Icma.az
close
up
RU
İşlənmiş kosmetika QALMAQALI: Bloger Aynişanı qınayanlar salonlarda niyə susurlar?

İşlənmiş kosmetika QALMAQALI: Bloger Aynişanı qınayanlar salonlarda niyə susurlar?

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Son günlər tanınmış bloger Aynişanın işlənmiş kosmetik məhsulları satması ətrafında narazılıq yaranıb. İlk baxışdan haqlı narazılıqdır, çünki kosmetika gigiyenik baxımdan ən həssas məhsullardan biridir, bu məhsullar şəxsi istifadə üçün nəzərdə tutulub. Dodaq boyası, tuş, tonal krem dəri və selikli qişa ilə təmasda olduğuna görə virus, bakteriya və göbələk xəstəliklərinin yayılması üçün əlverişli mühitdir.
 

MÖVZU İLƏ BAĞLI:
Kosmetoloq Aynişanın satıcılığına münasibət bildirdi: “İnsanın ağlı olmalıdır”


Amma narazılığın böyüməsini görən bloger öz səhifəsində bunu belə izah edərək insanların narahatlığını anladığını bildirib:
“Dünəndən bəri paylaşımlarınızı görürəm və bəli, sizi başa düşürəm, haqlı olduğunuz məqamlar var. Ümumiyyətlə, bu vəziyyətə şərh vermək istəmirdim, amma gördüm ki, məsələ böyüyüb, ona görə yazmaq qərarına gəldim. Əlbəttə ki, işlənmiş kosmetikanı satmaq olmaz. Bu, gənc bir xanımın (asistentimin) diqqətsizliyi idi. Mən də onu vaxtında fərq etmədim. Fərq etdiyim anda isə dərhal dayandırdım. Nəticədə həmin məhsullar heç kimə satılmayıb. Rahat ola bilərsiniz”.
Lakin maraqlıdır ki, blogeri qınayan eyni ictimaiyyət ikili standart nümayiş etdirir: salonlarda vizajistlərin bir kosmetik məhsulu onlarla müştəriyə tətbiq etməsi, mağazalarda yüzlərlə insanın eyni tester məhsuldan istifadəsi heç eyni dərəcədə narazılıq doğurmur. Halbuki peşəkar vizajistlər hər müştəridən sonra fırçaları, süngərləri dezinfeksiya etməli, birdəfəlik vasitələrdən istifadə etməlidirlər. Amma əksər salonlarda müştərilər fırçaların və süngərlərin dezinfeksiya olunmadan təkrar-təkrar istifadə edildiyinin şahidi olurlar. Deməli, risk yalnız blogerin satışında deyil.
Bəs onda Aynişan niyə hədəf alınır?
Əvvəla insanlar hazırda sosial basqı altındadırlar: “çoxluq nə dedisə, mən də onu təkrarlayım”, düşüncəsi ilə yanaşırlar.
Digər tərəfdən blogerlər daim ictimai diqqət mərkəzində olduqları üçün onların hərəkətləri daha çox müzakirə mövzusuna çevrilir. Ümumiyyətlə, insanlar yaşaya bilmədiyi həyatın, gerçəkləşdirə bilmədiyi arzuların tanınmış adamlar tərəfindən yaşandığını görəndə aqressiyanı başqa qınaqlarla çıxarırlar. Amma o da bir həqiqətdir ki, tanınmış adamların işlənmiş əşyalarını almaq üçün təəssüf ki, növbə gözləyən qadınlar da var.
Şəfiqə Şəfa, Bizim Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Avqust 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri