. Bu rəqəmlər sistemli müsbət impulsu nümayiş etdirir və bir milyard dollarlıq hədəfi sadəcə vəd deyil, həm də əldə edilə bilən meyar halına gətirir”, - deyə o bildirib.

Ekspertin sözlərinə görə, bu gün iki ölkənin iqtisadi gündəliyi ənənəvi ticarətdən kənara çıxır. Birgə sənaye və investisiya layihələrinin inkişafı, logistika, neft-kimya, aqrar-sənaye kompleksi və metallurgiya sahələrində əməkdaşlıq, həmçinin rəqəmsal və innovativ təchizat zənciri idarəetmə həllərinin tətbiqini getdikcə daha vacib hala gəlir. O vurğulayıb: “Bu yanaşma əmtəə mübadiləsindən əlavə dəyər zəncirləri üzrə əməkdaşlığa qədər yeni bir model formalaşdırır”.

İ.Akılbayev, həmçinin Orta Dəhlizin inkişafına ayrıca diqqət yetirərək onu türk ölkələri məkanında strateji arteriya adlandırıb. O qeyd edib ki, 2024-cü ildə bu marşrut üzrə yükdaşımaların həcmi 62% artaraq 4,5 milyon tona çatıb. “Bu, layihənin praktik əhəmiyyət kəsb etdiyini və Avrasiya logistikasının əsas arteriyalarından birinə çevrildiyini göstərir”, - deyə o əlavə edib.

Analitikin sözlərinə görə, Qazaxıstan və Azərbaycan üçün Orta Dəhliz tranzit marşrutlarının şaxələndirilməsi, infrastruktur risklərinin azaldılması, nəqliyyat siyasətinin suverenliyinin gücləndirilməsi, habelə Aktau, Kurık və Ələt limanlarının iqtisadi potensialının artırılması deməkdir. Akılbayev vurğulayıb ki, Astanada əldə edilən razılaşmalar liman əməkdaşlığının daha da dərinləşdirilməsi, logistika prosedurlarının birləşdirilməsi və tranzitin rəqəmsallaşdırılması üçün zəmin yaradır.

Əməkdaşlığın xarici siyasət konteksti barədə şərh verən Akılbayev qeyd edib ki, artan qlobal gərginlik fonunda Qazaxıstan və Azərbaycanın mövqelərinin əlaqələndirilməsi həm Mərkəzi Asiyada, həm də Cənubi Qafqazda mühüm sabitləşdirici rol oynayır. O, hər iki ölkənin ortaq mövqeyi - suverenliyə hörməti, beynəlxalq hüquqa riayət olunmasını və dialoqa diqqət yetirilməsini təşviq etdiyini vurğulayıb.

Politoloq qeyd edib: “Birgə səylərin perspektivli istiqamətlərinə BMT, İƏT, Türk Dövlətləri Təşkilatı və digər təşkilatlarda qarşılıqlı fəaliyyət, eləcə də kibertəhlükəsizlik, sülhməramlılıq, transmilli təhdidlərlə mübarizə, müdafiə və diplomatik dialoqun gücləndirilməsi sahələrində əməkdaşlıq daxildir”.

İ.Akılbayev, həmçinin Qazaxıstan və Azərbaycanın əsas hərəkətvericisi qismində çıxış etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) inkişaf etməkdə olan güc mərkəzi kimi artan rolunu qeyd edib. O, TDT daxilində nəqliyyat, yaşıl iqtisadiyyat, enerji, təhsil və rəqəmsallaşmanın xüsusi potensiala malik olduğunu bildirib. Bu sahələrdə konkret layihələrin həyata keçirilməsi Türk dünyası üçün vahid iqtisadi məkanın formalaşmasına töhfə verəcək.

Ekspert müsahibənin sonunda bildirib ki, Prezident İlham Əliyevin Astana səfəri Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli tərəfdaşlığı konkret iqtisadi layihələr, logistika əlaqəsi və siyasi koordinasiya ilə zənginləşdirmək istiqamətində irəliləyişi nümayiş etdirib. O vurğulayıb: “Bu əməkdaşlıq situativ və ya emosional deyil, rasional, qarşılıqlı faydalı və on illik üfüqə yönəlmiş birgə fəaliyyətdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri