Icma.az
close
up
RU
“İslandiya son oyundakı kimi gəzə gəzə bizə 5 qol vura bilməyəcək”

“İslandiya son oyundakı kimi gəzə gəzə bizə 5 qol vura bilməyəcək”

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Son oyunlar göstərdi ki, millimizdə əzmkarlıq, ruh yaranıb. Buna görə də deyə bilərik ki, İslandiya son görüşdək (0:5) kimi gəzə-gəzə 5 dənə qol vura bilməyəcək”.

Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Əfran İsmayılov deyib.

Hazırda “Araz-Naxçıvan”ın məşqçilər korpusunda yer alan gənc mütəxəssis yığmamızın DÇ-2026-nın seçmə mərhələsində sabah İslandiya ilə keçiriləcək oyunu haqda danışıb. O, Bakıdakı matçda millimizin yaxşı nəticə qazanacağına inandığını bildirib: “İndi istəkli bir komandamız var. Ayxan Abbasov tədricən oyun sistemini tətbiq edir. Çoxdan arzualyırdıq ki, əzmkar, istəkli bir millimiz olsun. Hətta uduzsaq belə, ürəklə oynayan komanda görmək istəyirdik. İndi bu komanda tədricən yaranır. Biz həm Fransa, həm də Ukrayan ilə oyunlarda daha yaxşı komanda gördük. İnanıram ki, İslandiya ilə görüşdə də belə mübariz heyətin şahidi olacağəq”. 

Ə.İsmayılov qeyd edib ki, əcnəbi mütəxəssislərin millimizə başçılıq etdiyi dövrlə müqayisədə Ayxan Abbasovun baş məşqçi təyinatından sonra komandada çox şey dəyişib: “Heç kim gəlib bizi başıaşağı edib getməməlidir. İnanıram ki, daha belə olmayacaq. Ayxan Abbasov bunu bacardı. Əvvəllər kim gəlirdi, rahat 4-5 dənə top vurub gedirdi. Sanki belə də olmalıdır. Amma indi inanmıram ki, kimsə bizimlə rahat oynasın. Milidə çox dəyişiklik var. Taktiki, texniki tərəflərindən danışmıram, oyunlarda görürük. İnanıram ki, Ayxan Abbasov millini, ölkəmizi düşünən, himni oxuyan bir komanda formalaşdıracaq. Bizə belə bir komanda lazımdır”. 

Ə.İsmayılov millimizin növbəti turda Bakıda Fransa ilə keçiriləcək görüşü haqda da fikirlərini bölüşüb: “Fransanın gücünə hamı bələddir. Bizim millimizlə heç bir cəhətdən müqayisə oluna bilməz. Təbii ki, ehtiyatlı oyuna üstünlük verməliyik. Belə güclü rəqiblərlə görüşdə biz əsas komandamızın əzmkarlığına, mübarizliyinə fikir veririk. Məncə, nə qədər güclü rəqib olsa da, bu görüşdə də millimiz ən azından layiqli mübarizə aparacaq”.

37 yaşlı məşqçi onu da qeyd edib ki, hazırda millimiz üçün heyət seçimi o qədər də asan deyil: “Şəxsi fikrdim odur ki, Ayxan müəllimin əlində istənilən material yoxdur. Milli komanda üçün seçim azdır. Amma yenə də milliyə ən yaxşı futbolçular cəlb olunub. Onsuz da, Ayxan Abbasov işlədiyi klublarda həmişə heyət kasadlığa ilə üzləşib. Amma biz görmüşük ki, o, istənilən yerdə, istənilən komanda ilə uğurlu ola bilib. İnanıram ki, milli komandada da bunu bacaracaq”.

Ramiq Ağaməmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://qol.az
archiveBu xəbər 12 Noyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see160

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see142

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see140

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see129

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see129

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see128

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see128

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see126

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see120

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see119

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri