Icma.az
close
up
RU
İslamda kreditə münasibət necədir? İlahiyyatçı açıqladı

İslamda kreditə münasibət necədir? İlahiyyatçı açıqladı

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İslamda borclanma insanın ehtiyacı və borcun məqsədindən asılı olaraq fərqli qiymətləndirilir. Faizli borc və kreditlər isə dini baxımdan ayrıca müzakirə olunur və faiz İslamda qadağan edilib.
Bəs borclanmaq hansı hallarda məqbul hesab olunur? Maddi çətinlik zamanı faizli kredit götürən şəxsin məsuliyyəti necə qiymətləndirilir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Yaşar Qurbanov bildirib ki, borclanma insanın zəruri ehtiyacını qarşılamaq üçün çıxış yolu qalmadığı hallarda məqbul hesab oluna bilər.

Onun sözlərinə görə, insan həqiqətən çətin vəziyyətə düşübsə, maddi sıxıntı yaşayırsa və ehtiyacını başqa yolla qarşılamaq imkanına malik deyilsə, belə halda borc götürməsi başadüşüləndir:
“İslamda da ehtiyacı olan insana borc vermək təşviq olunur və borc verən şəxsin bu əməlinin savab olduğu bildirilir. Peyğəmbərimizin hədislərində də borc verən şəxsin savab qazanmasından bəhs edilir. Hətta borc alan şəxs müəyyən olunmuş vaxtda borcunu qaytara bilmədikdə ona möhlət verilməsi daha böyük savab kimi qiymətləndirilir.
Lakin insanın maddi imkanı olduğu halda ehtiyacı olmadığı bir məsələyə görə borclanması düzgün hesab edilmir. Məsələn, şəxsin kifayət qədər pulu olduğu halda öz vəsaitindən istifadə etməyib bunun əvəzinə borc götürməsi məntiqli deyil. Eyni zamanda, gündəlik yaşayışını normal şəkildə təmin edə bildiyi halda sırf daha dəbdəbəli həyat sürmək üçün borca girmək də məqsədəuyğun deyil.
Xüsusilə daha bahalı avtomobil almaq, avtomobili ehtiyac olmadığı halda dəyişmək və ya sadəcə lüks həyat tərzinə keçmək məqsədilə borclanmaq insanı lazımsız maliyyə öhdəliyi ilə üz-üzə qoya bilər. Əgər insanın normal yaşayışı təmin olunursa və qarşısında təcili və zəruri ehtiyac yoxdursa, yalnız daha yüksək həyat standartına nail olmaq üçün borca girməsi düzgün hesab edilmir.
Ona görə də borclanarkən ilk növbədə ehtiyacın həqiqətən zəruri olub-olmadığı və götürülən borcun gələcəkdə qaytarılıb-qaytarılmayacağı nəzərə alınmalıdır. Borc insan üçün zəruri hallarda çıxış yolu ola bilər, lakin imkan xaricində lüksə və israfçılığa görə borclanmaq sonradan daha ciddi maliyyə çətinliklərinə səbəb ola bilər”.
İlahiyyatçı əlavə edib ki, faizli borcun verilməsi və götürülməsi İslam baxımından yolverilməz hesab olunur:
“Quranda da faizdən çəkinməyə çağırış olunur və “Bəqərə” surəsinin 278–279-cu ayələrində bu məsələ ilə bağlı xəbərdarlıq edilir. Faizə yüngül yanaşmaq olmaz və insanlar imkan daxilində faizli borc götürməkdən çəkinməlidirlər. Borc faizli olmamalıdır. Çünki faiz Allah və Onun Rəsulu ilə müharibə etmək kimi ağır bir günahdır.
Allah Təala buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, faizdən qalanı tərk edin. Əgər bunu etməsəniz, Allah və Onun Rəsulu tərəfindən sizə müharibə elan olunduğunu bilin. Əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə zülm edərsiniz, nə də sizə zülm olunar”.
Faiz yüngül məsələ deyil. Buna görə də faizlə borc almaqdan ciddi şəkildə çəkinmək lazımdır. Allah faizli borca bərəkət verməz. Allahın bərəkət vermədiyi bir borcun ödənilməsində insan Allahdan necə yardım gözləyə bilər?
Borcun qaytarılması da mühüm məsələdir. Maddi imkanı olan şəxsin borcunu bilərəkdən gecikdirməsi düzgün deyil. Peyğəmbər buyurur: “İmkanı olan şəxsin borcunu gecikdirməsi zülmdür”. Həmçinin borcunu ödəməyə imkanı olduğu halda gecikdirən şəxslə bağlı sərt xəbərdarlıq edilib.
Buna görə də insan borc aldıqda onu vaxtında qaytarmalıdır. Borcun qaytarılması üçün müəyyən müddət təyin edilibsə, həmin müddət başa çatdıqda və şəxsin ödəməyə imkanı varsa, borcunu qaytarmalıdır. Müəyyən müddət təyin edilməyibsə, imkanı yaranan kimi borcunu ödəməlidir.
İmkanı olduğu halda borcu bilərəkdən gecikdirmək və borc verəni gözlətmək caiz deyil. Belə səhlənkarlıq insanların bir-birinə borc verməkdən çəkinməsinə səbəb ola bilər. Bəzi insanların borc alıb qaytarmaması və ödənişi davamlı şəkildə gecikdirməsi nəticəsində başqaları da ehtiyacı olan şəxslərə borc vermək istəmirlər”, – deyə ilahiyyatçı Yaşar Qurbanov fikrini tamamlayıb. Nuray Paşşanlı
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Sentyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri