Icma.az
close
up
RU
İsmail Cingöz: İlham Əliyevin vasitəçiliyi ilə Ərdoğan və Netanyahunun görüşəcəyi gözlənilir

İsmail Cingöz: İlham Əliyevin vasitəçiliyi ilə Ərdoğan və Netanyahunun görüşəcəyi gözlənilir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

İlham Əliyev Ərdoğanla Netanyahunu eyni masaya dəvət etməyi bacararsa, bu, Yaxın Şərqdə yeni normallaşma prosesinə doğru mühüm addım olacaq


Son zamanlar bölgədə baş verən hadisələr, ölkələr arasında münasibətlərin dəyişməsi ilə müşayiət olunur.

 Xüsusilə Türkiyə və İsrail kimi ölkələrin Cənubi Qafqazla bağlı atacağı addımlar diqqət çəkir. Azərbaycanın bu prosesdə oynadığı rol getdikcə daha vacib hala gəlir.

 Müxtəlif məsələlərin müzakirə oluna biləcəyi bu dövrdə, mümkün görüşlər yeni əməkdaşlıqlara və anlaşmalara yol aça bilər. Bu da həm bölgənin, həm də daha geniş coğrafiyanın gələcəyi üçün əhəmiyyətlidir.


Mövzu ilə bağlı Beynəlxalq siyasət üzrə türk ekspert İsmail Cingöz Sherg.az-a açıqlama verib:


"Beynəlxalq xəbər agentliklərinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2025-ci il mayın 10-da Azərbaycana səfərinin gözlənildiyini xəbər verməyə başlaması, şübhəsiz ki, bu görüşlərdə nələrin müzakirə olunacağına da diqqəti cəlb edir. Təbii ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin beynəlxalq standartlardan çox qardaşlıq üzərində qurulduğu məlumdur və bu, əbədi bir vəziyyətdir.

Lakin Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə yanaşı İsrailin baş naziri Netanyahunun da Bakıya gəlməyi planlaşdırması ilə bağlı məlumatlar bu səfəri daha da maraqlı edir.

Əgər hər ikisi eyni vaxtda Azərbaycanda olarsa, Azərbaycan Prezidenti İlham Əliyevin vasitəçiliyi ilə Türkiyə-İsrail əlaqələrini inkişaf etdirmək üçün Ərdoğan və Netanyahunun görüşəcəyi gözlənilir.

Çünki son dövrlər, xüsusilə 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada baş verən soyqırım prosesi ilə Türkiyə ilə İsrail arasında münasibətlər gərginləşməyə başlayıb. Sonrakı dövrdə İsrailin fələstinlilərə qarşı həyata keçirdiyi soyqırım və qeyri-insani hücumlara görə Türkiyə İsraillə ticarət fəaliyyətini dayandırdı və gömrüklərini İsrailə bağladı.

Hazırda İsraillə Türkiyə arasında çox gərgin bir dövr olduğu məlumdur".


Ekspert Türkiyə ilə İsrail arasındakı gərginliyin Suriya üzərindən davam etdiyini, bu səbəbdən də Ərdoğan və Netanyahunun İlham Əliyev vasitəsilə bir araya gəlməsi ehtimalının mühüm əhəmiyyətə malik olduğunu deyib:

"Hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama olmasa da, bir araya gəlsələr, İsrail-Qəzza xətti, orada baş verən soyqırımlar və Suriya ətrafında davam edən gərginliyin müzakirə ediləcəyi şübhəsizdir.

Bununla belə, əlbəttə ki, İsrail, İran, ABŞ və Yaxın Şərq, Husilər, Yəmən, Livan-Hizbullah, İsrail-Misir münasibətləri və Şərqi Aralıq dənizindəki inkişaflar kimi bir çox mövzu da müzakirə olunacaq. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında hələ imzalanmamış sülh sazişi də danışıqların gündəliyində ola bilər. Zəngəzur dəhlizi və Qafqaz barəsində aparılacaq danışıqların da bu çərçivədə dəyərləndiriləcəyi ehtimalı yüksəkdir. Çünki bu coğrafiya təkcə Türkiyə və Azərbaycan üçün deyil, İsrail üçün də strateji əhəmiyyət kəsb edir.

Hər bir ölkə bu regionda təhlükəsizlik, xarici əlaqələr və kommersiya fəaliyyəti baxımından öz maraqlarını qorumağa çalışır. Digər diqqətçəkən məqam isə İsrailin baş nazirinin Azərbaycana səfəri zamanı İsrailin daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə imzaladığı İbrahim razılaşmalarını xüsusi vurğulayacağı ilə bağlı məlumatdır.

Beynəlxalq mətbuatda Azərbaycanın da bu müqavilələr çərçivəsində nəzərdən keçirilə biləcəyi iddia edilir. Ərdoğanın həmin masada olması halında bu məsələnin, İbrahim razılaşmasının danışıqlarda gündəmə gəlməsi gözlənilir.

İbrahim razılaşmaları çoxşaxəli və mürəkkəb struktura malik olduğundan, ərəb-İsrail sülh prosesinə töhfə verən dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu razılaşmalar çərçivəsində Fələstin məsələsi də xüsusi əhəmiyyət kəsb edir.

Müqavilələri dəstəkləyən və dəstəkləməyən ölkələrin münasibəti fərqlidir. Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin İsraillə diplomatik əlaqələr qurması və müqavilələr imzalaması diqqət çəkir. ABŞ prezidenti Donald Trampın bu prosesdə fəal rol oynadığını və müqavilələrin onun dövründə imzalandığını unutmaq olmaz".


İsmail Cingöz Trampın yenidən seçilmək iddiasının bu razılaşmaları yenidən gündəmə gətirə biləcəyini söyləyib:

"ABŞ, İsrail və İran arasında gedən proseslər də İbrahim razılaşmalarının əhəmiyyətini artırır.

Fars körfəzindəki son böhran və İbrahim razılaşmaları İranı cilovlamaq və onun Yaxın Şərqdəki ekspansionist siyasətlərinin qarşısını almaq baxımından mühüm hesab edilir. Odur ki, danışıqlar İbrahim razılaşması ilə irəliləsə, bu, prosesi daha da maraqlı və vacib edəcək. Keçmişdə də beynəlxalq mətbuatda Türkiyə ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında İlham Əliyevin vasitəçi ola biləcəyi ilə bağlı iddialar var idi və bu səfərlə bu ehtimal yenidən gücləndi.

Türkiyə-İsrail münasibətləri 1948-ci ilə qədər uzanan tarixə malikdir və Fələstin məsələsi səbəbindən zaman-zaman kəskinləşsə də, tarixən mühüm əlaqələr mövcud olub.

Türkiyə ilə İsrail arasındakı gərginlik İlham Əliyevin vasitəçiliyi ilə sona çatarsa, Türkiyənin Suriya üzərindən Yaxın Şərq siyasəti ilə yanaşı, Fələstin məsələsi də yeni bir müstəviyə keçə bilər. Eyni zamanda, bu inkişaf İranın Yaxın Şərqdəki siyasətlərinin balanslaşdırılmasına töhfə verə bilər.

Türkiyə Suriyanın yenidən qurulması prosesində hazırki müvəqqəti administrasiya ilə mühüm tərəfdaşdır. 

Türkiyə Suriyanın konstitusiyasının yazılması prosesi, təhlükəsizliyinin təmin edilməsi, hərbi təlim keçməsi, PYD/YPG və İŞİD kimi terror təşkilatlarından təmizlənməsi, Suriyanın ərazi bütövlüyünün qorunması istiqamətində mühüm addımlar atır. İsrailin Colan təpələrindən çəkilməsi prosesi də gələcəkdə yenidən gündəmə gələ bilər. Bu cür hadisələr İsraili narahat edir. Ancaq Türkiyə dəfələrlə bəyan edib ki, bu bölgədə imperialist düşüncələrlə deyil, öz təhlükəsizliyini və bölgənin təhlükəsizliyini təmin etmək üçün var.

İlham Əliyev Ərdoğanla Netanyahunu eyni masaya dəvət etməyi bacararsa, bu, Yaxın Şərqdə yeni normallaşma prosesinə doğru mühüm addım olacaq. Bu addım Türkiyə, İsrail, Fələstin, Suriya və Azərbaycan üçün müsbət nəticələr verə bilər.

Bundan əlavə, Türkiyə-Azərbaycan əlaqələrinin İsrail vasitəsilə yenidən möhkəmlənməsi də regionda sülhə töhfə verə bilər. Lakin bütün bu hadisələrin baş verməsi üçün rəsmi qurumların açıqlamaları və konkret addımlar lazımdır".


Müsahibimiz gələcəkdə bu görüşün məzmunu aydınlaşarsa, fərqli qiymətləndirmələrin də aparıla biləcəyini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri