Icma.az
close
up
RU
İslamda olan bəzi zahiri hökmləri qabardaraq insanları zəhərləyirlər İlahiyyatçı

İslamda olan bəzi zahiri hökmləri qabardaraq insanları zəhərləyirlər İlahiyyatçı

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bunu hamı bilir ki, dini radikalizmin bir qolu da vəhhabi - sələfi - xəvaric cərəyanıdır. Adlarını dəyişib nə qoysalar da mahiyyət eynidir. Özü də xalqı təhqir edirlər. Dini, özləri sayaq radikal şəkildə mənimsəməyən bütün əhalini "cahil" hesab edirlər. Xalqın bir qismini də bidətçi, müşrik sayırlar".

Redaktor.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

"Axşama kimi sosial şəbəkələrdə, açdıqları telekanallarda cəmiyyətin ruhuna zidd, təfriqəçi, nifrət və qərəz əks etdirən fikirlər yayırlar. Dinin mahiyyətini saçaqlı saqqal və cins şalvarın ayağını dizə qədər gödəltməkdə görən bir toplumdan hansı ağılın məhsulunu, hansı düşüncənin bəhrəsini, hansı tərəqqi və cəmiyyətə faydalı bir nöqtə görə bilərsiniz? Özlərini elə aparırlar ki, sanki Allah dünyanı yaradıb bunlara təhvil veribmiş, başqa insanlar da bunların haqqını əlindən alıb, indi də çalışırlar ki, geri qaytarsınlar. Bunları o zaman Qərb kəşfiyyat orqanları nizamlayanda elə nizamlayıb ki, içləri ilə yanaşı çölləri də başqa müsəlmanlara bənzəməsin. Qurşağa çatan saqqalı, gödək şalvarı görən müasir insan dərhal eləsindən uzaq dursun.

Deyirlər, özü də Allah saqqalı qısaltmağa, düzəltməyə izn vermir. Yəni, belə səliqəsiz, pəjmürdə vəziyyətdə olmağı buyurub guya. Necə də Allahı şantaj edib şərləyirlər. Uca Yaradanı da özlərinin ağıl səviyyəsində qərar verən, zahirçi, bəsit və təzadlı iradəyə sahib qəddar bir idarəçi obrazında təqdim edirlər. Halbuki Allahın əmrləri insanlıq üçün fayda kəsb edən işlərdir. Amma bu qrup bütün faydasız və cahilanə işləri, mənfur əməlləri Allahın boynuna qoyurlar ki, o buyurub.

Bu əqidənin içindən İŞİD çıxıb. Bunu unutmaq olmaz. Bu əqidənin içindən çıxanlar vaxtilə də Nəcddə, İraqda, Suriyada qırğınlar, vandalizm aktları törədiblər, tarixi abidələri məhv ediblər. Bu cərəyanın bəşəriyyət üçün ən zərərli tərəfi odur ki, düşünməyə, ağıl işlətməyə icazə verilmir. Belə bir toplumu da pərdə arxasındakı şahmatçılar çox asanlıqla idarə edir, istənilən formada, istənilən tərəfə yönəldirlər.

Din təbliğ etmirlər, məzhəb təbliğ edirlər. Bunların və bunu kimilərin dinə nə dəxli var?

İslamda olan bəzi zahiri hökmləri qabardaraq özlərinə fərqli bir müsəlman imici formalaşdırmağa çalışaraq əsasən Qurandan, İslamdan xəbərsiz insanları təsir altına salıb beynini zəhərləyirlər. İslamın tərənnüm etdiyi mənəvi dəyərlərdən, vəhdətdən, mərhəmət və məhəbbətdən uzaqdırlar. Ancaq qorxu, təhdid, təkfir, kor-koranə inam, ağıla gələn yeni fikrin şeytan vəsvəsəsi olduğuna inanmaq, özündən olmayana düşmən baxmaq bunların müstəsna xüsusiyyətlərindəndir.

Səbrsiz, zahiri, riyakar və üzdə müsəlman görünüşlü toplum yetişdirib vəhhabilər. Başlarında duranların özlərinin hansı savadı, hansı təhsili, hansı dünya görüşü var ki, başqalarının da olsun. Başçılarının hamısı da özünü elə təkəbbürlü, elə yekəxana aparır ki, sanki alçaq dağları bunlar xəlq edib. Bu təkəbbür ərəb şeyxlərinin milli xarakterlərindən doğur. Bu biçarələr təqlidçi olduqlarından təqlid etdikləri şeyxlərin hətta yerişini, sürətli və quru danışığını da mənimsəyiblər.

Cəhalət yayırlar. Dini təhrif edirlər. Vəhdətə xələl gətirəcək, tolerantlığımıza ziyan vuracaq fikirləri din adı ilə sırıyırlar. Elə bir icma yaradırlar ki, onun içindən gələcəkdə heç zaman alim, yazıçı, həkim çıxa bilməz, yalnız terrorçu, xain və başkəsən çıxa bilər. Dünyada bunun çoxsaylı nümunələri var. Bunlardan harada varsa orada ölüm var, qan var, terror, cəhalət, səfalət və televizora şeytan əməli deyib balta ilə sındırmaq var. Bir ayaqqabı qaytanı icad etməyi belə düşünməyən, yalnız müftəxorcasına bəşəriyyətin maddi və mənəvi dəyərlərini sümürməyi amal seçən belə cərəyanlar insanlıq üçün faşizm qədər təhlükəlidir".

Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Fevral 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri