Icma.az
close
up
RU
İslandiyadan növbəti qol Yenilənir+Canlı

İslandiyadan növbəti qol Yenilənir+Canlı

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Azəbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 5-ci tur matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Ayxan Abbasovun komandası evdə İslandiya ilə qarşılaşacaq.

“Neftçi Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq. 

Komandamızın üzvlərindən Elvin Cəfərquliyev sözügedən görüşdə iştirak etməyəcək. O, yüksək hərarət səbəbindən millinin heyətindən çıxarılıb. Həmçinin, kapitan Emin Mahmudovun da oyunu buraxması ehtimalı var. 

Azərbaycan millisi Fernandu Santuşun baş məşqçilik etdiyi dövrdə - sentyabrın 5-də İslandiya yığmasına səfərdə 0:5 hesabı ilə uduzmuşdu. 

Millimiz daha əvvəl qrupakı oyunlarında Ukrayna ilə 1:1 hesablı heç-heçə edib, bu rəqibə 1:2 hesabı ilə uduzub və Fransaya 0:3 hesabı ilə məğlub olub.

Qrupun digər matçında Fransa Ukrayna ilə üz-üzə gələcək (saat 23:45). 

Hazırda D qrupunun turnir cədvəlində Fransa 10 xalla liderdir. Ukrayna 7 xalla 2-ci, İslandiya 4 xalla 3-cüdür. Aktivində 1 xal olan Azərbaycan yığması isə 4-cü - sonuncu pillədə qərarlaşır. 

Qeyd edək ki, millimiz noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanı qəbul edəcək. Oyun saat 21:00-da start götürəcək. 

DÇ-2026, seçmə mərhələ, 5-ci tur

13 noyabr

D qrupu

21:00. Azərbaycan - İslandiya

Hakimlər: Nikola Dabanoviç, Vladan Todoroviç, Srcan Yovanoviç, Miloş Boşkoviç (Monteneqro)

VAR: Momçilo Markoviç (Serbiya)

AVAR: Aleksandar Jivkoviç (Sebiya)

“Neftçi Arena”

***

DÇ-2026-nın seçmə mərhələsinin bu gün keçiriləcək Azərbaycan - İslandiya matçı üçün heyətlər müəyyənləşib.

Saat 21:00-da başlanacaq görüşə komandalar aşağıdakı tərkibdə çıxacaqlar:

Azərbaycan: Aydın Bayramov, Elvin Bədəlov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov, Rüfət Abbasov, Emin Mahmudov (k), Abdulla Xeybulayev, Toral Bayramov, Xəyal Əliyev, Nəriman Axundzadə.

Ehtiyat heyət: Rza Cəfərov, Səlahət Ağayev, Rəhman Daşdəmirov, Səbuhi Abdullazadə, Renat Dadaşov, Bədavi Hüseynov, Coşqun Nuriyev, Rüfət Abdullazadə, Qismət Alıyev, Cəlal Hüseynov, Anatoli Nuriyev.

İslandiya: Elias Olaffson, Mikael Ellerston, Daniel Qrettarson, Sverrir İnqason, Viktor Palsson, Hakon Arnar Haraldsson (k), İsak Youhannesson, Yohan Qudmundsson, Kristian Hlinsson, Andri Qudyonsen, Albert Qyudmyundsson.

Ehtiyat heyət: Valdimarsson, Eynarsson, Q.Tordarson, Totsteynsson, Villümsson, S.Tordarson, Qunnarsson, Baldürsson, Byarkason, D.Qudyonsen, Maqnusen.

***

Matç başladı. 

***

İslandiya 20-ci dəqiqədə hesabı açır. Albert Qyudmyundsson adını tabloya yazdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri