Icma.az
close
up
RU
“İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur” İlahiyyatçı

“İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur” İlahiyyatçı

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Söhbət İslamdan gedirsə bu dində "salavat çəkilməsi" anlayışı yoxdur. Salavat çəkilmir yaxud çevrilmir. Xaç çevirmək var o da xristianlardadır. Salavat Peyğəmbərə salam göndərməkdir. Mənası belədir: "Allahım, Muhəmməd peyğəmbərə və ailəsinə salam göndər, necə ki, İbrahim peyğəmbər və onun ailəsinə göndərdin”.

Bunu Redaktor.az-a açıqlamasında ilahiyyaçtı Tural İrfan deyib.

O, İslam dinində olan salavatın Peyğəmbərdən başqa kimsəyə aidiyyatı olmadığını bildirib:

“İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur. Nə şəhidlərə, nə də başqa bir şəxsə. O mərhumlar üçün dua etmək, onlara salam göndərmək olar. Yoxsa salavatın Peyğəmbərdən başqasına aidiyyatı yoxdur. Fars xurafatları təəssüf ki, ölkəmizdə dinə çevirib. Tənzilə Rüstəmxanlı düz deyir. Yas yerlərində, ziyarətlərdə bir dəstə var ki, xaricdən mayalanan fars ideoloji-siyasi düşüncəsini, pərəstiş etdiyi şəxsləri duanın, salavatın arasına dürtüşdürür. Şəhidlərə vəfat etmiş axundun nə dəxli? Azərbaycanda yüzlərlə ziyalı axund vəfat edib. Vaxtilə axund Əbu Turab olub ki, indikilər onun ayağının tozu olmaz. Sadəcə cahil bir təbəqə var ki, Allaha yox, şəxsiyyətlərə pərəstiş edirlər. O şəxsiyyətləri də qəsdən harada gəldi, yerli - yersiz oraya atırlar. Bu, doğru deyil. Şəhidlərə dua etmək başqadır, Peyğəmbərə salavat göndərmək başqadır, digər şəxsin ruhuna dua etmək isə tam başqadır”.

İlahiyyatçı bu cür şeylərin dinimizə farslardan keçdiyini bildirib:

“Salavat duadır və oxunur. Salavat çəkilmir, çevrilmir, nə də sağ əl üzə çəkilmir. Bu, təkcə bizim əhali arasındadır. Bu isə bizə də farslardan keçib. Müsəlman dua edərkən hər iki əlini üzə çəkir. Qədim farslar isə ikitanrılı olduqları üçün sol əl şər tanrısı Əhriməni, sağ əl də xeyir tanrısı Ahuraməzdanı təmsil edirdi. Ona görə də xeyir istəyərkən dağ əli üzə çəkirdilər. Yəni, sözü gedən mübahisənin, kiməsə "salavat çəkməyin yaxud göndərməyin" İslama dəxli yoxdur. Ölü üçün, istər şəhid olsun, istər digəri, yalnız dua etmək, Quran oxuyub savabını ona ətf etmək olar. Salavatı fars yönlülər siyasi parol və şüar olaraq istifadə edirlər. Ona görə də başqalarının adına salavat çəkmək fikri ortaya çıxıb. Yəni, məqsəd Peyğəmbərə salam yollamaq deyil, məqsəd kiminsə qəsdən adını çəkib etiraz yaratmaqdır. Yəni, dinin atributlarından sui-istifadə etmək. Dini camiəmiz hələ o qədər geridə qalıb ki, Quranı üzündən oxuya bilmir, amma ölülələrə pərəstiş edir, özünü dindar göstərib dinə qarşı ikrah yaradır. Belə olmaz. Birmənalı təbliğat sağlam aparılmalıdır. Biri yönünü İrana, biri də Turana çevirir. Belə olarsa vəhdət, həmrəylik qalmaz. Hamı bir hədəfə yönəlməlidir. Dövlətin, dövlətçiliyin, xalqımızın dəyərlərinin yanında olmalıdır bütün inanclılar. Din məhəbbət və mərhəmətdir. Amma bəziləri nifrət və təfriqə salırlar. Bunlar da İrandan təsirlənən təbəqədir”.

Qeyd edək ki, ötən gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında millət vəkili, VHP sədrinin müşaviri T.Rüstəmxanlı şəhidlərlə yanaşı Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Yanvar 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri