Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

İslam həmrəyliyinə töhfə: Bakı regional ofisi

İslam həmrəyliyinə töhfə: Bakı regional ofisi

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya təşkilatları ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Azərbaycanın İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan ICESCO ilə də münasibətləri də möhkəm təmələ əsaslanır. 1979-cu ildə təşkil edilmiş ICESCO ilə Azərbaycan dövləti yaxından əməkdaşlıq edir. Azərbaycan İslam dünyasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, dünyada sülhün və təhlükəsizliyin təşviqi sahəsində böyük səylər göstərən mühüm təşkilatlardan olan ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir. Bu gün Azərbaycan islam həmrəyliyi ideyalarına və mədəniyyətlərarası dialoq ənənələrinə sadiqdir. Azərbaycan öz əqidəsinə, milli dəyərlərinə sadiq bir dövlətdir. Azərbaycan islami dəyərlərə, islam dininə bağlı dövlətdir. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi və tolerantlıq yeni dövrünü yaşayır. Dünyada baş verən siyasi proseslər, müsəlman ölkələrindəki müharibə və münaqişələr, bəzi ölkələrdə islamofobiyanın yayılması islam dünyasında həmrəyliyin zəruriliyini bir daha əyani surətdə göstərir. Belə şəraitdə Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir.

Bakıda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin açılışı münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir. Əsrlər boyu sivilizasiyaların qovuşduğu məkan olan Bakıda regional ofisin açılışı Mərkəzi Asiyanın ICESCO-nun üzvü olan dövlətlərinə xidmət göstərəcək. Regionun digər ölkələrinə də öz töhfəsini verməklə yanaşı, əməkdaşlıq və mükəmməllik ruhunu təşviq edəcəkdir. Açılış mərasimində çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki bildirib ki, bu nailiyyət heç də təsadüfən əldə edilməyib: "Bu, həqiqi liderliyin, aydın baxışın və daha yaxşı gələcəyə olan davamlı sadiqliyin bəhrəsidir. Parlaq müdrikliyi və biliyin qüdrətinə olan dərin inamı hamımız üçün bir işıq kimi saçan lider, Zati-aliləri Prezident İlham Əliyevə səmimi minnətdarlığımızı bildiririk. Onun davamlı dəstəyi bu baxışı reallaşdırıb. Həmçinin Zati-aliləri, ICESCO-nun xoşməramlı səfiri, təhsilə, mədəniyyətə və insanlığa olan sevgisi ilə bu layihənin reallaşmasına təkan verən Birinci vitse-prezident Mehriban Əliyevaya da minnətdarlığımızı bildiririk".

ÖLKƏLƏR VƏ NƏSİLLƏR ARASINDA ƏLAQƏLƏRİ MÖHKƏMLƏNDİRƏN BAĞLAR

Bu ofisin xüsusi bir ofis olacağını vurğulayan Salim bin Məhəmməd əl-Maliki onu da qeyd edib ki, bu ofis fərqli şəkildə fəaliyyət göstərəcək: "Fərqli ideyalara sahib olacaq. O, məqsədlərinə fərqli şəkildə çatacaq. O, üzv dövlətlərimizlə möhkəm əməkdaşlıq ruhu ilə döyünən, təhsil, mədəniyyət, elm, kommunikasiya sahələrində yeni tərəfdaşlığın ritmlərini əks etdirən canlı bir ürək olacaq. ICESCO-nun strateji məqsəd və vəzifələrini inkişaf etdirməklə yanaşı, Bakı ofisi ətraf mühitimizi müdrikliklə və təcili olaraq qorumaq, bəşəriyyətə xidmət etmək üçün süni intellekti daha da inkişaf etdirmək, diqqəti sabahın memarları olan gənclərimizə yönəltmək və dəyərli irsimizin, kimliyimizin ruhunun qorunub saxlanılması kimi məqsədlərə xidmət edəcək. Bu ofisdə ilhamverici layihələr və yeni ideyalar yaradılacaq. Burada ölkələr və nəsillər arasında əlaqələri möhkəmləndirən bağlar yaranacaq. Biz ICESCO olaraq bu mərkəzi xəyallarla, müdrikliklə və biliklə qurmağı seçirik. Bu yeni regional ofis xəyalpərəstləri, o cümlədən bunun reallaşmasını mümkün edən liderləri ləyaqətə, biliyə, mədəniyyətə, sülhə və xüsusilə də gələcəyin formalaşmasında birgə işləməyə çağıran, onlara bələdçilik edən, yollarını işıqlandıran bir mayak olacaq."

İSLAM ÖLKƏLƏRİNİN BİRLİYİNƏ VERİLƏN ƏN BÖYÜK TÖHFƏ

Ölkəmizin müsəlman dünyası ilə əlaqələrinin genişlənməsi prosesi son dövrlər daha intensiv xarakter almışdır. İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı, eləcə də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ICESCO-Azərbaycan münasibətlərini bir daha aydın göstərir. ICESCO rəhbərliyinin təşkilatçılığı ilə görkəmli şərqşünas alim Aida İmanquliyevanın "Müasir ərəb ədəbiyyatının korifeyləri" əsəri və "Ərəb hərfləri ilə Azərbaycan yazısı" kitabı ərəb dilində çap edilmişdir. ICESCO-nun aylıq xüsusi jurnalında Azərbaycan ilə əlaqələrə həmişə geniş yer ayrılması, 2008-ci ildə Mərakeşdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsində ICESCO rəhbərliyinin göstərdiyi hərtərəfli dəstək davamlı əlaqələrin mövcudluğundan xəbər verir. Təşkilatın rəhbəri 2006-cı ildən etibarən respublikamızda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak etmişdir. Bu sırada Bakıda keçirilmiş "Gənclər sivilizasiyaların alyansı naminə" mövzusunda beynəlxalq konfrans, Heydər Əliyev Fondunun təşəbbüsü, İSESKO-nun dəstəyi ilə keçirilmiş "Mədəniyyətlərarası dialoqda qadınların rolu" mövzusunda forum, "Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009" mədəniyyət ilinin açılış mərasimi, İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı, Dünya Dini Liderlərinin Bakı Sammiti və Ümumdünya Mədəniyyətlərarası Dialoq və digər tədbirlərin adlarını qeyd etmək yerinə düşər. ICESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sivilizasiyalararası dialoqun təşviqi, təhsil və digər sahələrdə çoxşaxəli fəaliyyətində sözügedən təşkilatla əlaqələri diqqətdə saxlayır.

2-3 dekabr 2019-cu il tarixlərində ICESCO-nun Baş qərargahında keçirilmiş İslam Dünyası İrsi Komitəsinin növbədənkənar toplantısında Azərbaycan mədəni irs nümunələri -Bakının İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı İslam Dünyası İrsi Siyahısına daxil edilmişdir. Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir. Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi, Ölkəmizdə Cənab İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu. İslam Konfransı Təşkilatının üzvü və ya müşahidəçisi olmayan ölkə ICESCO-nun üzvlüyünə iddia edə bilməz. Bu baxımdan müstəqil Azərbaycan "İslam dünyasının BMT-si" adlandırılan İslam Əməkdaşlıq Təşkilatının da fəal üzvüdür.

HAQQI DƏSTƏKLƏYƏN BƏYANATLAR

Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərir. Tarixi keçmişi, dini. mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan töhfəsini verir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılıb və təhqir olunubdur.

30 ilə yaxın erməni işğalına məruz qalmış Azərbaycanın 20 faizə yaxın torpağı işğal altında idi. BMT-nin Qarabağın Azərbaycana məxsus olduğunu rəsmi sənədlərlə təsdiqləməsinə baxmayaraq, qurum ötən 30 ildə münaqişənin həlli üçün heç bir müsbət addım atmadı. Özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışdı. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edərək sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladı. Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan sülh prosesinə sadiqdir. Azərbaycan Ermənistanla münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün ciddi addımlar atır.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın 28 ildən artıq müddətdə Ermənistanın işğalı və hərbi təcavüzü ilə üzləşməsinə baxmayaraq, məhz ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ilə münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün sülh müqaviləsi təşəbbüsü ilə çıxış edib. Vətən müharibəsi zamanı ICESCO-nun ölkəmizin haqq işini dəstəkləyən bəyanatlar verməsi və müharibədən sonra bölgəyə texniki heyət göndərən ilk beynəlxalq təşkilat olması Azərbaycanda yüksək qiymətləndirilir.

İSLAM DÜNYASININ HƏMRƏYLİYİNİN RƏMZİ

Şuşanın 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi şəhərin İslam sivilizasiyasının mərkəzlərindən biri kimi əhəmiyyətinin nümayişi üçün yaxşı fürsət olmuş oldu. Bildiyimiz kimi, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edildi. Bu qərar islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsi idi və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində müstəsna rol oynadı.

Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.

Zümrüd BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri