Icma.az
close
up
RU
İşləməyən sistem, xarab monitorlar quraşdırıldı Ziya Məmmədov 100 milyon dolları belə göyə sovurdu

İşləməyən sistem, xarab monitorlar quraşdırıldı Ziya Məmmədov 100 milyon dolları belə göyə sovurdu

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkənin informasiya təhlükəsizliyi və strateji layihələrə yanaşması bəzən bir qərarın arxasında gizlənən böyük itkilər və ya möhtəşəm uğurları açıq şəkildə göstərir. Son günlər Cloudflare-in qlobal çökməsi fonunda Azərbaycanda 9 minə yaxın resursun fəaliyyətinin dayanması, lakin dövlət sektorunun, XRİTDX-in perimetri daxilində olan GOV resurslarının bir an belə dayanmayaraq işləməsi, bu fərqin hansı düşüncə tərzindən yarandığını aydın ortaya qoydu.
Demokrat.az azxeber.com-a istinadən xəbər verir ki, İKT üzrə ekspert Osman Gündüz məsələni daha geniş kontekstdə, iki tam əks nümunə ilə izah edir. Dövlətin düzgün qərarı necə ölkəni böhrandan qoruyur, yanlış qərar isə necə milyonlarla büdcə vəsaitini havaya sovurur müqayisədə xüsusilə görünür. Bu müqayisədə bir fakt yenidən diqqət mərkəzinə qayıdır:
"Doğru qərar dövləti qoruyur, səhv qərar isə milyonları yeyir, sistemi çökdürür və ya tıxaca salır. Son günlər baş verənlər -Cloudflare-in qlobal çökməsi və Azərbaycandakı 9 minə yaxın resursun dayanması bu həqiqəti bir daha təsdiqlədi. Lakin diqqətçəkən məqam odur ki, dövlət perimetri daxilindəki bütün GOV resursları bir an belə dayanmadı. Bu, təsadüf deyildi, "adi hal” deyildi, bu, illər əvvəl verilmiş doğru qərarın nəticəsi idi. İllər əvvəl Cloudflare ölkədə müxtəlif qurumlara "şirnikləndirici” təkliflərlə müraciət edərkən, XRİTDX və təhlükəsizliklə məşğul dövlət qurumları həmin təkliflərə uymadı. Onlar xarici xidmətlərin arxasında gizlənən riskləri qiymətləndirərək milli təhlükəsizlik üçün lokal həlləri seçdilər, sistemləri illərlə təkmilləşdirərək dayanıqlı infrastruktur yaratdılar. Bu gün qlobal böhran yaşanarkən həmin qərarın nəticəsi aydın görünür: kritik infrastruktur ayaqdadır, dövlət resursları işləyir. Amma hamı bu qədər uğurlu olmayıb".
Osman Gündüz ölkənin bir başqa tarixini də xatırladır:

"2008-ci ildə Ziya Məmmədov Koreyanın SK C&C şirkəti ilə danışıqlara çıxaraq Azərbaycana "hazır intellektual nəqliyyat sistemi” gətirilməsi üçün fantastik məbləğə - 100 milyon dollara müqavilə imzaladı. 2011-ci ildə sistem istifadəyə verilsə də, ilk gündən işləmədi. Daha sonra məlum oldu ki, nəzarət tam şəkildə şirkətin əlindədir, proqram təminatının ilkin kodları Azərbaycana verilməyib, hər yeniləmə üçün əlavə milyonlar tələb olunur. Hökumət yeni ödənişlərdən imtina etdikcə sistem çökdü, iflasa uğradı, şəhərin hər nöqtəsinə quraşdırılan kameralar və monitorlar ya sıradan çıxdı, ya da tamamilə funksiyasız qaldı. Azərbaycanın gündəlik tıxac problemi, milyonların havaya sovrulması və işləməyən Nəqliyyat Mərkəzi — bütün bunların mərkəzində bir yanlış qərar dayanır”.
"Bu gün Ziya Məmmədovun həmin 100 milyonluq layihəsindən qalan tək miras dayanacaqlardakı sınıq monitorlar, çürümüş avadanlıqlar və dövlət büdcəsinin geri dönməyən yüküdür. Nə qərarın arxasında dayanmış Ziya Məmmədovdan, nə də o dövrdə prosesə cavabdeh şəxslərdən indiyə qədər hər hansı hesabat tələb olunmayıb".
Osman Gündüz deyir ki, belə nümunələrin sayı çoxdur və onların hər biri eyni həqiqəti göstərir: "Dövlət idarəçiliyində verilən bir düzgün və ya səhv qərar təkcə texniki nəticə yaratmır, bir ölkənin gündəlik həyatına, təhlükəsizliyinə və büdcəsinə həlledici təsir edir. Cloudflare böhranı bir daha sübut etdi ki, milli təhlükəsizliyi düşünənlər ölkəni böhrandan qoruyurlar. 2008-2011-ci illərin "intellektual nəqliyyat sistemi” isə göstərdi ki, yanlış qərar milyonları əridib aparmaqla yanaşı, illərlə bütün şəhəri tıxaca salacaq sistemsizliyə çevrilir. Bu gün verilən qərarlar sabah dövlətin ayaqda qalmasını müəyyən edir".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Noyabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri