Icma.az
close
up
RU
İsmayıl bəy Qasprinskinin “Perevodçik”/”Tərcüman”ı: Modernizmin carçısı

İsmayıl bəy Qasprinskinin “Perevodçik”/”Tərcüman”ı: Modernizmin carçısı

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Edvard J. Lazzerini

Türk dünyasının böyük fikir adamlarından və islahatçılarından biri İsmayıl bəy Qaspıralının həyatı, əməlləri, yaradıcılığı barədə daha geniş araşdırmalar aparılır, filmlər çəkilir, xatirəsi anılır. Bu cəhətdən ABŞ-ın İndiana Universitetinin professoru Edvard Lazzerininin qələmə aldığı məqalə diqqəti çəkir. Məqaləni ixtisarla oxucularımızın diqqətinə təqdim edirik.

Bədənə can verən ruhdur.
Fridrix Şiller

Fikir və qayə yoxluğu...
insanın cəsarətini qırır,
onu uyuşdurur və zəiflədir.
İsmayıl bəy Qasprinski

…Qasprinskinin başlıca strategiyasının mərkəzində qəzet yaratmaq və onu yaşatmaq qətiyyəti dayanırdı. O, Rusiyanın ən uzun müddət movcud olmuş türkdilli qəzetinə çevriləcək mətbu orqanın nəşri üçün rəsmi icazə alanadək, zaman-zaman Qazan, Tiflis, Daşkənd və Bakıda bu yöndə edilmiş cəhdlərə baxmayaraq, 1917-ci iləcən mədəniyyət sahəsindəki silahdaşları arasında müvəqqəti mətbuat anlayışı yox idi… Qasprinski müvəqqəti mətbuatı özünün böyük layihəsini ən təsirli formada təbliğ edə, ən geniş oxucu kütləsinə çatdıra və modernizmə müxalif olanların öhdəsindən gələ biləcək bir vasitə kimi başa düşürdü; bu, eyni zamanda, cəhalət və səhv məlumatdan qaynaqlandığna inandığı rus və müsəlmanı bir-birinə qarşı qızışdıran qərəzli ehkamı aradan qaldırmaq üçün fövqəladə gücə malik vasitəydi. Üstəlik, qəzet modernlik tərəfdarı olan proqram üçün forum təşkil etməklə bərabər, artıq irəliləmə yoluna qədəm qoymuş, amma hələ zəif və dağınıq olan güclərin birləşdirilməsinə və şübhəsiz, irəlidə gözləyən çətin zamanlar ərzində onların təşviqinə də fayda verə bilərdi. İlk baş məqaləsində yazdığı kimi: “(Qəzet) müsəlmanlara mümkün olan qədər (rus) mədəniyyət(i) haqqında düzgün və faydalı məlumat verməyə, o biri tərəfdən də ruslara (müsəlmanların) həyatı, fikirləri və ehtiyacları barədə məlumat çatdırmağa yardım göstərəcəkdi.” Sonralar isə Qasprinski məqsədini belə izah edəcəkdi: “Çox uzun müddət cəhalət içində qalmış böyük bir xalqın yenidən doğulması üçün mətbuat açar rolunu oynayacaqdı.”

Qasprinskinin haqqında danışdığı, bütün imkanlarını və enerjisini həsr etdiyi, himayəsində saxladığı qəzet bir çox cəhətləri ilə fərqlənirdi. Qəzetin ən fərqli xüsusiyyəti ikidilli olması idi: rusca mətn və onun türk dilinə (lisani-türkə) tərcüməsi yanaşı verilirdi. Nəşr yeri, tarixi (və qiyməti) kimi lazımlı məlumatlarla yanaşı, qəzetin adı rusdilli oxucular üçün “Perevodçik” (“Tərcüməçi”), türkdilli oxucular üçün isə “Tərcüman” adlandırılmışdı… Buna görə də həm başlıq, həm də forma nəşrin əsl məqsədini üzə çıxarırdı: islam cəmiyyətinin yenidən doğulması, eyni zamanda ruslarla yaxınlaşmasının təşviq edilməsi baxımından, İslam və rus/Qərb mədəniyyətinin xüsusiyyətlərini genişmiqyaslı kütlə üçün aydınlaşdırmaq. Əldə edilməsi nəzərdə tutulan nəticələr bir tərəfdən iqtisadi inkişafı ləngidən, ictimai etinasızlığı artıran və siyasi zəifliyi qidalandıran müsəlmanların zehni geriliyinə son qoyulması, digər tərəfdən imperatorluğun daha ədalətli, daha ahəngdar və daha güclü dövlətə çevrilməsində müsəlmanlarla ruslar arasında bərabər ortaqlığın başladılması idi. Bu bir adam və yenicə nəşrə başlamış qəzet üçün nəhəng iş olsa da, səy göstərildikcə və zaman keçdikcə “kiçik şeylərin böyüyəcəyi, çətin şeylərin asanlaşacağı, üzaq şeylərin asanlaşacağı”na dair sarsılmaz inamın hərəkətə gətirdiyi Qasprinski və “Perevodçik”/”Tərcüman” üçün belə deyildi.

***

Rusiyanın hər guşəsindən müsləman tacirlər Nijniy-Novqorod yarmarkasına gəlirdilər. Mən də hər il [fikirlərimi] yaymaq üçün ora gedirdim... Amma rəsmî şübhələri üzərimə çəkməmək üçün də... qəzetimə abunə toplayırdım.
İsmail bəy Qasprinski

…1883-cü ilədək, təxminən dörd il ərzində İsmayıl bəy müxtəlif alternativləri sınaqdan keçirdi. O 1879-cu ildə Rusiyanın səlahiyyət sahiblərinə qəzet yaratmaq üçün icazə ərizəsi ilə müraciət etdi. Bu, Həsən bəy Məlikov-Zərdabinin Rusiyada ilk türkdili qəzet olan “Əkinçi”sinin bağlanmasından iki il sonra baş verdi. Bu, eyni zamanda Səid və Cəlal Ünsizadələrin Tiflisdəki “Ziya” adlı qəzet buraxmaq üçün icazə almaları ilə eyni vaxta düşmüşdü. Qasprinskinin tələbinin rədd edilməsinin səbəbi də, şəxsən “iki canişinə və üç nazirə” təqdim etdiyi ərizələrinin aqibəti də məlum deyil…

Qarşısındakı yol müvəqqəti bağlandığından o, yönünü başqa formalara çevirdi. 1881-ci ilin may ayından başlayıb, sonrakı il də davam edib, arabir fasilələrlə çıxan, hər biri bir-iki səhifədən ibarət olan, qəzet formasında “məqalələr toplusu” nəşr etdi… Krımda ərəb hürufatı ilə çap edən mətbəə tapılmadığından, həmin məqalələrdən ikisi, müvafiq olaraq, beş yüz və min nüsxə tirajla Tiflisdə Ünsizadə qardaşları tərəfindən çap edildi. Qasprinski 1881-ci ildə mətbəə qurmağa icazə alandan sonra isə bütün məqalələri Bağçasarayda nəşr etməyə (tirajları məlum deyil) müvəffəq oldu. Aldığı icazə ilə Sankt-Peterburqa gedib nəşr planları (qiyməti üç rubl, ildə əlli nömrəsi çap ediləcək qəzet) haqqında məlumat verən sirkulyar da çap etdirdi, sonra bir neçə başqa vilayəti dolaşıb həmin sirkulyarları yaydı. 1881-ci ilin avqust ayı olduğundan və Nijnıy Novqorodda yarmarka davam etdiyindən… ən azı bir neçə müsəlman tacir həmin elanları oradan malları ilə birgə “Avropa və Asiya Rusiyasındakı bütün vacib yerlərə” apardılar. Qasprinski vətəninə qayıdandan sonra mətbəəni qurmağa, mürtəttibləri hazırlamağa və təxminən iki yüz əlli abunəçinin köməyi ilə ərsəyə gələn məqalə toplularını çap etməyə başladı…

…İsmayıl bəy Qasprinski məqalə topluları və kitabçaların nəşri ilə yanaşı, qəzet nəşr etmək strategiyasından da əl çəkmədi, nəhayət, 1882-ci ilin avqustunda daxili işlər naziri knyaz Dmitri Tolstoya yazıb, şəxsən Sankt-Peterburqa apardığı ərizəyə müsbət cavab aldı. Ona mətni həm rus, həm də türk dilində çap olunacaq, əvvəlcədən xüsusi senzura idarəsi tərəfindən yoxlanacaq həftəlik qəzetin nəşrinə başlaması üçün icazə verildi

…Qəzetin ilk nömrəsi… 1883-cü il aprelin 10-da çapdan çıxdı. Mətn qismən İstanbuldan gətirilmiş ərəb hürufarı ilə və elə oradan da dəvət olunmuş mürəttibin köməyi ilə mətbəəyə göndərilmişdi...

...”Perevodçik”/”Tərcüman”ın ilk bir neçə ili maliyyə cəhətdən heç də sabit deyildi. 1881-ci ildə, evlənəndə arvadı Zöhrə xanımın gətirdiyi cehizin və anasından miras qalmış mülkün satılması İsmayl bəyin xeyli köməyinə çatdı, amma qəzetin uzun müddət yaşamasının açarı naşirin abunəçi cəlb etmək qabiliyyətində idi. Bu, çox çətin vəzifəydi. O getdiyi hər yerdə ağlagəlməz laqeydlik, inamsızlıq və lağla qarşılaşırdı... İsmayıl bəy yazırdı: “...Şəhəri (Bakı) qarış-qarış gəzmiş, az qala, zorla bir neçə yüz nüsxə yaymışdıq, amma abunə olmaq istəyən bir nəfər də tapmamışdıq. Xalq kimi, tacirlər də, şübhəsiz, bizdən qorxmağa başlamış, bu da səylərimizə ciddi şəkildə maneə yaratmışdı. Dindarlar bizi soyğunçu saymış, təsadüfən rastlaşdığımız iki-üç intellektual isə dəli hesab etmişdi...”

...Nəşrə başlayandan 1905-ci ilin sonunadək “Perevodçik”/”Tərcüman” rusca və türkcə mətnləri təxminən iki bərabər hissəyə ayrılmış dördsəhifəlik texniki formata malik idi. Güman ki, Qasprinski əvvəlcə rusca yazır, sonra yazdığını türk dilinə tərcümə edirdi. Əbdürrəşid İbrahimov İsmayıl bəyin türkcə yaza bilmədiyinə görə adətinin belə olduğunu qeyd edir. Əslində, çox güman ki, bunun səbəbi, 1906-cı ildə özünün də yazdığı kimi, türkcədə “ədəbi üslub ustalığı”na malik olmaması ilə əlaqədar idi. Ana dilini nə dərəcədə bilib-bilməməsi barədə günümüzə dəqiq məlumat çatmasa da, 1905-ci ilədək yazıları türk dilinə başqaları tərəfindən tərcümə edildi. Beləliklə, 1905-ci ildən rusca mətnlər yavaş-yavaş ləğv edildi və qəzetin adı “Tərcüman-i əhval-i zaman” oldu.

Başlanğıcda həftəlik nəşr olan “Perevodçik”/”Tərcüman” 1904-cü ildən həftədə iki, 1906-cı ildən həftədə üç, 1912-ci ildən bağlandığı 1918-ci ilədək isə gündəlik çap olunmağa başladı. Abunə qiyməti əvvəlcə dörd rubl olduğu halda 1907-ci ildə üç rubla düşdü, gündəlik çıxanda isə beş rubla qalxdı. 1890-cı ildən etibarən, Qasprinski bu məsələdə nə qədər təmkinli olsa da, qəzetdə illüstrasiyalar, rəsmlər və fotolar da çap edilməyə başladı. Qəzetin mətni Qasprinskinin qələmə aldığı baş məqalə və məqalələrdən, Rusiya daxilindən və xaricdən alınmış xəbərlərdən, arabir ədəbi-didaktik, başqa vaxtlar isə birbaşa maarifləndirici materiallardan, rəsmi (əsasən, müsəlmanlarla əlaqədar olan) məlumatlardan, o dövrdə Rusiyada (daha sonralar da müsəlman ölkələrdə) nəşr olunan mətbuat orqanlarından götürülmüş iqtibaslardan, kitablar barədə qeydlərdən və elanlardan ibarət idi.

“Perevodçik”/”Tercüman”... əvvəlcə mövzu cəhətdən çox bəsit təsir bağışlayırdı və bütün yeniliklər kimi yolu çətin idi... Sonralar İsmayıl bəy Qasprinski yazırdı: “Üç il belə keçdi. Dördüncü il qəzetin mövzu dairəsini bir az genişləndirdim və içinə tənqidi ünsürlər qatdım. Yenə də bu işi görmək üçün əsasən abunəçilərimi etdiyim tənqiqləri lağla və rəzalətcəsinə dedi-qodularla qarşılamamaları barədə dilə tutmalı idim...”

Digər tərəfdən, o Rusiyanın gücünə və qüdrətinə qarşı getmir, senzorun zopasından yayınır, 1905-ci ildə imperiyada vəziyyət dəyişənədək siyasətə qarışmırdı. Yenilik havası başlayanda “Perevodçik”/”Tercüman” yavaş-yavaş simvolik, hətta, mənalı yazılar çap etməyə başladı... Qasprinski artıq daha geniş və xeyirxah bir fikir axınının (ənənəvi fikir sisteminin islah edilməsi, ərəb əlifbasının sadələşdirilməsi və türk dilləri arasında fərqlərin azaldılması, başqa mədəniyyətlərlə və onların uğurları ilə körpü qurulmasının bir vasitəsi kimi, xarici dil öyrənilməsinin vacibliyi, qabiliyyət və bacarıqlı kəslərə (xüsusilə qadınlara) yardım göstərilməsi, müsəlman dini tətbiq idarəçilinin yenidən təşkili) yolunu açmışdı...

...”Perevodçik”/”Tərcüman” get-gedə modernizm üçün məcaza çevrildi. Buna görə də Rusiya müsəlmanlarının tarixində mühüm yer tutur…

Tərcümə: Nəriman Əbdülrəhmanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 İyun 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see352

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see252

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see215

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see194

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see179

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see153

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see144

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see140

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see140

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see134

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see126

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see121

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see121

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see120

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see120

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri