Qız qalası su anbarından magistral suvarma kanalının tikintisinə başlanılır
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cəbrayıl rayonundakı “Qız Qalası” su anbarından 52 km uzunluğunda və 50 kubmetr/san ötürmə qabiliyyətinə malik magistral suvarma kanalınının tikintisi üçün hazırlıqlara başlanılıb.
“Report” bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə istinadən xəbər verir.
Məlumata görə, kanalın tikintisi Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilmiş ərazilərində Araz çayı boyu yerləşən və Mil-Muğan zonasında etibarlı suvarma xidmətləri göstərəcək 252 km uzunluğunda suvarma boru kəmərləri şəbəkəsinin çəkilməsi ilə iqlimə davamlı və smart su ehtiyatlarının idarə olunması sistemini inkişaf etdirəcək.
Layihənin xərclərinin bir hissəsini İslam İnkişaf Bankı ödəyəcək. Bank bu məqsədlə 96,48 milyon ABŞ dolları məbləğində Hissəli Satış maliyyələşdirilməsi təmin edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 23 Yanvar 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















