İslandiya əhalisi Aİ yə üzvlük danışıqlarının bərpasının əleyhinə səs verib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Berlin, 30 avqust, AZƏRTAC
İslandiya əhalisi Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının bərpası ilə bağlı keçirilən ümumxalq səsverməsində bu təklifin əleyhinə səs verib.
AZƏRTAC xəbər verir ki, İslandiyanın ictimai yayımçısı RUV-un məlumatına görə, referendumda təklifin əleyhinə 52,8 faiz, lehinə isə 47,2 faiz səs verib. Boş və etibarsız bülletenlərin sayı səslərin 0,7 faizini təşkil edib. Beləliklə, İslandiya Aİ ilə üzvlük danışıqlarının bərpasını rədd edib.
İslandiya 2009-cu ildə qlobal maliyyə böhranından sonra Aİ-yə üzvlük üçün müraciət edib. Lakin danışıqlar 2013-cü ildə Aİ-yə skeptik yanaşan hökumətin hakimiyyətə gəlməsindən sonra dayandırılıb. Buna baxmayaraq, İslandiya Avropa İqtisadi Zonası vasitəsilə Aİ-nin vahid bazarına çıxış imkanına malikdir. Lakin ölkə üçün mühüm olan balıqçılıq sektorunda Aİ üzvlüyünə qarşı mövqe üstünlük təşkil edir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 30 Avqust 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















