İslam İnkişaf Bankı Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayırıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İslam İnkişaf Bankı (İİB) Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayırıb.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri deyib.
O bildirib ki, İslam İnkişaf Bankı (İİB) Qarabağda Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti imzalamaqdan qürur duyur: “Biz İslam İnkişaf Bankı olaraq, təxminən 1,6 milyon insana xidmət göstərəcək Qarabağda Qız Qalası su anbarı layihəsi üçün ilk krediti imzalamışıq. bu, çox mühüm inkişaf layihəsidir”.
“Prezident İlham Əliyevi əmin edirəm ki, biz burada mövcudluğumuzu genişləndirməyi səbirsizliklə gözləyirik. Maliyyələşdirə biləcəyimiz layihələrin sayını genişləndirmək üçün bizim imkanlarımız var. Biz İslam İnkişaf Bankı ilə Azərbaycan arasında iqtisadi inkişafın bir çox sahələrində əlaqələri genişləndirməyi gözləyirik.
Biz çox həyəcanlıyıq. Biz çox pozitivik. Və biz bu ölkədə yeni, mühüm layihələri gözləyirik”,- deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 Noyabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















