Icma.az
close
up
RU
“İslam bankçılığı pəncərələri” ölkəmizə nələr vəd edir?

“İslam bankçılığı pəncərələri” ölkəmizə nələr vəd edir?

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın 60-dan çox ölkəsində 300-dən artıq belə bank fəaliyyət göstərir

Azərbaycanda “İslam bankçılığı pəncərələri”nin tətbiqi banklar üçün yeni gəlir mənbələri açacaq. Bu barədə nüfuzlu “Moody’s” agentliyi məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, 2024-cü il oktyabrın 7-də Azərbaycan Mərkəzi Bankı (AMB, reytinqi Baa3, proqnoz “müsbət”) İslam bankçılığı məhsullarının 2026-cı ildən etibarən ölkədə tətbiq ediləcəyini elan edib. Hazırda Azərbaycanda müvafiq dövlət qurumlarının ölkədə İslam maliyyəsinin inkişafı məqsədilə əlavə normativ tədbirlər üzərində işlədiyini vurğulayan agentlikdən bildirilib ki, bu çərçivədə Mülki Məcəlləyə, Banklar haqqında Qanuna və Vergi Məcəlləsinə dəyişikliklər nəzərdə tutulur.

“Əsas təkliflərdən biri İslam maliyyə əməliyyatlarının əlavə dəyər vergisindən azad edilməsidir. Yeni normativ-hüquqi baza təsdiqləndikdən sonra ənənəvi banklar İslam bankçılığı xidmətlərini belə adlandırılan “İslam pəncərələri” vasitəsilə təklif edə biləcəklər. İlkin məqsəd bazarı şəriət normalarına uyğun məhsullarla tanış etmək və onların geniş tətbiqi üçün əsas yaratmaqdır. Mərkəzi Bank tətbiq prosesinə nəzarət edəcək və zərurət yarandıqda məhsul çeşidinin genişləndirilməsindən əvvəl tənzimləmələri dəqiqləşdirəcək”, – deyə məlumatda qeyd olunur.

Qurum analitiklərinin fikrincə, “İslam pəncərələri”nin tətbiqi Azərbaycan banklarına bazarın az əhatə olunan seqmentinə çıxış imkanı verəcək, sukuk (İslam istiqrazları) buraxılışı üçün normativ baza yaradılması isə onlara İslam maliyyə institutlarından vəsait cəlb etməyə, likvidliyi gücləndirməyə və onun idarə olunması üçün alətlər əldə etməyə şərait yaradacaq. Bundan əlavə, şəriət prinsiplərinə uyğun məhsulların təklifi banklar üçün yeni gəlir mənbələri formalaşdıracaq.

Azərbaycanda tamamilə İslam prinsipləri ilə fəaliyyət göstərən bank və ya “İslam pəncərəsi”nin mövcud olmadığına toxunan analitiklər onu da bildiriblər ki, hazırda ölkə əhalisinin 97 faizi (10,4 milyon nəfər) İslam dininə etiqad edir və bu, potensial tələbin yüksək olduğunu göstərir. Onların fikrincə, uyğun tənzimləmə mexanizminin olmaması isə bu sektorun inkişafını tarixi olaraq ləngidib. Bununla belə, yüksək tələbat fonunda əməliyyat və normativ çətinliklər yeni alətlərin tətbiqini müəyyən qədər səngidə bilər.

Qeyd edək ki, İslam bankçılığı son illərdə dünya maliyyə sektorunda geniş yayılmış bir sahə kimi diqqət çəkir. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda İslam bankçılığı sektorunun illik inkişaf tempi, təxminən, 15-20 faiz təşkil edir ki, bu da onu ən sürətlə inkişaf edən bankçılıq növlərindən birinə çevirir. İslam bankçılığı faizsiz bankçılıq prinsiplərinə əsaslanır və şəriət qanunlarına uyğun olaraq maliyyə əməliyyatları həyata keçirir. Bu növ bankçılığın ən önəmli xüsusiyyəti faizin qadağan olunmasıdır. İslam hüququna görə faiz qazanmaq haramdır, buna görə də bu banklar kredit və əmanət əməliyyatlarında faiz yığmırlar və ya vermirlər. Bunun əvəzinə, İslam bankları risk və gəliri müştəri ilə birlikdə paylaşaraq ədalətli maliyyə münasibətləri qururlar. Bu yanaşma, maliyyə sektorunda riskin paylaşılması və şəffaflığın təmin olunması baxımından yeni bir model təqdim edir.

Son illərdə Azərbaycanın maliyyə sektorunda müşahidə olunan yeni trendlər arasında İslam bankçılığına marağın artması diqqət çəkir. Faizsiz və ədalətli maliyyə prinsiplərinə əsaslanan, dünyada sürətlə yayılan bu sistem ölkəmizdə hələ tam formalaşmasa da, İslam bankçılığı gələcək üçün böyük perspektivlər vəd edir. 2024-cü ilin məlumatlarına əsasən, ölkədə İslam bankçılığı üzrə ixtisaslaşmış banklar yoxdur.

Lakin faizsiz və şəriətə uyğun maliyyə məhsulları təqdim edən müəyyən sayda mikromaliyyə təşkilatı və banklar fəaliyyət göstərir. Ümumilikdə, ölkəmizdə mövcud olan 70-dən çox bankın cüzi hissəsi faizsiz məhsullar təqdim etməyə cəhd göstərir. Məsələn, bəzi banklar “mürabaha” (öncədən müəyyən edilmiş qiymətə məhsul satışı), “mudaraba” (gəlir paylaşımı) və “icarə” (kirayə) kimi İslam bankçılığı prinsiplərinə uyğun maliyyə xidmətləri təklif edir.

Ötən ilin statistik məlumatlarına görə, Azərbaycanda İslam bankçılığı məhsullarından istifadə edən fiziki və hüquqi şəxslərin sayı 15 mindən çox olub. Sahibkarların 20 faizi bizneslərini maliyyələşdirmək üçün faizsiz kreditlərə üstünlük verir. Daha bir maraqlı fakt ondan ibarətdir ki, 2019-cu ildən 2023-cü ilə qədər ölkəmizdə İslam bankçılığına uyğun investisiyaların həcmi 25 milyon dollardan 50 milyon dollara çatıb. Bu da 5 il ərzində 2 dəfədən çox artım deməkdir.

Yeri gəlmişkən, Azərbaycanda İslam bankçılığının gələcəyi ilə bağlı nikbin fikirdədirlər. Onlar hesab edirlər ki, ölkəmizdə bu növ bankçılıq yaxın illərdə həm biznes, həm də cəmiyyət üçün vacib maliyyə platformasına çevriləcək.

Ruslan ATAKİŞİYEV,
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru

2024-cü il yanvarın 26-da Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyə-bazar sektorunun inkişafına dair Dövlət Proqramı qəbul edilib. Həmin proqrama əsasən 2024–2026-cı illər ərzində ölkəmizdə İslam bankçılığının, o cümlədən İslam qiymətli kağızlarının (suquqların) inkişafı ilə bağlı tədbirlərin həyata keçiriləcəyi nəzərdə tutulur.

2025-ci ilin əvvəllərindən etibarən Mərkəzi Bank tərəfindən bu istiqamətdə mühüm işlər görülür. İlin sonuna kimi həyata keçiriləcək əsas işlərdən biri isə İslam bankçılığına dair qanunvericiliyin hazırlanması və yenidən işlənməsi, digəri isə suquqlarla bağlı qanunvericilik bazasının formalaşdırılmasıdır. Suquqlarla bağlı əsas addımlardan biri ondan ibarətdir ki, Mərkəzi Bankın İslam İnkişaf Bankı Qrupuna müraciəti nəticəsində həmin qurum tərəfindən qrant ayrılıb. Bu qrant çərçivəsində qanunvericilikdə aparılacaq düzəlişlərlə bağlı istiqamətverici işlər həyata keçirilir.

Bundan əlavə, 2024-cü il yanvarın 31-də Mərkəzi Bankın İdarə Heyətinin təsdiqi ilə xüsusi tənzimləmə rejimi – “sandbox” mexanizmi yaradılıb. Həmin sandbox çərçivəsində artıq bir sıra banklar tərəfindən İslam bankçılığı pəncərələrinin (şöbələrinin) açılması ilə bağlı layihələr təqdim edilib.

Eyni zamanda, İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası və İslam Ticarət və Maliyyə Korporasiyası tərəfindən bir sıra banklara özəl sektorun biznes fəaliyyətlərinin maliyyələşdirilməsi üçün orta hesabla 15–20 milyon ABŞ dolları həcmində vəsaitlər ayrılıb. Bu vəsaitlərdən artıq bir sıra yerli sahibkarlıq subyektləri dövriyyə vəsaitlərinin və əsas vəsaitlərin alınmasında fəal şəkildə yararlanır.

Gələcəyə baxdıqda isə, Azərbaycanda İslam bankçılığının inkişafı istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Yaxın perspektivdə suquq bazarının formalaşdırılması ilə yanaşı, İslam sığortası (təkafül) bazarının inkişafı da nəzərdə tutulur.

Qlobal müstəvidə isə qeyd edək ki, hazırda dünyanın 135-dən çox ölkəsində İslam maliyyə sistemi tətbiq olunur. Dünyada İslam maliyyə aktivlərinin həcmi, təxminən, 4,5 trilyon ABŞ dolları səviyyəsindədir. 2024-cü ilin məlumatına əsasən, dünyada 566 İslam bankı və 256 “İslam bankçılığı pəncərəsi” fəaliyyət göstərir.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri