İslam Səfərli küçəsində abadlıq quruculuq işləri aparılır Fotolar
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, İslam Səfərli küçəsində Bakı Şəhər İcra Hakimiyyəti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən abadlıq-quruculuq işləri aparılır.
İşlər çərçivəsində döşəmə örtüyü yenilənir, piyadayönümlülük yaradılır və həmin ərazinin müyəssərliyi təmin edilir. Eyni zamanda müvafiq qurumlar tərəfindən ərazidə mövcud yararsız kommunikasiyaların yenilənməsi işləri aparılır.
Gələcəkdə bu layihənin digər ərazilərdə də tətbiqi və ətraf ərazilərin tamamilə piyadalaşdırılması nəzərdə tutulur. Sözügedən layihə həmdə şəhərin ümumi görünüşünə, estetikasına da müsbət təsir göstərir.
Həmçinin, İslam Səfərli küçəsində yeni yaşıllıq ərazilərin salınması nəzərdə tutulub.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 08 Sentyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















