Icma.az
close
up
RU
İşləyən ana və övlad münasibətləri 9 ən vacib məsləhət

İşləyən ana və övlad münasibətləri 9 ən vacib məsləhət

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uşaqlar valideynlərinin daha çox vaxtlarını onlarla keçirmələrini çox sevirlər.

Müəyyən dövrdən sonra isə ananın işləməsinin uşaqlar tərəfindən o qədər də xoş qarşılanmadığınının şahidi olursunuz.  Həm iş karyerasını uğurla həyata keçirmək, həm də ana olaraq övladının inkişafı, təlim-tərbiyəsi ilə məşğul olmaq o qədər də asan deyil.  Hər iki işi uğurla həyata keçirmək üçün necə davranmalı olduğunuzu bilirsinizmi?

0-3 yaş arası dövrdə uşağın anaya daha çox ehtiyacı olur. Bu dövrdə ananın övladı ilə daha çox vaxt keçirməsinin, onların fiziki və psixoloji ehtiyaclarının qarşılanmasının önəmli olduğunu və bu yaş dövründə emosional sferanın inkişafı baxımından övladın ana tərəfindən daha çox diqqətdə saxlanmalı olduğunu nəzərə alaraq bu yaş dövrü üçün ananın  övladına daha çox vaxt ayırması məqsədəuyğun hesab olunur.

Ananın işləməsi və ya işləməməsi deyil, uşağa ayrılan zamanın keyfiyyətli olması daha önəmlidir. Bu ananın övladına qarşı münasibətindən, qayğısından asılı olan bir məqamdır.

Əgər ana çalışırsa və vaxtının müəyyən bir hissəsini işdə, qalan qismini isə ailədə keçirirsə bu zaman uşaqlarda hansı davranışları müşahidə etmək olar?  Sizin iş həyatınızın övladınızın davranış və rəftarına, sizinlə münasibətlərinə mənfi təsir etməməsi üçün necə yanaşmalısınız?

Əgər siz çalışan anasınızsa övladınız müəyyən davranışları ilə sizin diqqətinizi çəkməyə çalışacaq. Müşahidə olunan davranışlar:

- Aqressivlik

- Sevmədiyiniz bir işi irad tutmanıza baxmayaraq yenidən  etməsi

- Siz işə gedərkən ağlaması

- Siz evə gələrkən ağlaması

- Yemək yemə zamanı kaprizləri

- Qısqanclığı və s.

Övladınızın bu kimi davranışlardan uzaq olmasını istəyirsinizsə bu zaman övladınızla münasibətlərinizdə nəzərə almalı olduğunuz məqamları unutmamalısınız.

- İşləmənizlə bağlı səbəbi övladınızın yaş və fərdi xüsusiyyətlərini nəzərə alaraq ona  izah edin.

- İşdə olduğunuz zaman da onunla maraqlandığınızı, yediyi, oynadıqları ilə bağlı məlumat aldığınızı övladınıza hiss etdirin.

- İşiniz bitdikdən sonra evə gələcəyinizi, onunla birlikdə xoş vaxt keçirəcəyinizi, oyunlar oynayacağınızı ona bildirin.

- İşdən sonra övaldınızla keçirdiyinizin zamanın keyfiyyətliliyinə  önəm verin.

- Suallar verin. Siz işdə olarkən nə işlərlə məşğul olduğu, nə yeniliklər öyrəndiyi, hansı oyunlar oynadığını və s. ilə  bağlı məlumatları ondan soruşmanız övladınıza xoş təsir bağışlayar.

- Diqqətinizin onda olduğunu hiss etdirin. Danışdıqlarına qulaq asırmış kimi göstərib diqqətinizin başqa nədəsə olması övladınız üçün xoş olmaz.

- Bir qədər yorğunluğunuz çıxdıqdan sonra birlikdə oyunlar oynayın.

- Yuxu zamanında nağıl danışın.

- Həftəsonlarını  gəzintilər təşkil edərək zamanınızı onunla birlikdə  keçirin.

Valideyn.Az


Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 01:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri