Icma.az
close
up
RU
İsmail Cingöz: Zəngəzur dəhlizinin açılması regiondakı bütün ölkələrə müsbət təsir edəcək

İsmail Cingöz: Zəngəzur dəhlizinin açılması regiondakı bütün ölkələrə müsbət təsir edəcək

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Cənubi Qafqaz regionu uzun illərdir davam edən geosiyasi qarşıdurmalar, iqtisadi blokadalar və regional güclərin maraq savaşları ilə xarakterizə olunurdu. Lakin son illərdə baş verən proseslər bu dinamikanı dəyişmək üzrədir. Xüsusilə də Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar regionun gələcəyinə dair yeni perspektivlər və imkanlar yaradıb. Bu dəhliz təkcə Azərbaycanla Naxçıvanı birləşdirmək məqsədi daşımır. O həm də daha geniş coğrafiyada siyasi, iqtisadi və strateji əlaqələrin formalaşmasında mühüm rol oynaya bilər.

Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığa yeni ölçü qazandıracaq. Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada xüsusi olaraq vurğulayıb. Onun sözlərinə görə, bu layihə regionda ticarətin genişlənməsi, logistik imkanların artırılması və ölkələr arasında əlaqələrin dərinləşdirilməsi baxımından strateji əhəmiyyətə malikdir.

Zəngəzur dəhlizinin reallaşması ilə Türkiyə və Türk dünyası arasında birbaşa quru bağlantısı yaradılacaq, Ermənistan iqtisadi və siyasi baxımdan dirçəliş imkanları əldə edəcək, həmçinin İran da bu layihədən fayda götürmək potensialına sahib olacaq. Bu baxımdan, dəhliz yalnız bir nəqliyyat layihəsi deyil, eyni zamanda regional inteqrasiyanın və əməkdaşlığın yeni mərhələsinə keçidi simvolizə edir.


Beynəlxalq siyasət üzrə türkiyəli ekspert İsmail Cingöz Zəngəzur dəhlizinin açılmasının region dövlətlətinə təsiri ilə bağlı Sherg.az-a açıqlama verib:


"Zəngəzur dəhlizinin açılması, şübhəsiz ki, bu coğrafiyada başda Türkiyə, Azərbaycan və Ermənistan olmaqla bütün ölkələrə müsbət mənada təsir edəcək. İran hər nə qədər bu dəhlizi öz maraqları baxımından mənfi qiymətləndirsə də, əslində o da bu prosesdən qazanc əldə edə bilər. Ancaq İranı narahat edən əsas məsələ Türk dünyasının Türkiyə ilə birbaşa quru bağlantısı qurması və bunun nəticəsində Türk dövlətlərinin bütövləşməsidir. Eyni zamanda, İranın hazırda Zəngəzurun cənubundan-yəni öz ərazisindən keçən quru yolunun istifadədən kənarda qalması və bununla da iqtisadi əhəmiyyətini itirməsi qorxusu mövcuddur.

Prezident Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, Zəngəzur dəhlizi regionda Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı genişləndirəcək. Çünki ticarət inkişaf edəcək, əlaqələr daha da sıxlaşacaq. Ermənistan uzun müddətdir iqtisadi çətinliklər səbəbilə ciddi demoqrafik azalma ilə üz-üzədir. Əhali azaldıqca sənaye, kənd təsərrüfatı və heyvandarlıq da zəifləyir. Zəngəzur dəhlizi isə Ermənistan üçün yeni iqtisadi fürsətlər yaradacaq, bu da ölkədə miqrasiyanı azaldacaq və iqtisadi canlanma gətirəcək. Bundan əlavə, Pekin-London xəttində planlaşdırılan “Dəmir İpək Yolu” layihəsi 65 ölkəni birləşdirəcək və bu inteqrasiya üçün ən qısa və səmərəli yol məhz Zəngəzur dəhlizidir. Bu strateji bir plandır. Fərqli alternativ yollar olsa da, Zəngəzur ən uyğun variant hesab olunur. Ona görə də bu dəhlizə xüsusi önəm verilir".


Politoloq yaxın zamanda regionun Zəngəzur dəhlizinin faydalarını yaşayaraq və təcrübə edərək daha yaxşı anlayacağını söyləyib. O, İranın dəhlizlə bağlı mövqeyinə diqqət çəkib: 

"Bu coğrafiyada Ermənistan həm diaspora və kilsənin təzyiqindən, həm də Rusiyanın hegemonluğundan qurtulacaq. Qısa müddətdə bu dəhlizin nə qədər böyük faydalarının olduğunu siyasətçilərlə yanaşı, xalq da görəcək. Ermənistan tarixində ilk dəfə bu qədər azad və müstəqil qərarlar vermə imkanına sahib olacaq. İllərdir Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşmayan və İran, Rusiya, Fransa, ABŞ, Yunanıstan kimi ölkələrdən təzyiqlərlə üzləşən Ermənistan bu dəhlizin açılması ilə iqtisadi və siyasi cəhətdən dirçələcək, eyni zamanda həmin təzyiqlərdən qurtulmaq fürsəti əldə edəcək. Beləliklə, o həm Azərbaycan, həm də Türkiyə ilə daha yaxın və sabit münasibətlər quracaq.

Bu müsbət inkişaf Cənubi Qafqazı iqtisadi və siyasi baxımdan yüksəldəcək. Türkmən qazı və ümumilikdə Türk coğrafiyasının yeraltı və yerüstü sərvətləri Zəngəzur dəhlizi vasitəsilə Qərbə ötürülərək Türküstanın iqtisadi dirçəlişinə böyük töhfə verəcək.

Əgər İran Zəngəzur dəhlizindən faydalanmağı bacararsa, özü də ciddi qazanc əldə edəcək. Çünki sərhədinin yaxınlığından keçəcək “Dəmir İpək Yolu” layihəsi vasitəsilə 65 ölkəyə iqtisadi olaraq bağlanmaq imkanı qazanacaq. İran zamanla bu qorxularının yersiz olduğunu anlayacaq.

Eləcə də qlobal maliyyə sistemi və Çinin İranla olan münasibətləri, İranın bu dəhlizə qarşı çıxmaq fikrindən çəkilməsinə səbəb olur. Artıq İran anlayır ki, nə qlobal kapital sisteminə, nə də Çinlə münasibətlərinə görə Zəngəzur dəhlizinin qarşısını ala bilməz. Bu səbəbdən İran prezidenti də zaman-zaman həm Ermənistan, həm də Azərbaycanla bu mövzunu gündəmə gətirir, dəhlizlə bağlı nələrin müsbət şəkildə həyata keçirilə biləcəyini vurğulayır və səfərləri zamanı bu məsələni açıq şəkildə ifadə edir".


İ.Cingöz Türkiyənin Naxçıvanla Azərbaycanın bir-birindən ayrılığının aradan qaldırılmasından məmnun olacağını bildirib:

"Əvvəllər Naxçıvan-Azərbaycan arasında təbii qaz axını İran üzərindən təmin olunurdu. Lakin sonradan Bakı-Tiflis-Ceyhan boru xətti vasitəsilə Naxçıvana qaz verilməsi həyata keçirildi. İndi isə Zəngəzur dəhlizi vasitəsilə bu əlaqə daha qısa və daha səmərəli şəkildə qurula biləcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Avqust 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see287

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see181

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see173

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see143

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see140

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see138

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see137

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see137

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see137

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see135

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see135

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see131

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see122

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri