Icma.az
close
up
RU
İslam dünyasının Bakıya artan inamı...

İslam dünyasının Bakıya artan inamı...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gələn il Azərbaycanda İƏT-in Zirvə görüşü keçiriləcək

Son illərdə ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatlar özlərinin mühüm tədbirlərinə ev sahibliyi etmək hüququnu məmnuniyyətlə Azərbaycana həvalə edirlər. Bu, dünyada ölkəmizin və onun Liderinin artan nüfuzunun əyani təsdiqidir.

Gələn il isə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünə ev sahibliyi edəcək. Bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə məlumat verib. Onun sözlərinə görə, qarşıdakı dövrdə Azərbaycan üçün mühüm tədbirlər gündəmdədir: “Azərbaycanın sonrakı iki ildə İƏT-ə sədrliyi reallaşacaq. Eyni zamanda, Qlobal Şəhərsalma Forumu və s. tədbirlərin də Bakıda keçirilməsi gözlənilir. Bu tədbirlər Azərbaycanın önəmini artıracaq faktorlardır”, - deyə XİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, İƏT-in son Zirvə görüşü 2024-cü ilin mayında Qambiyanın Banjul şəhərində keçirilib.

Qlobal Cənubla Qlobal Qərb arasında etibarlı körpü

Hazırda dünya beynəlxalq münasibətlərdə ciddi gərginliklər yaşandığı çətin dönəmdən keçir. Yaxın Şərqdə, Şərqi Avropada arealı genişlənən müharibə alovunun nə vaxt sönəcəyi bəlli deyil. Digər regionlarda da dövlətlər arasında mübahisəli məsələlər baş qaldırır. Hasil olan qənaət kədərlidir - dünyada qütbləşmə meyllərinin güclənməsi, Qlobal Cənubla Qlobal Qərb arasında çatların dərinləşməsi ciddi narahatlıq doğurur.

Belə bir şəraitdə Azərbaycanın iki qütb arasında körpülər yaratmaq niyyətini ortaya qoyması diqqət çəkir. Respublikamızın xarici siyasəti multiregional səciyyə daşıyır. Bu siyasət hər zaman milli maraqlar əsas götürülməklə beynəlxalq hüquqa, qarşılıqlı hörmətə, bərabərlik və suverenlik prinsiplərinə əsaslanıb. Eyni zamanda, ölkəmiz qütblər arasında etimad quruculuğuna nail olmağa çalışır, bu məqsədlə özünün xoş niyyətini və potensialını ortaya qoyur. Müzakirələrdə bildirldiyi kimi,  beynəlxalq arenada yüksəliş mərhələsinə qədəm qoyan Qlobal Cənubda Azərbaycanın artan nüfuzu onun müstəqil, qərəzsiz, beynəlxalq hüquqa və ədalətə əsaslanan çoxtərəfli siyasəti ilə qlobal qeyri-bərabərliyin azaldılmasına, dialoqun qurulmasına verdiyi töhfələrlə bağlıdır. Azərbaycanın Qlobal Cənub ölkələrinin səsi sayılan Qoşulmama Hərəkatına sədrliyi illərində təşkilat Prezident İlham Əliyevin təşəbbüsləri ilə beynəlxalq siyasətdə kifayət qədər aktiv rol oynayıb, inkişaf etməkdə olan ölkələrin səsini beynəlxalq platformalara çatdırıb, onun institusional inkişafında əməli addımlar atılıb, təşkilatın parlament şəbəkəsi və gənclər təşkilatı yaradılıb.

Eyni zamanda, son vaxtlar daha da aktuallaşan iqlim çağırışlarına həssas yanaşması Azərbaycanın qlobal liderliyinə daha bir nümunə sayıla bilər. Ötən ilin noyabr ayında respublikamız BMT-nin iqlim konfransına  - COP29-a uğurla ev sahibliyi etdi.  Azərbaycanın Qlobal Cənub ilə Qlobal Qərb arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunmayan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı “Bakı sıçrayışı”nın əldə edilməsi ilə nəticələndi. Biz Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atdıq və ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edir. Bakıda inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə ayrılacaq iqlim maliyyəsini 300 milyard ABŞ dolları məbləğində razılaşdırılmasına nail olunması COP29-un tarixinə yazılıb.

Hazırda Afrika qitəsinin kolonializmdənn əziyyət çəkən ölkələri Azərbaycana ümid yeri kimi baxırlar. Azərbaycanın Qlobal Cənub QHT Platformasının yaradılması təşəbbüsündən çıxış etməsi də təsadüfi deyil. Qlobal Cənub tarixən ədalətsizliklə üzləşib, bəzi qlobal güclər və beynəlxalq təsisatlar tərəfindən tətbiq olunan ikili yanaşmaların ünvanına çevrilib. Təəssüf doğuran haldır ki, Fransa kimi dövlətlər Qlobal Cənub coğrafiyasında hələ də keçmişin eybəcər qalığı olan müstəmləkəçilik siyasətindən əl çəkmir. Daim ədalət, beynəlxalq hüquq mövqeyindən çıxış edən Azərbaycan isə bununla barışmır və müstəmləkəçiliyin bütün təzahürlərini qətiyyətlə pisləyir.

Azərbaycanın xüsusi rolu həm də ondadır ki, indiyədək Prezident İlham Əliyevin təşəbbüsü əsasında formalaşan müxtəlif platformalar çərçivəsində Qlobal Cənubu və Qlobal Qərbi təmsil edən ölkələr həm dövlətlər, həm də cəmiyyətlər səviyyəsində bir araya gəliblər. Artıq dünyada tanınan “Bakı prosesi” buna yaxşı nümunədir.

Müxtəlif istiqamətlərdə uğurla inkişaf edən Azərbaycan-İƏT münasibətləri

Müstəqil Azərbaycan İslam dünyasının  ayrımaz bir parçasıdır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq  dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verən ölkəmiz eyni zamanda bu coğrafiyada yerləşən dövlətləri birləşdirən beynəlxalq təsisatlarda fəal şəkildə təmsil olunur. Belə təşkilatlardan biri də İslam Əməkdaşlıq Təşkilatıdır . 

İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, İslam dəyərlərinin və irsinin qorunması məqsədilə təsis edilib. Qurum 2011-ci ilədək İslam Konfransı Təşkilatı adlandırılıb. Baş qərargahı Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşən qurumun hazırda 60-dək üzvü var. Təşkilat BMT yanında müşahidəçi statusa malikdir. İƏT-in fəaliyyət istiqamətləri üzrə siyasi qərarlar üç ildən bir keçirilən İslam Zirvə görüşündə verilir. Hər il keçirilən İslam ölkələri Xarici İşlər nazirlərinin konfranslarında Zirvə görüşündə qəbul edilmiş qərarların icrası nəzərdən keçirilir. Təşkilatın icraedici orqanı Baş Katiblikdir.  Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət ünvanlayıb və 1991-ci il dekabrın 8-də qurumun Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib.

Ötən dövrdə Azərbaycanın müsəlman dünyasında böyük nüfuza malik dövlətə çevrilməsi ölkəmizin apardığı siyasətin məntiqi nəticəsidir. Biz dini kimliyimizlə, İslam aləminə məxsus olmağımızla qürur duyuruq. Azərbaycan, eyni zamanda, İslam ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə sanballı töhfələr verir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi İslam aləminə və bütün dünyamıza əmin-amanlıq, həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. İndiyədək İƏT-in bir sıra tədbirləri Azərbaycanda uğurla baş tutub.

Öz növbəsində, İƏT də Azərbaycanın beynəlxalq səviyyədə İslam və digər sivilizasiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirir. Qurum Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini  həmişə birmənalı şəkildə pisləyib. İƏT ötən dövr ərzində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edib. 2016-cı ildə Təmas Qrupunun təsis edilməsi İƏT-in Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə necə böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir. Dünyada nüfuzu getdikcə artan İƏT Azərbaycana növbəti birmənalı dəstəyini 44 günlük Vətən müharibəsində göstərdi.

Azərbaycanın İƏT, eləcə də quruma üzv olan dövlətlərlə humanitar-mədəni sahədə əməkdaşlıq əlaqələri də getdikcə genişlənir. Azərbaycan 1991-ci ildən İslam ölkələrinin təhsil, elm və mədəniyyət təşkilatı olan və sıralarında 50-dən çox dövləti birləşdirən ICESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş sıx münasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə keyfiyyətcə yeni bir inkişaf mərhələsinə yüksəlib. Mehriban Əliyeva - təşkilatın bu yüksək adına layiq görülmüş ilk qadın ictimai xadimdir.

Müxtəlif dövrlərdə ayrı-ayrı Azərbaycan şəhərləri - 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Həmçinin hər bir azərbaycanlı üçün son dərəcə əziz olan Şuşa şəhəri 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilib.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 May 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see282

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see277

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see271

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see266

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see259

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see259

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see256

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see245

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see244

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see231

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see230

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see228

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see225

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see224

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see223

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see210

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see210

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see210

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see210

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri