Icma.az
close
up
RU
İsmail Cingöz: Ərdoğan həm Zelenski, həm də Putinlə birbaşa görüşə bilən yeganə liderdir

İsmail Cingöz: Ərdoğan həm Zelenski, həm də Putinlə birbaşa görüşə bilən yeganə liderdir

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

SanışıqlarınTürkiyədə baş tutması hər iki ölkənin birbaşa görüşməsi baxımından olduqca dəyərlidir

Rusiyanın Ukraynaya qarşı başladığı münaqişə regional və qlobal təhlükəsizlik üçün ciddi problemdir. Danışıqlar prosesi münaqişənin gələcəyini müəyyən edən əsas amillərdən biridir. İstanbulda baş tutan danışıqlar isə, həm müharibənin dayandırılması, həm də sülhə doğru atılacaq addımlar baxımından xüsusi əhəmiyyət kəsb edir. Türkiyənin neytral mövqeyi sağlam dialoqun aparılmasında mühüm rol oynayır. 


Mövzu ilə bağlı beynəlxalq siyasət üzrə türkiyəli ekspert İsmail Cingöz Sherg.az-a açıqlama verib:


"Türkiyə üçün Rusiya-Ukrayna danışıqlarının İstanbulda baş tutması vacibdir. Türkiyənin etibarlılığı və hər iki ölkəyə bərabər məsafədə qonşuluq münasibətləri qurması, imperialist düşüncələrlə deyil, yaxşı qonşuluq prinsipləri ilə hərəkət etməsi bu danışıqlara ev sahibliyində təsirli olub. Ərdoğan dünyadakı həm Zelenski, həm də Putinlə birbaşa görüşə bilən  yeganə lider mövqeyindədir. Türkiyə hər iki ölkə ilə balanslı münasibətlər quraraq dialoq aparan nadir ölkələrdən biridir. Bu da Türkiyənin etibarlılığı baxımından önəmli bir göstəricidir. Görüşmələrdə ilk növbədə humanitar mövzular ön plandadır. Əsir mübadiləsi, cənazələrin təhvili kimi məsələlərdə xoş niyyətin göstərilməsi önəmlidir. Avropa ölkələri, ABŞ və Ukrayna uzunmüddətli atəşkəslər istəyərkən, Rusiya isə 48 saat kimi qısa müddətli atəşkəslərə üstünlük verir. Çünki uzunmüddətli atəşkəs zamanı Ukraynaya silah toplanmasından narahatlıq keçirir".


Ekspert danışıqların Türkiyədə baş tutmasının hər iki ölkənin birbaşa görüşməsi baxımından olduqca dəyərli olduğunu söyləyib: 

"Prosesin davamında yeni qısa müddətli atəşkəslərin gündəmə gəlməsi mümkündür. Hər iki tərəf müharibənin bitməsini istəyir, lakin tərəflərin tələbləri bir-biri ilə ziddiyyət təşkil edir. Ukraynanı müharibəyə sürükləyən tərəfin ABŞ və Avropa olduğu fikri geniş yayılıb. Rusiya isə Ukraynanın NATO ilə yaxınlaşmasından və NATO-nun hərbi varlığından narahatdır. 2015-ci ildə ilhaq etdiyi Krımın tanınmasını, Donetsk və Luqanskda müstəqil dövlətçiklərin qəbul edilməsini istəyir.

Ukraynanın təkbaşına Rusiyaya qarşı durması mümkün deyil. ABŞ və Avropanın dəstəyi isə bu bölgənin yeraltı və yerüstü sərvətlərinə olan marağından qaynaqlanır. Rusiya bu mövzuda onlarla razılaşır, lakin onun istədiyi ilhaq etdiyi torpaqların özündə qalmasıdır. ABŞ Ukraynaya Patriot raketləri və hava müdafiə sistemləri verərək Rusiyanı təhdid edir. Lakin bu gərginlik Ukrayna xalqına böyük zərər verir. Əgər Ukrayna ilə Rusiya bu prosesi təkbaşlarına həll edib qarşılıqlı güzəştlər verərsə, sülh mümkündür". 


Analitik ABŞ və Avropanın təsiri davam etdiyi müddətcə atəşkəsin çətin olduğunu deyib:

"Müharibədə Rusiya iqtisadi baxımdan çətinlik çəksə də, Ukrayna qədər təsirlənmir. Torpaqlarının 20%-i işğal altında olan Ukrayna daha ağır bədəl ödəyir.

Gələcəkdə əsir və cənazə mübadiləsi kimi humanitar görüşlərin davam etməsi və Türkiyənin vasitəçiliyi ilə davamlı sülh üçün zəmin hazırlanması mümkündür. Təbii ki, burada ən kritik aktorlar Putin və Zelenskidir. Sülh yolunda əsas məsələ Ukraynanın torpaq güzəştləri verib-verməyəcəyi, Rusiyanın işğal etdiyi torpaqlardan çəkilib-çəkməyəcəyi və Ukraynanın NATO üzvlüyündən imtina edib-etməyəcəyi məsələlərinin həllinə bağlıdır.

ABŞ isə görünüşdə sülhdən yana olsa da, müharibəni uzadaraq Rusiyanı zəiflətmək istəyən Qərb strategiyasını həyata keçirir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 İyul 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri